Məhkəmə qərarları › İş №3(009)-2205/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2205/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2205/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə SahQSC qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firmasının nümayəndəsi X1 iştirakları ilə, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Firması 861480.21 ABŞ dolları məbləğində olan vəsaiti 17 oktyabr 2019-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 94988.07 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xarici xaricdən geri qaytarılmamışdır. Xəta 18.10.2021-ci il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs X2 Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Firmasının nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Zevs-Z şirkətinin törətdiyi iddia edilən inzibati xəta tərkibi mövcud deyil. Belə ki, Protokolun tərtib edilməsinə əsas olmuş halın yaranmasında Zevs-Z firmasının təqsiri olmamışdır. Protokolda Zevs-Z firmasının təqsirini təsdiq edə bilən hər hansı sübut və ya məlumat yer almır. Buna görə də Zevs-Z firmasının törətdiyi iddia edilən əməldə Zevs-Z firmasına aid edilə bilən inzibati xəta tərkibi müəyyən edilmir. Əlavə olaraq protokol onun tərtib edilməsi qaydası və müddətləri pozularaq tərtib edildiyi üçün Protokol əsasında inzibati tənbeh haqqında qərar qəbul edilməsi mümkün deyil. Mərkəzi Bank tərəfindən tərtib edilmiş və yalnız X4 departamentinin hüquq məsləhətçisi İradə Xasayeva tərəfindən imzalanmış protokolda yer alması məcburi olan yuxarıda göstərilən halların heç biri əks olunmur. İ.Xasayevanın inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyətlərə malik olub-olmaması təqdim edilmiş heç bir sənədlə təsbit olunmur, İ.Xasayevanın ümumiyyətlə vəzifəli şəxs olması müəyyən deyil. İXM-nin 102.1-ci maddəsi nəzərdə tutur ki, bir çox sahələrdə, o cümlədən, maliyyə sahəsində inzibati xəta aşkar edildikdən sonra prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Nəzərdən keçirilən iş üzrə yuxarıda göstərilən, müəyyən edilməsi zəruri olan halların müəyyən edilməməsi göstərir ki, bu iş üzrə həmin halların müəyyənləşdirilməsi üçün inzibati araşdırma başlanmalı və aparılmalı idi ki, bu da həyata keçirilməmişdir. İnzibati xəta əlamətləri daşıyan hal üzrə “X7” tərəfindən Mərkəzi Banka məlumat 21.10.2021 tarixd göndərilmişdir. İXM-nin 101.1-ci maddəsinə əsasən protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra və ya ən çoxu (Zevs-Z firması barədə məlumatların əlavə aydınlaşdırılması tələb olunardısa) həmin vaxtdan sonra iki (2) gün müddətində tərtib edilməli idi. Halbuki, Mərkəzi Bank tərəfindən təqdim edilmiş materiallardan göründüyü kimi, X6-Z firması barədə heç bir əlavə məlumat toplamamışdır və bununla belə, protokol yalnız 12.11.2021-ci il tarixdə tərtib edilmişdir və protokol İXM-nin 101.1-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə tərtib edilmişdir. 100.1.7-ci maddəsinin tələblərinə zidd olaraq Şəxs firmasının nümayəndəsinin izahatı əks olunmamışdır, çünki, İXM-nin 76-cı maddəsinin ziddinə olaraq sübutların tam olaraq toplanması təmin edilmədən qərar verilmiş, Şəxs firmasının nümayəndəsinin İXM-nin 61 və 64.3-cü maddələrinin ziddinə olaraq işdə iştirakı təmin edilməmiş, bununla da, Şəxs firmasının və onun nümayəndəsinin İXM-nin 61.1.2 və 61.1.3-cü maddələri ilə nəzərdə tutulan izahat vermək və sübutlar təqdim etmək hüquqları kobudcasına pozulmuşdur. Protokol tərtib edilərkən, əlavə olaraq, həm də, İXM-nin 100.2-ci maddsinin tələbləri pozulmuşdur, belə ki, göstərilən maddənin ziddinə olaraq, Şəxs firmasının nümayəndəsinə İXM ilə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmişdir, bu hal protokolda da öz əksini tapmışdır, belə ki, bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Bu eyni zamanda İXM-nin 78.2-ci maddisinin də pozuntusunu təşkil etmişdir, belə ki, həmin maddəyə gör də Şəxs firmasının nümayəndəsinin izahatı protokolda göstərilməlidir. Protokoldan görünür ki, işin bütün halları aydınlaşdırılmamış, sübutlar tam toplanmamış, buna görə də işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi tələbi təmin olunmamışdır. Halbuki, işin bütün halları qanunun tələbləri çərçivəsində müəyyən edilmsi v qiymtləndirilməsi sasında anlaşıla bilərdi ki, iş materialları əsasında Şəxs firmasının hərəkətlərində inzibati xəta tərkibi yoxdur və Şəxs firması xaricə ödənilmiş vəsaitlərin qaytarılmaması son zərurət qaydasında baş vermişdir. İXM-nin 105.1-ci maddəsin əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda işin icraatına xitam verilməlidir. Vəsaitlərin qaytarılmamasının Şəxs firması tərəfindən son zrurət halı olaraq tətbiq edildiyi qənaətinə gəlmək mümkündür. Bunlar, iş üzr icraata 53.1.2 və 53.1.3 maddələrinə əsasən xitam verməyə əsasdır. Şəxs şirkətinin xəta törətmiş olduğu sübut edilmədən və araşdırılmadan AMB tərfindən inzibati xəta haqqında Şəxs firmasının xəbəri olmadan protokol tərtib edilmiş və bu zaman qanunun külli miqdarda pozuntularına yol verilmişdir ki, bu hal da qanuni şəkildə qiymətləndirmə tələb edir. Halbuki, iş materiallarından aşağıda təsvir edildiyi kimi aydın olur ki, protokol tərtib edilərkən İXM-nin 8-ci maddəsinin tələbləri ümumiyyətlə nəzərə alınmamışdır və AMB tərəfindən Şəxs firmasının təqsirini sübut edə biləcək heç bir sübut təqdim edilmir. Halbuki, faktiki şərait elə olmuşdur ki, Şəxs firması mcburiyyət qarşısında qalaraq, onun sifarişi əsasında hazırlanmış məhsulları idxal edə bilməmişdir. Məsələ ondadır ki, Şəxs firması ARDNŞ-nin "Kompleks Qazma işləri" Tresti (Trest) ilə 27.11.2017-ci il tarixdə KQ-ZS/03—2017 saylı muftasız qoruyucu boruların və 20.11.2018-ci il tarixdə 26155-1 saylı və qalın divarlı və agır qazma borularının təchizatı barədə müqavilələr bağlamışdır. Həmin müqavilələr üzrə üzərinə düşən təchizat öhdəliklərinin yerinə yetirilməsi üçün Şəxs firması ABŞ-da yerləşən “XL Systems” və “GRANT PRİDECO” şirktləri ilə müvafiq müqavilələr (“XL Sysyrems” ilə müqavilənin surəti AMB tərfindən təqdim edilmişdir, “GRANT PRİDECO” şirkəti ilə müqavilə əlavə olunur) bağlamışdır. Muftasız qoruyucu boruların (bunlar "böyük diametrli premium yivli qoruyucu borular" olaraq da tanınır) və ağır qazma borularının istehsalı sifarişlər yerlşdirildikdən sonra 12—18 ay müdətində tamamlanır, belə ki, onların istehsalı mürəkkəb texnoloji istehsal prosesi tələb edir. Məhz bununla əlaqdar olaraq Şəxs firması və Trest arasındakı müqavilələr 90-210 tqvim günü (26155-1 saylı müqavilənin 3.2-ci maddəsi müqavilənin surəti əlavə edilir) və 150-300 təqvim günü (KQ-ZS/03—2017 saylı müqavilənin 3.2-ci maddəsi - müqavilənin surəti əlavə edilir). Onu da qeyd etmək lazımdır ki, Şəxs firması tərəfindən borular istehsalçıdan müqavjl qiymətlrinin 100% əvvəlcədən ödnilməsi şərtilə satın alınır (XL Systems və GRANT PRİDECO şirktləri ilə müqavilələrin 4-cü maddələri), Trestə isə təchizatdan sonra ödmə şərti (26155-1 saylı və KQ-ZS/03—2017 saylı müqvilələrin 4-cü maddələri) altında satılır. Bu o, deməkdir ki, təchizatla əlaqədar bütün risklər Şəxs firmasının üzrinə düşür. Trestin Şəxs firmasına 27 Aprel 2020 tarixli SOCAR**********30900878X00132 saylı mktubundan (əlavə edilir) görünür ki, Trest müqavilələr üzrə malların qismən təchiz ediliyini təsdiq edərərk ARDNŞ-nin mövcud maliyyə çətinliklərini nəzərə alaraq, müqavilələr üzrə malların istehsalı və tədarükünün Trestin növbəti tədarüklə bağlı sifariş məktubunu alanadək dayandırılmasını xahiş etmişdir. Bu məktubla əlaqədar olaraq Şəxs firması tərəfindən boruların tədarükü dayandırılmışdır. Mallar artıq sifariş verildiyi üçün Şəxs firması üçün mallara görə ödənilmiş vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin məktubdan sonra Şəxs firmasına Trest tərəfindn tədarükün bərpa edilməsi barədə bildiriş verilməmişdir və bununla laqədar olaraq Zevs-Z firması təchizatı bərpa edə bilməmişdir. Malların təchizatının dayandırılması, həm də, dünyada tüğyan edn COVİD19 pandemiyası ilə bağlı olmuşdur. Belə ki, 2020-ci ilin mart ayından etibarən boruların istehsal dayandırılmışdır. COVİD 19 Pandemiyası səbəbindən bütün dünyada baş vermiş FORS-MAJOR səbəbilə boruların istehsalında Şəxs firmasından asılı olmayan səbblərə görə ləngimələr baş vermişdir ki, bu da boruların təchizatını qeyri- mümkün etmişdir. Bu hal Şəxs firması tərəfindən “X7”a göndərilmiş məktubda da öz əksini tapmışdır. Təchizatda ləngimələrin daha bir səbəbi ARDNŞ-nin məruz qaldığı maliyyə çətinliyi ilə əlaqədar olmuşdur. Trest tərəfindən təchiz edilən boruların dəyərinin ödənilməməsi Şəxs firmasının maliyyə durumuna mənfi təsir göstərmiş, onu əlavə, adi halda lüzumsuz borclanmaya məcbur etmiş və Şəxs firması ödəliklərinin, o cümlədən qanunla üzərinə qoyulan vəzifələrinin pozuntusuna yol verməməkdən ötrü bank kreditlərindn istifadə etməyə məcbur olmuşdur. Trestin Şəxs firması qarşısında borcu cari ilin əvvəlinə üzləşmə aktı ilə təsdiq edilir (əlavə olunur). Bu sahədə vəziyyət olduğu kimi qalmaqdadır. Yuxarıda göstərilən borc və təchizat üzr hallar Şəxs firması tərəfindən Trestə göndərilmiş məktublarla da təsdiq edilir. Şəxs firması tərəfindən sifariş verilmiş boruların ölkəyə idxalı Şəxs firmasının nəzarətindn kənar olan hallar sbəbindən baş vermişdir və Şəxs firmasının bu ləngimədə təqsiri yoxdur. Odur ki, İXM-nin 9-ci maddsinə əsasən təqsirsizlik prezumpsiyası prinsipi əsas götürülərək, Şəxs firmasının və onun əməkdaşlarının boruların idxalının ləngiməsində təqsirsiz olmaları nəzərə alınaraq Şəxs firması haqqında İXM-nin 430.4-cü maddəsi əsasında inzibati icraata xitam verilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən Şəxs firmasının yer aldığı iddia edilən inzibati xətanı törətməkdə təqsiri sübut olunmalıdır və nə qədər ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM- də nəzərdə tutulmuş qaydada sübuta yetirilmyib o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsi nəzərdə tutur ki, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Buna əsasən şəxsin təqsirinin sübut edilməsi yükü Protokol tərtib edən orqanın üzərinə düşür. AMB-nin təqdim etdiyi protokol və protokola əlavə edilmiş sənədlərlə Şəxs firmasının və onun əməkdaşlarının təqsiri sübuta yetirilməmişdir, buna gör də icraata Şəxs firmasının əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bütün bu hallar AMB tərəfindən aparılmalı olan, lakin aparılmamış araşdırma nəticəsində müəyyən olunmalı və protokolda öz əksini tapmalı idi. Protokolda bel halların əks olunmaması onun tərtibi zamanı İXM-nin yuxarıda göstərilən 31.3cü maddəsinin tələblərinin pozulduğunu göstərir. Qeyd edilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Firmasının Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Belə ki, iş materiallarında olan ödəniş barədə hesabata əsasən Şəxs Firmasının hesabından 17.10.2019-cu il tarixdə 861480.21 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 94988,07 ACŞ dolları bəyan edilməmişdir. “Yapıkredi Bank Azərbaycanın” Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 21 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs Firması 861480.21 ABŞ dolları məbləğində olan vəsaiti 17 oktyabr 2019-cu il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 94988.07 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xarici xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs X2 Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin nümayəndəsinin istinad etdiyi halları əsaslı hesab etmir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasların olmadığı bildirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Firması (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 94988.07 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, 18997.61 (on səkkiz min doqquz yüz doxsan yeddi dollar altmış bir sent) ABŞ dolları, yəni 32296.00 (otuz iki min iki yüz doxsan altı) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar