Məhkəmə qərarları › İş №3(009)-2201/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2201/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2201/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Dövlət X8 tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 25 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00-da “Hyundai Avante minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024 -cü il tarixdə saat 16 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs gəlini X1 məxsus, sonuncunun iştirakı ilə idarə etdiyi “Hyundai markalı” ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanda hərəkətdə olan zaman ani olaraq 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan sürücü X3 etibarnamə əsasında İdarə etdiyi “Kia Sportace” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində Şəxs özü az ağır bədən xəsarəti alması və Kia Sportage markalı avtomobilin sərnişini X2 yüngül bədən xəsarəti almasına və zərərçəkmiş şəxs X4 maddi zərər vurulması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş matertiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 47/2-24257 saylı məktubdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq Səbail Rayon Məhkəməsinə göndərilmiş Şəxs barədə materialın geri qaytarılmasına göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Dövlət X8 tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar