Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2199/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Tural Aşurovun və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5838/2023-008 nömrəli, 18 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. 01 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5838/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 30180 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 02 may 2024-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş 15 may 2024-cü il tarixdə borcluya təqdim olunmuşdur. Həmin gün şöbədə olarkən borcludan izahatı alınmışdır, izahatında borcu birdəfəlik ödəməyə maddi imkanının olmadığını aylıq cəmi 500 manat ödəyə biləcəyini qeyd etmişdir. Borclu barəsində "Elektron icra" sistemi vasitəsilə sorğular edilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu tələbin hissə-hissə icra edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, Səbail rayon məhkəməsinin 8(009)-147/2024 saylı 20 iyun 2024-cü il tarixli qərardadına əsasən ərizə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 26312024 saylı, 29 iyul 2024-cü il tarixli qərardadına əsasən Səbail Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Borclu 27 may 2024-cü il tarixdən başlayaraq mütəmadi olaraq hər ay 500 (beş yüz) manat tələbkarın xeyrinə ödənişlər etmişdir. Tələbkarın xeyrinə ümumilikdə 2500 (iki min beş yüz) manat ödəniş edilmişdir. Hazırda borc məbləği 27660 (iyirmi yeddi min altı yüz səksən) manat təşkil edir. Tələbkar hissə-hissə ödənişlə razılaşmır, borcun birdəfəlik bağlanmasını tələb edir. Borclu isə imkanının olmadığını sadəcə aylıq 500 (beş yüz) manat ödəyə biləcəyini bildirir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Səbail Rayon İcra Şöbəsinin nümayəndəsi Tural Aşurov borclu Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs (borclu) Şəxs izahatında bildirmişdir ki, borcunu hissə-hissə aylıq 500 (beş yüz) manat məbləğində ödəyəcək, bunun nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə borcun tam məbləğdə ödənilməsini tələb edərək, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2199/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2199/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver