Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2196/2021 16.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.11.2021-ci il tarixdə, saat təxminən 00:07 radələrində Bakı şəhəri, Səbail rayonu, Malakan bağında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 16 noyabr 2021-ci il tarixli, AZA 015998 nömrəli protokoldan görünür ki, Şəxs 16.11.2021-ci il tarixdə, saat 01:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, 16.11.2021-ci il tarixdə, saat təxminən 00:07 radələrində Bakı şəhəri, Səbail rayonu, Malakan bağında bir nəfər şəxs uca səslə səs-küy salmış, bu zaman ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə səs-küy saldığına görə iradlarını bildirmişlər, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, içkili olduğundan polis əməkdaşlarını da söyərək təhqir etmişdir. Bu səbəbdən həmin şəxs bölməyə gətirilmiş və bölmədə də səs-küy salaraq polis əməkdaşlarını təhqir etməyə davam etmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 16.11.2021-ci il tarixində uşağı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Malakan bağına gəzməyə çıxmış, içkili olduğundan uca səslə səs-küy salmış, bu zaman ərazidə xidmət aparan polis əməkdaşı onu görüb yaxınlaşaraq özlərini təqdim edib səs-küy saldığına görə ona iradlarını bildirmişlər, lakin o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, onu da təhqir etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfəri X3 izahatında göstərmişdir ki, 16.11.2021-ci il tarixdə, saat təxminən 00:07 radələrində Bakı şəhəri, Səbail rayonu, Malakan bağında xidmət yoldaşı ilə xidmət aparan zaman bir nəfər şəxsin səs-küy saldığını aşkar etmişlər, bu zaman onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə səs-küy saldığına görə iradlarını bildirmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, içkili olduğundan onlara əl-qol hərəkətləri atmış, onları söyərək təhqir etmişdir. Bu səbəbdən həmin şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinə gətirilmiş və orada da əl-qol hərəkətləri atmış, onları söyərək təhqir etmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfərləri X.Əhmədov və İ.Rəsulov tərəfindən yazılmış 16.11.2021-ci il tarixli raportdan görünür ki, 16.11.2021-ci il tarixdə, saat təxminən 00:07 radələrində Bakı şəhəri, Səbail rayonu, Malakan bağında xidmət aparan zaman bir nəfər şəxsin səs-küy saldığını aşkar etmişlər, bu zaman onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə səs-küy saldığına görə iradlarını bildirmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmamış, içkili olduğundan onlara əl-qol hərəkətləri atmış, onları söyərək təhqir etmişdir. Bu səbəbdən həmin şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinə gətirilmiş və orada da əl-qol hərəkətləri atmış, onları söyərək təhqir etmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair 16 noyabr 2021-ci il tarixli, 2/16630 nömrəli protokola əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 16.11.2021-ci il tarixdə, saat təxminən 00:07 radələrində Bakı şəhəri, Səbail rayonu, Malakan bağında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən, saat 01:05-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 noyabr 2021-ci il tarixdən, saat 01:05-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2196/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2196/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver