Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2201/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X1, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X2 xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi iləolan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 13:03-də radələrində ünvan 1 ünvanında yerləşən “Novikov Kafe” restoranında epidemiya əleyhinəsanitar-qiqiyena və karantin rejimi rejiminin tələblərinin pozulması - terrasın 3 tərəfdən yəni, şüşələrin bağlı olması, açıq havada olma şəraiti, 3 tərəfdən açıq olmadığı aşkar edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixdə çəkilmiş 5 ədəd fotoşəkildən görünür ki, “Novikov Kafe” restoranının ön şüşələri və üst örtüyü bağlı şəkildədir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, törədilmiş inzibati xəta ilə bağlı təsərrüfat subyektinin rəhbərliyi ilə telefon əlaqəsi yaradılmış, hüquq və vəzifələri izah edilmişdir. Buna baxmayaraq hüquqi şəxsin rəhbəri heç bir əsas göstərmədən obyektə gəlməkdən, yazılı izahat verməkdən, müşahidə nəticəsində tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə tərtib edilmiş protokolun əsasını “Novikov Kafe” restoranında terras 3 tərəfdən yəni, şüşələrin bağlı olması, açıq havada olma şəraiti, 3 tərəfdən açıq olmaması təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan 4 ədəd fotoşəkildən görünür ki, “Novikov Kafe” restoranının şüşələri bağlanmışdır. Digər 1 fotoşəkildən isə görünür ki, həmin restoranda bağlı şüşələrin qarşısında, yəni restoranın girişində açıq havada müştərilərin əyləşməsi üçün masalar qoyulmuşdur. Bu hallar isə tərtib edilmiş inzibtai xəta haqqında protokolla ziddiyyətlər yaradır. Belə ki, “Novikov Kafe” restoranın girişində, yəni açıq havada quraşdırılmış masalarda xidmət göstərildiyi halda, restoranda terrasın 3 tərəfdən açıq olmasına zərurətin olubolmamasına, başqa sözlə restoran fəaliyyət göstərərkən açıq havada quraşdırılmış masalardan əlavə terrasın açılaraq müştərilərə (açıq havada) xidmət göstərməsi üçün ehtiyacın olduğunu aydınlaşdırmaq mümkün deyil. Fotoşəkildən görünür ki, müştəri açıq havada qoyulan masanın arxasında əyləşmiş və xidmətçi ilə söhbət edir. Müştərinin qapalı sahədə əyləşməsi müəyyən olunmur. Bu hal isə özü-özlüyündə törədilmiş inzibati xəta hadisəsini şübhə altına alır. Bundan əlavə qeyd edilməlidir ki, sözü gedən inzibati xəta haqqında protokolda məs xüsusi karantin qaydalarının pozulduğu qeyd edilmişdir. “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarının 2.5-ci bəndində qeyd olunmuşdur ki, ictimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq ( bir metrdən hündür hər hansı tikili və digər konstuktiv maneəsiz ) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur. Hazırkı işdən görünür ki, terrasın bağlı olmasına səbəb, həmin restoranın qarşısında olan sahədə açıq havada xidmət göstərdiyi ərazi mövcud olduğundan, terrasın bağlı qalması təsərrüfat subyektinin iradəsindən asılı deyil. Yəni yuxarıda göstərilənlərə əsasən həmin vaxt restoranın açıq sahəsinin ön şüşələrinin və örtüyünün bağlı olması inzibati xətanın törədilməsi kimi qəbul edilə bilməz. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, “Novikov Kafe” restoranının 3 tərəfdən şəkli çəkilsə də, inzibati xəta hadisəsi ilə bağlı akt tərtib edilsə də, həmin vaxt orada olan işçilərdən hər hansı birinin həmin inzibati xətanın törədilməsi ilə bağlı izahatı alınmadan və terrasın hansı səbəbdən bağlı olmasını araşdırmadan əsassız protokol tərtib edilmişdir. Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxx 2020-ci il tarixli Metodiki Təlimatının 2-ci bəndində qeyd olunmuşdur ki, xüsusi karantin rejimi tətbiq edilən dövrdə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün əməkdaşlar tərəfindən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin fəaliyyət göstərdiyi əraziyə daxil olarkən ilk növbədə özlərini təqdim etməli, xidməti vəsiqələrini göstərməli və xüsusi karantin rejiminə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə gəldiklərini bildirməlidirlər. Lakin hazırkı işdən görünür ki, vergi xidmətinin əməkdaşları “Novikov Kafe” restoranına daxil olmadan daxil olmadan və özlərini təqdim etmədən restoranının şəkilini çəkmişlər. Bu hal isə Metodiki Təlimata ziddir. Həmin fotoşəkillərində hansı tarixdə çəkilməsi iş materiallarında öz əksini tapmır. Bu hal da, inzibati xətanın məhz xx xxxxxx 2020-ci il tarixdə törədilməsini şübhə altına alır. Halbuki, qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin tərtib edilmiş Aktda nəzər salındıqda müəyyən edilir ki, sözü gedən aktdakı imzalar yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən imzalanmışdır. . Halbu ki, akt tərtib edilən vaxt həmin restoran fəaliyyətdə olmuş, orada işçilər olmuşlar ki, bunlardan da, heç birinin akt tərtib edilərkən iştirakı təmin edilərək imzaları ilə təsdiq edilməmişdir. Göründüyü kimi restoranının əməkdaşının da qeyd edilən aktda imza etməməsi (iştirakının təmin edilməməsi) bir daha inzibati xəta hadisəsinin baş verməsini və sözü gedən aktı şübhə altına alır. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolunda Şəxs MMC-yə məxsus “Novikov Kafe” restoranında karantin qaydalarının pozulması halları müəyyən edilməmişdir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-ninəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2201/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2201/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver