Məhkəmə qərarları › İş №3(009)-2204/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2204/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2204/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli, 13000-01383/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 2-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 3200/012/004054 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına göndərilən mal xx.xx.2024cü il tarixdə saat 07:39-da “Mazımqara” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin mallar 02 sentyabr 2024-cü il tarixdə **********5677 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı müəyyən edilmişdir ki, şirkət tərəfindən **********5677 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbənin inspektoru Məriyam Ağayeva tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, "ALCO (VÖEN: **********) MMC-nin ünvanına " 99HK306/99ZB306 nömrəli nəqliyyat vasitələri ilə gələn yük Mazımqara gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına vaxtında təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, "xxxx" MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin göstərilməməsi "xxxx" MMC tərəfindən təqdim edilmiş **********5677 saylı gömrük bəyannaməsinin 40- cı qrafasında da öz əksini tapmışdır. İş materiallarında olan gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən mallar rəsmiləşdirilməsi üçün müraciət xx.xx.2024-cü il tarixdə edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi’’ informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışlardan görünür ki, 99ZB306 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə göndərilən mallar xx.xx.2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmiş, gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, qısa idxal bəyannaməsini verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi Jalə Orucova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 2-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 3200/012/004054 nömrəli raporta əsasən "xxxx" MMCnin ünvanına göndərilən mal xx.xx.2024-cü il tarixdə saat 07:39-da "Mazımqara" gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin mallar 02 sentyabr 2024-cü il tarixdə **********5677 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı müəyyən edilmişdir ki, şirkət tərəfindən **********5677 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən Şirkətin nümayəndəsi izahat verməsi üçün Təhqiqat şöbəsinə dəvət edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, göndərən şirkət olan İngiltərə Krallığında fəaliyyət göstərən "Multisol Europe LTD” şirkəti tərəfindən yükün gömrük sərhəddinə yaxınlaşması barədə məlumat "xxxx" MMC-yə gec bildirildiyi üçün qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. **********5677 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalmasından da bu fakt aydın görünür. Belə ki, "xxxx" MMC-nin ünvanına İngiltərə Krallığında fəaliyyət göstərən "Multisol Europe LTD" şirkəti tərəfindən 99HK306/99ZB306 qeydiyyat nömrəli nəqliyyat vasitəsilə göndərilən "tərkibində bitumlu süxurlardan alınmış neft və ya neft məhsulları" adlı yük xx.xx.2024-cü il tarixdə saat 07:39-da "Mazımqara" gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, qısa idxal bəyannaməsini verməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində mallar gömrük ərazisinə gətirilməzdən əvvəl həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi tələb olunur. Qısa idxal bəyannaməsinin verilməməsinə görə isə bu fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. əsasən "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Beləliklə, iş materialında olan sənədlərə və hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş izahata əsasən "xxxx" MMC tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış, bu səbəbdən hüquqi şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmışdır. İş materiallarında olan inzibati xəta haqqında protokolda qeyd olunan "Şəxs MMC-nin nümayəndəsi X2 izahatından görünür ki, göndərən şirkət olan İngiltərə Krallığında fəaliyyət göstərən “Multisol Europe LTD” şirkəti tərəfindən yükün gömrük sərhəddinə yaxınlaşması barədə məlumat Şəxs MMC-yə gec bildirildiyi üçün qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar