Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2202/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Nefçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 17.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X3 tərtib etdiyi protokolu müdafiə edərək qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli biməyərək bildirmişdir ki, 16.08.2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında binanın qarşısında Rimma Əliyeva ilə aralarında mübahisə yaranmış, R.Əliyeva onun ünvanına nalayiq ifadələr işlətməsindən sonra aralarında mübahisə yaranmış və həmin zaman qardaşı X6 mübahisəni sonlandırmaq məqsədi ilə onu maşına əyləşdirmişdir. Qardaşı və o Rimma Əliyevanı vurmamış, heç bir fiziki təzyiq göstərməmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 bildirmişdir ki, 16.08.2021-ci il tarixdə keçmiş gəlini olan Şəxs yaşadığı Səbail rayonu, Ş.Şamil küçəsi, ev 53, mənzil 15 ünvanında binanın qarşısına gəlmiş orada olan zaman Şəxs onun ünvanına nalayiq sözlər işlətmiş, sonra Şəxs qardaşı olan Amid onun üzərinə hücum çəkərək sillə ilə vurmuşdur. Əsmər Əlieva onu vurmamış və xəsarət yetirməmişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək bidirmişdir ki, inzibati protokol Şəxs tərtib olunsa da, onu Şəxs vurmamışdır. 16 sentyabr 2021-ci ildə Şəxs qardaşı X6 vurmuşdur. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu toplanmış material əsasında araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. 22.09.2021-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 DİN 102 xidmətinə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın sürəti bölmənin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının 534 saylı, 20.09.2021-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ yanaq nahiyyəsinin və saidin orta 1/3-nin arxa səthinin qançırları küt əşyanın təsirindən törənmiş, 16.08.2021-ci il tarixdə qeyd edilən nahiyyələrə kənar şəxs tərəfindən əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Materiala əlavə edilmiş Səbail RPİ-nin 9-cu PB-nin 17.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16.08.2021-ci il tarixdə ünvan 3 ünvanında Əliyeva Rimmaya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İş materiallarında olan raportla müəyyən olunur ki, 18 avqust 2021-ci il tarixdə X5 DİN-nin 102 xidmətinə müraciət edərək “Təzə bəy” hamamının yaxınlığında Amid Cabbarov tərəfindən döyülməsini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırması zamanı Şəxs Əliyeva Rimmaya qarşı hər hansı döymə və ya sair zorakı hərəkətlər etməklə fiziki ağrı yetirməsi faktına aidiyyatı müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında istər Şəxs, istərsə də X2 izahatlarında, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə göstərilən hal, yəni zərərçəkmişin Şəxs tərəfindən döyülməsi faktı təkzib edilmişdir. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə 22 sentyabr 2021-ci il tarixli qərarda, eyni zamanda DİN 102 xidmətinə müraciətində X9 Cabbarov tərəfindən döyülməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qanunvericiliyin tələbini və iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114-115 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2202/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2202/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver