Məhkəmə qərarları › İş №3(009)-2198/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2198/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2198/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızı X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29893189 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29893189 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatına 14 avqust 2025-ci il tarixdə daxil olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 3(003)- 2058/2025 nömrəli qərardadı ilə X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29893189 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər “inzibati xətanın törədildiyi yerin Bakı şəhəri Səbail rayonu ərazisi olması” əsası ilə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29893189 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş inzibati materialı nəzərdən keçirib hesab edirəm ki, X1 şikayəti inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi öz qərarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020ci il tarixli qərarı ilə əsaslandırmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 08 iyul 2025-ci il tarixli, 239- VİİQD nörməli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsi üzrə 129.1.3-cü maddəsində dəyişiklik edilmiş, Məcəlləyə yeni 129.1.3-1-ci maddə əlavə olunmuş və həmin dəyişikliklər 05 avqust 2025ci il tarixdə qüvvəyə minmişdir. (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTACın) rəsmi internet saytı, 5 avqust 2025-ci il) Qeyd olunan dəyişikliklərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü və 129.1.3-1-ci maddələri aşağıdakı redaksiyalarda verilmişdir: “129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3- 1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixli Qərarına əsasən....inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. xx.xx.1996-cı il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərilmişdir ki, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında olan məlumatların elektron sorğulanmasına dair “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, X1 yaşayış ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, 1349-cu keçid, 1 nömrəli yataqxanasıdır. X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29893189 saylı inzibati tənbeh vermə haqqında qərar elektron qərar olduğundan və X1 yaşayış yeri Xəzər rayonu olduğundan (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, 1349-cu keçid, 1 nömrəli yataqxanası) qanunvericiliyin tələbi baxımından verilmiş şikayət Xəzər Rayon Məhkəməsində baxılmalı idi. Hesab edirəm ki, Xəzər Rayon Məhkəməsi işin aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarına istinad etsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində Azərbaycan Respublikasının 08 iyul 2025-ci il tarixli, 239-VİİQD nörməli Qanunu ilə edilmiş dəyişiklikləri nəzərə almadan səhv nəticəyə gələrək, işin baxılmasının Səbail Rayon Məhkəməsinin səlahiyyətinə aid olması qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd olumuşdur ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Qeyd olunan Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmadığından, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad olunmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118, 129-cu, CPM-in 77-ci maddələrini rəhbər tutaraq qəraraaldım: X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29893189 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət üzrə Xəzər Rayon Məhkəməsindən daxil olmuş iş ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar