Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2202/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ninAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, 00100-2116/19 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxxxxx 2020-ci il tarixli, 00100-2116/19 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC-nin ünvanına 52702099 nömrəli vaqonla daxil olmuş yüklər **********9146 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********9146 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC-nin ünvanına 52702099 nömrəli vaqonla daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Belə ki, gömrük orqanına təqdim edilən **********9146 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin 40-cı qrafasında 52702099 nömrəli vaqonla daxil olmuş yüklərə dair sərhəd gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsinin nömrəsi qeyd olunmamışdır. Nəticədə gömrük qaydaları əlehinə inzibati xəta baş vermişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Abşeron gömrük postunun rəisi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli raportdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC-ninünvanına Rusiya Federasiyasından 52702099 nömrəli vaqonla Şamil Ərazi Baş Gömrük İdarəsinin Yalama gömrük postundan keçməklə daxil olmuş “ağacyonqarlı piltələr” yükü üçün **********9146 saylı xx.xx.2019-cu il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinin Abşerin gömrük postunda bəyan edildiyi, lakin adı qeyd olunan tərəfindən qısa idxal bəyannaməsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada malların gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********9146 nömrəli gömrük bəyənnaməsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC (VÖEN:**********) şirkətinin ünvanına Rusiya Federasiyasından 93.03 kub/metr səthi melaminlə hopdurulmuş kağızla örtülmüş ağacyonqarlı piltələr ölkə ərazisinə idxal edilmişdir. Lakin idxalçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********9146 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da bu barədə qeydiyyat aparılmamışdır. İş materillarında olan Dövlət Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarə etmə sistminən çıxarışdan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC (VÖEN:**********) ünvanına 52702099 nömrəli vaqonla daxil olmuş yüklərin çatdırılması və boşaldılması həyata keçirilmişdir. Göründüyü kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin, inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 01 (bir) il 12 (on iki) gün öncə, yəni xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114..2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati tənbeh vermə müddəti başa çatdığından “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2202/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2202/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver