Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2201/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli, 00100/2049 nömrəli qərarından verdiyi şikayət üzrə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli, 00100/2049 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında verilmiş iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 2021 -ci il 18 oktyabr tarixində onun barəsində 00100-2087/21 № li protokol tərtib edilmişdir. Həmin protokol və inzibati xəta haqqında işin materialları əsasında 21 oktyabr 2021-ci il tarixli 00100/2049 № li iş üzrə Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X2 tərəfindən qərar qəbul edilmişlir. Qərar əsasında barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinərək inzibati xəta obyekti olan 8908,00 manat dəyərindəki malların 40%, yəni 3563,20 manat məbləğində inzibati cərimə növündə tənbeh qət edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/02491 çıxarışlı xx.xx.2021-ci il tarixli raportuna əsasən onun tərəfindən GB ilə təmir məqsədi ilə müvəqqət ixrac prosedurunda müəyyənləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir tədbir görülməmişdir. Lakin barəsində nəzərdə tutulan qərar həqiqəti əks etdirmədiyindən tamamilə əsassız və qanunsuzdur. Belə ki, müddətin uzadılmasından ötrü tədbirlər görmək üçün xx.xx.2021-ci il tarixində Bakı Baş Gömrük İdarəsinə müraciət ünvanlanmış və nəticədə müddətin xx.xx.2022-ci il tarixinədək uzadılması üçün xahiş irəli sürülmüşdür. Həmçinin qeyd edilən həmin müddətdə pandemiya şəraiti və keçirdiyim korona virus infeksiya xəstəliyi ilə əlaqədar səhhətində yaranan nasazlıqlar proses üzrlü səbəbdən müəyyən qədər ləngitmişdir. Eyni zamanda Türkiyə Respublikasında fəaliyyət göstərən “River Dış Ticaret Ltd Şti” şirkəti ilə aramızda bağlanılmış müqavilə öhdəliklərin icra edilməsi və malların müəyyənləşdirilmiş zamanda qaytarılmasına dair çoxsaylı tələblər və dəfələrlə edilmiş xəbərdarlıqların göndərilməsinə rəğmən şirkət öhdəliklərinin icrasından boyun qaçırdığı üçün proses uzanmışdır. Hazırda isə “River Dış Ticaret Ltd Şti” şirkətinə 99US075/99ZE075 nömrə nişanlı avtomobildə göndərilmiş 5 ədəd plastik qabların hazırlanmasında istifadə olunan avadanlığın qəlibləri öhdəlik üzrə realizə edildiyindən nəzərdə tutulan məsələ həllini tapmışdır. Bütün bu qeyd olunanlara əsasən 21 oktyabr 2021-ci il tarixli, 00100/2049 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə qaytarılmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə X3 qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəblərdən ötürülməsi və şikayətin verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətnən məhkəməyə müraciət etmişdir. Vəsatət məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə baxılmış və təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1. həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2. həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli, 00100/2049 nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 118, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli, 00100/2049 nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2201/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2201/2023
03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver