Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2204/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30219020 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, EQ seriyalı 30219020 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçinin şəxsi kabinetinə yerləşdirilmiş fotoşəkillərin avtobus zolağına aid olub-olmamasını və şəhərin hansı ərazisi olmasını müəyyən etmək mümükün deyil. Əlavə olaraq, onun şəxsi kabinetinə yerləşdirilmiş, avtobus zolağına daxil olmanı qadağan edən işarənin fotoşəklinin hansı yolda çəkildiyini müəyyən etmək də mümükün deyildir. Həmin fotoşəkillərin üzərində nə tarix, nə də ki, saat əks olunmamışdır. Üzeyir Hacıbəyov küçəsi N 159-da olan avtobus zolağında 07:00-22:00 vaxt məhdudiyyəti mövcuddur. O cümlədən qərar da nömrəsizdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş şəxs X4 şikayət ərizəsini müdafiə edərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Həmçinin, əlavə olaraq bildirmişdir ki, qərar və videogörüntü bir gün müddətində onun elektron kabinetinə yerləşdirilməmiş, inzibati xətanın məkan yeri Bakı şəhər DYPİ-nin ərazisi göstərildiyi üçün barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qərarın qanunauyğun olduğunu bildirmiş və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, EQ seriyalı 30219020 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə prosesində qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş, nəticədə məlum olmuşdur ki, həqiqətən də xx.xx.2025-ci il tarixində, saat 22:40 radələrində X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. Məhkəmə şikayətçinin dəlillərinə münasibətdə bildirir ki: - Şikayətçinin şəxsi kabinetinə yerləşdirilmiş fotoşəkillərin avtobus zolağına aid olubolmamasını müəyyənləşdirmək mümkün olmasa da, məhkəmə iclası zamanı baxış keçirilmiş video görüntüdən aydın olur ki, X4 xx.xx.2025-ci il tarixdə saat 22:40-da idarə etdiyi “TOYOTA PRİUS HYBRİD MİNİK” markalı, **-VU-*** nömrə nişanlı avtomobil ilə Üzeyir Hacıbəyov küçəsi N159 ünvanında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayırılmış zolaqda hərəkətdə olmuşdur; - Şikayətçi ərizəsində daxil olduğu avtobus zolağında vaxt məhdudiyyəti (07:00- 22:00) olmasını qeyd etsə də, həmin ünvanda qeyd olunan zolağa daxil olmağa görə hər hansı vaxt məhdudiyyətinin olmaması həmin zolağın ümumi istifadədə olan nəqliyyat vasitələrinə ayrılmış zolaq olmasını göstərən yol nişanının altında saat limitinin göstərildiyi lövhənin olmaması ilə təsdiq olunur; - Şikayətçi şikayətində barəsində qəbul olunmuş “inzibati tənbeh vermə haqqında” qərarın nömrəsiz olduğunu qeyd etmiş olsa da, qərarın 6-cı sətrində qərarın nöməsi “EQ30219020” kimi qeyd olunmuşdur; - Şikayətçi şikayətində qərarın və onun əlavəsi olan video görüntünün bir gün müddətində elektron kabinetinə yerləşdirilmədiyini əsas gətirərək onun ləğv edilməsini xahiş etsə də xx.xx.2025-cü il tarixli, EQ seriyalı 30219020 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın özündə xx.xx.2025-ci il tarix saat 22:40-da törədilmiş inzibati xəta ilə bağlı məlumatların xx.xx.2025-ci il tarixdə saat 17:59-da elektron kabinetə yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, şikayətçini vəsatətində qeyd etdiyi inzibati xətanın törədilmə yerinin Bakı şəhər DYPİ kimi qeyd olunması ilə bağlı isə məhkəmə bildirir ki, qərarda “DİN BDYPİ X3” inzibati xətanın törədiliyi yer kimi deyil, qərarı qəbul etmiş orqanın adı kimi qeyd olunmuşdur. Göründüyü kimi, X1 şikayəti əsaslı olmamaqla, özünü müdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli, EQ seriyalı 30219020 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Bakı şəhəri DYP tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30219020 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2204/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2204/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver