Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2207/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli 00100-02436/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2023cü il tarixdə Türkiyə Respublikasının “Vatan kimya ith. İhr. Dış. Tic. LTD ŞTİ” şirkətindən 34JZ9529/34KZ4337 nömrə nişanlı yük iaşınında GİB**********020 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və ********** sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük sində bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan )s/, 14-cü km ünvanında yerləşən “ipək Yolu” gömrük postunda gömrük yoxlaması həyata İmişdir. Gömrük yoxlaması zamanı Şəxs MMC tərəfindən gömrük orqanına təqdim iş 0123********** sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal eyində 498 ədəd bəyan edilmiş “Maribor” ticarət nişanlı hamam xalatları yükünün faktiki q 611 ədəd olduğu, yəni 113 ədəd artığ olduğu, gömrük bəyannaməsinin 7-ci mal mövqeyində ıdəd bəyan edilmiş “Nurpak” ticarət nişanlı 50x90 ölçülü dəsmal yükünün faktiki olaraq 720 olduğu, yəni 430 ədəd artıq olduğu aşkar edilmişdir. Beləliklə də, araşdırma zamanı 113 ədəd bor" ticarət nişanlı hamam xalatları və 430 ədəd “Nurpak” ticarət nişanlı 50x90 ölçülü dəsmal lün gömrük orqanına düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların giymətləndirilməsi üçün xüsusi biliyə malik ertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2- Э5/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası əzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ərtizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə işdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 09 10.2023-cü il tarixdə Bakı Baş ~ük idarəsinə daxil olmuş 9/7156 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim iş 430 ədəd “Nurpak” ticarət nişanlı 50x90 ölçülü dəsmalın xx.xx.2023-cü il tarixə orta bazar )ti 4300,00 marıat, 113 ədəd “Maribor” ticarət nişanlı hamam xalat dəstinin orta bazar qiyməti ,00 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə ı 2023-cü il tarixə orta bazar qiyməti 13905.00 (on üç min doqquz yüz beş)manat müəyyən edilir. Bununla da, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 113 ədəd “Maribor” ticarət nişanlı tm xalatları dəsti və 430 ədəd “Nurpak” ticarət nişanlı 50x90 ölçülü dəsmal yükünün nilikdə orta bazar qiyməti 13905.00 (on üç min doqguz yüz beş) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 protokola etiraz etməyərək, gömrük qaydalarının pozulduğunu qəbul etdiklərini bildirmiş və məhkəmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında qeyd edilən tənbehin aşağı həddini təyin olunmasını xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun raportudan görünür ki, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasından 34JZ9529/34KZ4337 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində daxil olmuş və 0123********** sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara gömrük yoxlaması keçirən zaman, bəyannamənin 1-ci mal mövqeyində “Maribor” ticarət nişanlı bornoz 498 ədəd bəyan olunduğu halda, faktiki avtomaşında 611 ədəd, yəni 113 ədəd artıq və 7-ci mal mövqeyində “Nurpak” ticarət nişanlı 50x90 ölçülü havlu 290 ədəd bəyan olunduğu halda, faktiki avtomaşında 720 ədəd, yəni 430 ədəd artıq olduğu aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı 0123********** sorğu nömrəli bəyannamənin 1-ci mal mövqeyində “Maribor” ticarət nişanlı bornoz 498 ədəd bəyan olunduğu halda, faktiki avtomaşında 611 ədəd, yəni 113 ədəd artıq və 7-ci mal mövqeyində “Nurpak” ticarət nişanlı 50x90 ölçülü havlu 290 ədəd bəyan olunduğu halda, faktiki avtomaşında 720 ədəd, yəni 430 ədəd artıq olduğu aşkar edilmişdir. Yük hazırda “İpək Yolu” g/p-nun 6-cı abarında gömrük nəzarəti altinda saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli 9/7156 nömrəli Ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd Türkiyə Respublikası istehsalı olan, üzərində “Nurpak 100% Pamuk” yazıları olan, 45x85 sm ölçülü dəsmal - 10,0 manat, 430 ədəd - 4300,0 manat, və 01 dəst Türkiyə istehsalı olan, içərisində 01 ədəd “Maribor Collection” markalanma yazıları olan S/M ölçülü hamam xalatı, 01 ədəd 45x85 sm ölçülü və 01 ədəd 65x125 sm ölçülü dəsmallar olan dəst - 85,0 manat, 113 ədəd - 9605,0 manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 4171 (dörd min yüz yetmiş bir) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2207/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2207/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver