Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2202/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 sentyabr 2024-cü il tarixli 13000-01389/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33-300/012/003716 nömrəli raporta əsasən "EL Oil” QSCnin ünvanına göndərilən yük xx.xx.2024-cü il tarixli **********9108 saylı gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin Şəxs QSC tərəfindən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalması üçün nəzərdə tutulmuş son müddətin (dörd ay) pozulduğu müəyyən edilmişdir. Bununla da, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi və Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. X6 və Enerji Resursları Baş Gömrük İdarəsinin və hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin və hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbənin böyük inspektoru Ülviyyə Quliyeva tərəfindən tərtib edilmiş raportdan görünür ki, "El OİL” QSC (VÖEN: **********) xx.xx.2024-cü il tarixində **********9108 saylı gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında mal bəyan etmişdir. Gömrük Məcəlləsinin 179-cu maddənin 179.2-179.3-cü bəndinə və Nazirlər kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı “Malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi qaydaları” haqqında qərarının 3.2-3.3-cü bəndinə əsasən malların müvəqqəti saxianc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalı və mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Lakin qanunvericiliyin tələblərinə uyğun olaraq "El OİL” QSC tərəfindən **********9108 saylı gömrük bəyannaməsi müvvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün müəyyən olunan şərtləri pozulmuşdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi’’ informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışlardan görünür ki, 2155TAH qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Şəxs QSC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Şəxs QSC-nin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə göndərdiyi 02 aprel 2024-cü il tarixli, 17/24 №-li məktubdan görünür ki, nəqliyyat nömrəsi 5321AHE/2155TAH olan və **********00252 qeydiyyat kodu ilə Beynəlxalq Dəniz Ticarət Limanı gömrük posdundan keçərək ünvanımıza daxil olan 23150 kq Bitum Mastika TDS-2889-80 malın, X3 İdarəsindən rəy göndərilənə qədər xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan “X7” şirkətinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə göndərdiyi 02 aprel 2024-cü il tarixli, 03/24 №-li məktubdan görünür ki, nəqliyyat nömrəsi 5321AHE/2155TAH olan **********00252 qeydiyyat kodu ilə Beynəlxalq Dəniz Ticarət Limanı gömrük posdundan keçərək "xxxx"QSC-nin ünvanına daxil olan 23150 kq Bitum Mastika TDS-2889-80 üçün yaranmış və yarana biləcək gömrük borcunun ödənilməsinə 4 (dörd) ay müddətinə zəmanət verirlər. İş materiallarında olan Şəxs QSC-nin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə göndərdiyi 04 iyun 2024-cü il tarixli, 27/24 №-li məktubdan görünür ki, **********9108 nömrəli gömrük bəyannaməsi ilə və **********00252 qeydiyyat kodu ilə Beynəlxalq Dəniz Ticarət Limanı gömrük posdundan keçərək ünvanımıza daxil olan 23150 kq Bitum Mastika TDS-2889-80 malın, X3 İdarəsindən rəy göndərilənə qədər müvəqqəti saxlanc xüsusi gömrük proseduru müddətini xx.xx.2024-cü il tarixədək üzadılmasına icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəisi Jalə Orucova tərəfindən tərtib edilmiş raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33- 300/012/003716 nömrəli raporta əsasən "xxxx" QSC-nin ünvanına göndərilən yük xx.xx.2024cü il tarixli **********9108 saylı gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Lakin "xxxx" QSC tərəfindən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalması üçün nəzərdə tutulmuş son müddətin (dörd ay) pozulduğu müəyyən edilmişdir. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Türkmənistan Respublikasında fəaliyyət göstərən "X10 Fze” şirkəti tərəfindən "xxxx" QSC- nin ünvanına göndərilən 23086.00 kq olan 384 ədəd "Bitum Mastika TDS-2889-80" adlı yük xx.xx.2024-cü il tarixdə "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postun keçməklə ölkə ərazisinə daxil olmuşdur. "xxxx" QSC 02 aprel 2024-cü il tarixli 17/24 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə "Bitum Mastika TDS-2889-80" adlı yükün X3 İdarəsindən rəy göndərilənə qədər xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət etmişdir. Baş İdarə tərəfindən icazə verildikdən sonra sözügedən yük barəsində "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə **********9108 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunaraq xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Şirkət tərəfindən X2 İdarəsinə müraciət olunmuş lakin, sənədlərdə çatışmazlıq yarandığı üçün ekspertiza rəyi təqdim edilə bilməmişdir. Sənədlərin toplanması uzun müddət çəkdiyi üçün "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə 27/24 nömrəli məktubla yenidən Baş İdarəyə müraciət edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru müddətinin xx.xx.2024-cü il tarixədək uzadılmasını xahiş edilmişdir. Baş İdarə tərəfindən ərizə təmin edilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən mal barəsində heç bir digər gömrük proseduru həyata keçirilməmişdir. Bununla da "xxxx" QSC tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət (dörd ay) pozulmuşdur. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən Şirkətin nümayəndəsi izahat verməsi üçün xx.xx.2024-cü il tarixli 3-33-3200/2-001694/2024 nömrəli məktubla Təhqiqat şöbəsinə dəvət edilmişdir. Daha sonra +994 70 *** ** ** mobil nömrəsi ilə Dövlət Gömrük Komitəsi VAİS-də (X1 Sistemi) "xxxx" QSC üçün qeyd olunan +994 50 *** ** ** mobil nömrəsi ilə əlaqə yaradılmışdır. Şirkətin nümayəndəsi kimi özünü təqdim edən Elvin Əliyev adlı şəxs Təhqiqat şöbəsinə gələcəyini bildirmiş, lakin, heç bir üzrlü səbəb göstərmədən izahat vermək üçün Təhqiqat şöbəsinə gəlməmişdir. E.Əliyev şifahi olaraq bildirmişdir ki, xx.xx.2024cü il tarixdə şirkətin ünvanına göndərilən "bitum mastika TDS-2889-80" adlı yük xx.xx.2024-cü il tarixdə **********9108 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında Baş İdarədə rəsmiləşləşdirilmişdir. Eyni zamanda rəsmiləşdirmə zamanı Rəsmiləşdirmə mərkəzi zəmanət məktubu tələb etdiyi üçün "X7" şirkəti tərəfindən Baş İdarəyə yazılan xx.xx.2024- cü il tarixli 03/24 nömrəli məktub "xxxx" QSC tərəfindən aiddiyyatı şöbəyə təqdim edilmişdir. "xxxx" QSC tərəfindən ekspertizaya müraciət olunan zaman sözügedən yükə dair sənədlərdə çatışmazlıq yarandığı üçün malı göndərən ölkə tərəfindən sənədlərin şirkətə yenidən təqdim edilməsi tələb olunmuşdur. Bu səbəbdən də malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün müəyyən olunmuş müddət xx.xx.2024-cü il tarixdə 27/24 nömrəli məktubla Baş İdarəyə müraciət olunaraq xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin Türkmənistan Respublikasında fəaliyyət göstərən "X10 Fze” şirkəti tərəfindən mala dair sənədlər "xxxx" QSC-yə gec təqdim olunduğu üçün X3 İdarəsinə şirkət tərəfindən gec müraciət olunmuş və xx.xx.2024-cü il tarixədək X3 İdarəsi tərəfindən rəy təqdim edilməmişdir. Bu səbəbdən də malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün müəyyən olunmuş müddət "xxxx" QSC tərəfindən pozulmuşdur. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilən 23086.00 kq, 384 ədəd olan "Bitum mastika TDS-2889-80" adlı mal barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi hallarının yoxlanılması üçün xx.xx.2024-cü il tarixdə DNERBGİ Rəsmiləşdirmə mərkəzi 2-ci şöbəsinin baş inspektoru X5 tərəfindən yükün saxlanıldığı "xxxx" QSC-nin Sumqayıt şəhəri, Aşqarlar zavodunda olan anbarında "xxxx" QSC-nin məsul şəxsi X4 iştirakı ilə baxış keçirilmişdir. Yükə baxış zamanı müvəqqəti saxlanc proseduru altında yerləşdirilmiş yükün üzərində qanunsuz əməliyyatlar (istifadə, sərəncam) aparılmadığı, yükün miqdarının və tamlığının pozulmadığı müəyyən edilmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokolda qeyd olunan "xxxx" QSC-nin nümayəndəsi Elvin Əliyevin izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə şirkətin ünvanına göndərilən "bitum mastika TDS- 2889-80" adlı yük xx.xx.2024-cü il tarixdə **********9108 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında Baş İdarədə rəsmiləşləşdirilmişdir. Eyni zamanda rəsmiləşdirmə zamanı Rəsmiləşdirmə mərkəzi zəmanət məktubu tələb etdiyi üçün "X7" şirkəti tərəfindən Baş İdarəyə yazılan xx.xx.2024-cü il tarixli 03/24 nömrəli məktub Şəxs QSC tərəfindən aiddiyyatı şöbəyə təqdim edilmişdir. "EL Oil” QSC tərəfindən ekspertizaya müraciət olunan zaman sözügedən yükə dair sənədlərdə çatışmazlıq yarandığı üçün malı göndərən ölkə tərəfindən sənədlərin şirkətə yenidən təqdim edilməsi tələb olunmuşdur. Bu səbəbdən də malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün müəyyən olunmuş müddət xx.xx.2024-cü il tarixdə 27/24 nömrəli məktubla Baş İdarəyə müraciət olunaraq xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin Türkmənistan Respublikasında fəaliyyət göstərən “X10 Fze” şirkəti tərəfindən mala dair sənədlər Şəxs QSC-yə gec təqdim olunduğu üçün X3 İdarəsinə şirkət tərəfindən gec müraciət olunmuş və xx.xx.2024-cü il tarixədək X3 İdarəsi tərəfindən rəy təqdim edilməmişdir. Bu səbəbdən də malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün müəyyən olunmuş müddət "EL Oil” QSC tərəfindən pozulmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs QSC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2202/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2202/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver