Məhkəmə qərarları › İş №3(009)-2204/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2204/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2204/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/02668 saylı 22.10.2021-ci il tarixli raportda Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına ********* nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün tərtib olunmuş **********7923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş TRLU ******* nömrəli konteynerdə olan yüklərin eyniləşdirilməsi üçün baxış keçirilərkən, gömrük bəyannaməsi üzrə bəyan olunan “BARABLOK" nişanlı təbii bitum və asfalt markalı mala baxış keçirərkən bəyannamədə və invoys sənədində malın yer sayının 8 yer və ədəd sayının 400 kisə qeyd olunmağına baxmayaraq, 16 yer və 800 kisə olduğu aşkar edildiyi qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan şossesi 16-cı km ünvanında qeydiyyatda olan “HALLİBÖRTON YEUREYJA LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı filialının tərəfindən **********7923 sorğu nömrəli 18.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edilən 8 yer, 400 kisə deyil, faktiki olaraq 16 yer 800 kisə olduğu təqdirdə (malların netto çəkisidə nəzərə alınmaqla) rəsmiləşdiriləcək gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişlərinin yaranıbyaranmayacağı barədə Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinə məlumat verilməsi üçün “Sahil” gömrük postuna 34/013/029265 saylı 10.11.2021-ci il tarixli raportla müraciət olunmuş, adı qeyd olunan gömrük postundan daxil olmuş 34/026/029391 saylı 11.11.2021-ci il tarixli raportda Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına daxil olmuş ********* nömrəli vaqon üçün tərtib olunmuş **********7923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş “BARABLOK” nişanlı təbii bitum və asfalt markalı malın yer sayının 8 əvəzinə 16 və kisə sayının 400 əvəzinə 800 kisə qeyd olunması şirkətin gömrük və vergi üzrə azadolma sertifikatları nəzərə alındığı üçün ödənişlərdə heç bir fərq yaranmadığı qeyd edilmişdir. Araşdırma nəticəsində, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan şossesi 16-cı km ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı X1 TRLU ******* nömrəli konteynerdə idxal etdiyi və Bakı Baş Gömrük idarəsində **********7923 sorğu nömrəli 18.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə "müvəqqəti saxlanc xüsusi” gömrük proseduru altında bəyan edilmiş 8 yer 400 kisə “barablok nişanlı təbii bitum və asfalt” yükünün yer və kisə sayını 8 yer və 400 kisə az bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialınınnümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına ********* nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün tərtib olunmuş **********7923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş nömrəsi TRLU ******* olan konteynerdə yüklərin eyniləşdirilməsi üçün baxış keçirilərkən, gb üzrə bəyan olunan “BARABLOK” nişanlı təbii bitum və asfalt markalı mala baxış keçirərkən bəyannamədə və invoys sənədində malın yer sayının 8 yer və ədəd sayının 400 kisə qeyd olunmağına baxmayaraq, 16 yer və 800 kisə olduğu aşkar edilmişdir. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş 20 oktyabr 2021 -ci il tarixli “Yoxlama haqqında” protokoldan görünür ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına ********* nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7923 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara gömrük nəzarətini həyata keçirməkdən ötrü ********* nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş TRLU ******* nömrəli konteyneri yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən edildi ki, gb üzrə bəyan olunan “BARABLOK” nişanlı təbii bitum və asfalt markalı mala baxış keçirərkən bəyannamədə malın yer sayının 8 yer və cəmi kisə sayının 400 kisə qeyd olunmağına baxmayaraq, faktiki yer sayının 16 yer və kisə sayının 800 kisə olduğu aşkar edildi. İş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/02668 saylı 22.10.2021 -ci il tarixli raportda Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına ********* nömrəli vaqon vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün tərtib olunmuş **********7923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş TRLU ******* nömrəli konteynerdə olan yüklərin eyniləşdirilməsi üçün baxış keçirilərkən, gömrük bəyannaməsi üzrə bəyan olunan “BARABLOK” nişanlı təbii bitum və asfalt markalı mala baxış keçirərkən bəyannamədə və invoys sənədində malın yer sayının 8 yer və ədəd sayının 400 kisə qeyd olunmağına baxmayaraq, 16 yer və 800 kisə olduğu aşkar edildiyi qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan şossesi 16-cı km ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının tərəfindən **********7923 sorğu nömrəli 18.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edilən 8 yer, 400 kisə deyil, faktiki olaraq 16 yer 800 kisə olduğu təqdirdə (malların netto çəkisidə nəzərə alınmaqla) rəsmiləşdiriləcək gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişlərinin yaranıb- yaranmayacağı barədə Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə məlumat verilməsi üçün “Sahil” gömrük postuna 34/013/029265 saylı 10.11.2021-ci il tarixli raportla müraciət olunmuş, adı qeyd olunan gömrük postundan daxil olmuş 34/026/029391 saylı 11.11.2021-ci il tarixli raportda Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının (VÖEN **********) ünvanına daxil olmuş ********* nömrəli vaqon üçün tərtib olunmuş **********7923 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş “BARABLOK” nişanlı təbii bitium və asfalt markalı malın yer sayının 8 əvəzinə 16 və kisə sayının 400 əvəzinə 800 kisə qeyd olunması şirkətin gömrük və vergi üzrə azadolma sertifikatları nəzərə alındığı üçün ödənişlərdə heç bir fərq yaranmadığı qeyd edilmişdir. Araşdırma nəticəsində, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan ŞTQ, Salyan şossesi 16- cı km ünvanında qeydiyyatda olan “HALLİBÖRTON YEUREYJA LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı filialı X1 TRLU ******* nömrəli konteynerdə idxal etdiyi və Bakı Baş Gömrük idarəsində **********7923 sorğu nömrəli 22.04.2021-ci il tarixli gömrük bəyannaməsi ilə "müvəqqəti saxlanc xüsusi” gömrük proseduru altında bəyan edilmiş 8 yer 400 kisə “barablok nişanlı təbii bitum və asfalt” yükünün yer və kisə sayənə 8 yer və 400 kisə az bəyan etməklə gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnamə ilə nümayəndəsi X2 izahatından görünür ki, Şəxs Şirkətində maddi texniki təminat üzrə baş mühəndis vəzifəsində çalışır. Şəxs Şirkətinin əsas fəaliyyəti neft qazma işlərini görən şirkətlərə xidmət göstərməkdir. Adı qeyd olunan şirkət BP və Socar şirkətlərinin subpodratçısıdı. Belə ki, onların sifarişi əsasında dünyanın müxtəlif ölkələrindən lahiyələr üzrə müxtəlif mallar idxal edirlər. Sonuncu dəfə X1 TRLU ******* nömrəli konteynerdə “Barablok” nişanlı neft gazma işlərində istifadə olunan xammal daxil olmuşdur. Mallar BP şirkətinin istəyi ilə X1 sifariş edilmişdir. Halliburton Energy Services şirkəti Azərbaycanda yerləşən şirkətin baş ofisidir. Şəxs Şirkətinin ünvanına cəmi 1600 kisə daxil olmalı idi, sonuncu dəfə isə cəmi 8 yerdən ibarət 400 kisə “Barablok” nişanlı neft gazma işlərində istifadə olunan xammal daxil olmalı idi. Həmin mallara dair Amerikadan göndərilmiş 94307857 nömrəli vagona dair dəmiryol qaimə sənədi əsasında həm qısa idxal bəyannaməsi həmdə **********7923 sorğu nömrəli 18.10.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmişdir. Mallar ölkə ərazisinə daxıl olmamışdan öncə qeyd olunan vaqonun üzərində TRLU ******* nömrəli konteynerdə 8 yerdən ibarət 400 kisə 9162,56 kq xammal daxil olmasını gözləyirdilər. Ona görə də həmin dəmiryol qaimə sənədi əsasında malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında o cür bəyan etmişlər. Sərhəd gömrük orqanında mallar qeydə alınarkən mallara dair ümumi olan 1600 kisə cəmi invoys dəyəri olan 57648 ABŞ dolları olan invoys sənədi əlavə edilmişdir. Qeyd olunan mallar Hasilatın pay bölgüsü sazişinə uyğun olaraq gömrük ödənişlərindən azaddır. Mallar sərhəd gömrük organına daxil oldugdan sonra 20.10.2021-ci il tarixdə malların gömrük ödənişlərindən azad olması üçün Dövlət Gömrük Komitəsinə digər mallarda daxil olmaqla 1600 kisə cəmi invoys dəyəri olan 57648 ABŞ dolları olan Barablok nişanlı qilsonit asfaitlər yükü Elekton Hökümət portalı vasitəsilə müraciət olunmuşdur, siyahı 21.10.2021-ci il tarixdə təsdiq edilmiş və 23.10.2021-ci il tarixdə mallar vergi və rüsumlardan azad olma sertifkatının qüvvəsinə düşərək Şəxs Şirkətinə göndərilmişdir. Bir mənalı olaraq BP şirkətinin məktubu və onların istəyi ilə idxal edilən mallara görə vergi və rüsumlar ödənilmir. Mallar müvəqqəti saxlac xüsusi gömrük proseduru altında məhz siyahı alınması üçün bəyan edilir. Daha sonra isə son istifadə xüsusi gömrük proseduru altında bəyan edilir. Mallar bəyan edildikdən sonra isə konteynerə baxış zamanı müəyyən edildi ki, Hallibörton Yeureyja Limited” Şirkətinin ABŞ-da yerləşən baş ofisindən mallar konteynerə 400 kisə deyil 800 kisə yüklənilib və göndərilib. Konteynerdə artıq malların olmasından xəbərləri olmayıb. Daha sonra malları göndərən şirkət məktubla üzürxahlıg məktubu göndərmişlər. Mallar hal-hazırda Şəxs Şirkətinə məxsus Bakı Şəhəri Salyan şossesi 23-cü km ünvanında yerləşən anbarda gömrük nəzarəti altında saxlanılır. Hal-hazırda mallar son istifadə xüsusi gömrük proseduru altında bəyan edilməyə hazırdır. Bəyannaməni tərtib edən "xxxx" MMC onlara təqdim etdikləri mal-müşayiət sənədləri əsasında, xüsusilədə dəmiryol qaimə sənədi əsasında tərtib edilmişdir. Mallar göndərilən mal-müşayiət sənədləri əsasında bəyan edilmişdir. Konteynerdə gabagcadan artıq 400 kisə yükün olduğundan məlumatsız olmuşlar. İdxal etdikləri mallar yalnız neft qazma işlərində istifadə olunur və digər sahələrdə istifadəsi mümkün olan hal deyil. Bu malları bəyan etməmə kimi bir fikrləri olmayıb, həmin malların çəkisindən, ədəd sayından asılı olmayaraq gömrük ödənişləri ödəmirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsinin izahatı ilə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar