Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2202/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Azərbaycan Dövlət Su X5 Suların İstifadə və X6 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin baş məsləhətçi müfəttişi Nümayəndə iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X12 işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Bakı şəhər Səbail Rayon Məhkəməsinə 05 sentyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidməti tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 03 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli X12 protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidmətindən daxil olmuş 03 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli X12 protokoldan görünür ki, Şəxs Bakı şəhəri Səbail rayonu, Şıx çimərliyi ərazisində fəaliyyət göstərən Şəxsnə məxsus “Ramada by Wyndham Baku” ictimai iaşə obyektində formalaşan çirkab və tullantı sularının təmizləyici qurğu olmadan Xəzər dənizinə axıdılması və obyektin istismar edilməsinə görə inzibati xəta törətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində X12 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X11 xx.xx.2025ci il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə etiraz ünvanlayaraq etirazda bildirmişdir ki, “inzibati xəta üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı X12 protokola və 000290 nömrəli Akta etiraz edir və işin faktiki halları barədə yazılı izahat verilir. xx.xx.2023-cü il tarixində otelin şamboya axıdılan sularının yığılıb daşınılması məqsədi ilə "xxxx" MMC ilə aramızda müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC şamboda yığılan suları vaxtlı-vaxtında yığıb aparılmasını öz öhdəsinə götürmüşdür. Bu müqavilənin məqsədi oteldən 300 metr aralıda daim nəzarət edilə bilməyən ərazidə yerləşən şambo sistemini daim nəzarətdə saxlamaq idi. Lakin müvafiq şirkət tərəfindən yığılan sularının gec daşınılması səbəbinə görə aktda göstərilən vəziyyət yaranmışdır və şambo aşmışdır. Müvafiq problem çox qısa müddət ərzində aradan qaldırılmışdır. Həmçinin onu da qeyd edir ki, oteldə su çökdürücü qurğu mövcuddur və daim istifadə olunur. Yuxarıda qeyd olunanları nəzərə alınması xahiş edilir. Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında X12 protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidmətinin 1 saylı Bakı regional bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının həmçinin su qanunvericiliyinin digər tələblərinin yoxlanılması, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası Rəhbərliyinin xx.xx.2025ci il tarixli 40 nömrəli sərəncamının icrası və sosial şəbəkədə yayılmış “Ramada ictimai iaşə obyektindən çirkab suyun Xəzər dənizinə axıdılması” ilə əlaqədar məlumat bölmənin xx.xx.2025-ci il tarixli, 036 nömrəli sərəncamına əsasən yerində araşdırılma aparılmış, araşdırılma müddətində Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən və Şıx çimərliyinin yaxınlığında fəaliyyət göstərən “Ramada by Wyndham Baku” hotelinin yerləşdiyi dənizkənarı əraziyə obyektin direktoru X3 iştirakı ilə birgə baxış keçirildiyini, baxış zamanı “Ramada by Wyndham Baku” ictimai iaşə obyektində formalaşan çirkab suyun təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmadığı boru vasitəsilə çirkab və tullantı sularının təmizlənmədən birbaşa olaraq özaxımlı torpaq axar vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edildiyini, monitorinq müddətində sözügedən axardan Xəzər dənizinə axıdılan çirkab suyun tərkibinin müəyyənləşdirilməsi məqsədi ilə su nümunəsi götürülərək nümunə aktı tərtib edildiyini, monitorinq zamanı “Ramada by Wyndham Baku” hotelinin direktoru X1 obyektin Şəxsnə məxsus olduğunu qeyd etmiş və çirkab suyunun daşınması ilə bağlı müqaviləni təqdim etmiş, araşdırma ilə əlaqədar Şəxs nümayəndəsi X11 və “Ramada by Wyndham Baku” hotelinin direktoru X7 bölməyə dəvət edilmiş, X7 yazılı izahatında “müvəqqəti saxlanma üçün nəzərdə tutulan şambodan çirkab suyunun dənizə axmasını və təmizləyici qurğunun olmadığını və qısa zamanda məsələnin aradan qaldırılacağını qeyd edərək” ifadə vermişdir. 2023, 2024, və 2025-ci illər üzrə həmin əraziyə dair peyk görüntülərinin çıxarıldığını və həmin faktın illərlə davam etdirildiyi müəyyən olunduğunu bildirmişdir. Görüntülərdən də göründüyü kimi, müqavilə bağlanaraq şambo düzəldilmiş, kənardan kustar üsulla boru düzəldilərək çirkab suyu dənizə axıdıldığını, həmçinin 2024-cü ildə Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də eyni əsaslarla protokol tərtib edildiyini, sadalanan halların nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində X12 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, X12 protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində X12 iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, “Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi X12 protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir - İş materiallarında olan Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidmətinin 1 saylı Bakı regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidmətinin 1 saylı Bakı regional bölməsinin inzibati ərazisi üzrə su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarının həmçinin su qanunvericiliyinin digər tələblərinin yoxlanılması o cümlədən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyası Rəhbərliyinin xx.xx.2025-ci il tarixli 40 nömrəli sərəncamının icrası və sosial şəbəkədə yayılmış “ Ramada ictimai iaşə obyektindən çirkab suyun Xəzər dənizinə axıdılması” ilə əlaqədar məlumat bölmənin xx.xx.2025-ci il tarixli, 036 nömrəli sərəncamına əsasən yerində araşdırılma aparılmış, araşdırılma müddətində Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən və Şıx çimərliyinin yaxınlığında fəaliyyət göstərən “Ramada by Wyndham Baku” hotelinin yerləşdiyi dənizkənarı əraziyə obyektin direktoru X3 iştirakı ilə birgə baxış keçirilmiş, baxış zamanı “Ramada by Wyndham Baku” ictimai iaşə obyektində formalaşan çirkab suyun təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmadığı boru vasitəsilə çirkab və tullantı sularının təmizlənmədən birbaşa olaraq özaxımlı torpaq axar vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edilmiş, Monitorinq müddətində sözügedən axardan Xəzər dənizinə axıdılan çirkab suyun tərkibinin müəyyənləşdirilməsi məqsədi ilə su nümunəsi götürülərək nümunə aktı tərtib edilmiş, Monitorinq zamanı “Ramada by Wyndham Baku” hotelinin direktoru X1 obyektin Şəxsnə məxsus olduğunu qeyd etmiş və çirkab suyunun daşınması ilə bağlı müqaviləni təqdim etmiş, araşdırma ilə əlaqədar Şəxs nümayəndəsi X11 və“Ramada by Wyndham Baku” hotelinin direktoru X7 bölməyə dəvət edilmiş, X7 yazılı izahatında “müvəqqəti saxlanma üçün nəzərdə tutulan şambodan çirkab suyunun dənizə axmasını və təmizləyici qurğunun olmadığını və qısa zamanda məsələnin aradan qaldırılacağını qeyd edərək” faktı təsdiq etmiş, monitorinq aktı, nümunə aktı, izahat, etibarnamə, fotoşəkil, videogörüntü, sərəncam və araşdırmaya dair digər materiallar akta əlavə edilmişdir. -İş materiallarında olan Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X8 Xidmətinin 1 saylı Bakı regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, suyun axıdıldığı yerdən laboratoriyaya göndərilməsi üçün su nümunəsi götürülmüşdür. -İş materiallarında olan “Ramada by Wyndham Baku” hotelinin direktoru X3 izahatında qeyd olunur ki, Səbail rayon Şıx çimərliyində fəaliyyət göstərən “Ramada by Wyndham Baku” hotelinin direktoru vəzifəsində çalışır, hotelin şambosunda olan çirkab və tullantı sularının Xəzər dənizinə axıdılması faktı ilə bağlı bildirir ki, hotelin "xxxx" MMC ilə olan müqaviləsinə əsasən şamboda yığılan çirkab sularının daşınmasına dair müqavilə mövcuddur, həmin şambo otelin inzibati ərazisinə aid olsa da oteldən 200-300 metr aralıda yerləşir və bu səbəbdən mütəmadi nəzarət olunması mümkün olmur, həmin nəzarətin müqavilə bağlanılan şirkət tərəfindən həyata keçirilməsi nəzərdə tutulsada bu işi gec gördüklərinə görə qeyd olunan vəziyyət yaranmış, otelə məxsus su çökrücü qurğu mövcudur lakin su təmizləyici qurğu olmadığına görə pasportu təqdim edilə bilməmiş, qeyd olunan pozuntu dərhal aradan qaldırılmış, qeyd olunanları nəzərə alınaraq hüquqi şəxs barəsində daha yüngül məsuliyyət və ya inzibati məsuliyyətdən azad olunması xahiş edilmişdir. -İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şəxs ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir ki müqavilə xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olur. -İş materiallarında olan fotoşəkillərdən və 2023-2025-ci illərə aid peyk görüntülərindən “Ramada by Wyndham Baku” hotelindən Xəzər dənizinə su axıdıldığı müşahidə olunur. -İş materiallarında olan video görüntülərdən “Ramada by Wyndham Baku” hotelinin şambosunda çirkab sularının olduğu və şambonun alt hissəsindən boru vasitəsi ilə su axıdıldığı müşahidə olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına; sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə və digər tələblərə riayət olunmasını təmin etməkdir. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 5-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini həyata keçirən orqanlar aşağıdakı səlahiyyətlərə malikdirlər: -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədilə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslərə, Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə qarşı iddia qaldırmaq; -su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarının pozulmasında müqəssir şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək; -suların istifadəsinə və mühafizəsinə dair müəyyən edilmiş qaydalar pozulduqda həmin işləri və bu mənbələrin suyundan istifadə olunmasını dayandırmaq hüququna. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan X2vericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Su Məcəlləsinin 78-ci maddəsinin birinci abzasına əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. Azərbaycan Respublikasının Su Məcəlləsinin 81-ci maddəsinin birinci abzasına əsasən bütün sular (su obyektləri) onların fiziki, kimyəvi, bioloji xassələrinin dəyişməsi, təbii təmizlənmə qabiliyyətinin azalması, suların hidroloji və hidrogeoloji rejiminin pozulması nəticəsində əhalinin sağlamlığına zərər vura biləcək, habelə balıq və digər su bioresurslarının azalmasına, su təchizatı şəraitinin pisləşməsinə və digər əlverişsiz hallara səbəb ola biləcək çirklənməkdən, zibillənməkdən, tükənməkdən mühafizə olunmalı və qorunmalıdır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində X12 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsnə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində X12 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində X12 iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik barəsində X12 iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi sübuta yetirilən inzibati xəta əməlinə görə tətbiq ediləcək inzibati tənbeh növünü və onun miqdarını müəyyən etmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən, X12 işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim: Sahilə Bağırova.
Məhkəmə qərarları › İş №3(009)-2202/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2202/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver