Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2208/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X13 YNH üzrə baş inspektoru X7 və şikayətçi X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon Dövlət X13 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon Dövlət X13 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon DYPŞ-nin polis X1 TP ******* saylı, 22 avqust 2025-ci il tarixli qərarı ilə AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuş, belə ki, xx.xx.2025-ci il tarixdə "Badamdar şossesində", "Şəki" restoranı ilə üzbəüz yol ayrcında idarə etdiyi "**-FJ-***” dövlət qeydiyyat nişanlı, "Toyota Prius" markalı avtomabillə baş yoldan baş yola manevr edərək, öz yoluna çıxarkən, sağ tərəfdən - məhlədən gələn "**-AC-***” dövlət qeydiyyat nişanlı, "Audi" markalı maşın baş yolu gözləmədən gəldiyi surətdə onun idarə etdiyi avtomobilə dəymiş, hadisə yerinə sığort şirkətinin əməkdaşları gəlsədə, DYP-nin əməkdaşları gəlməmişdir,bölməyə gələrək ərizə yazmalı olduğu bildirilmiş, həmçinin bu hadisə ilə bağlı məhkəməyə şikayət edəcəyini bildirsədə, onlar cavabında hara istəyirsən get şikayət et demişlər, hadisə nəticəsində ona 850 manata yaxın ziyan dəymiş, hadisənin gedişindən və baş verməsindən görünür ki, ona yazılan cərimə əsassızdır. Hesab edir ki, qeyd olunan qərar əsassızdır və ləğv olunmalıdır. Hadisə Bakı şəhəri, Səbail Rayonu ərazisində baş verdiyi üçün AR İXM-ni rəhbər tutub Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir, Azərbaycan Respublikası məhkəmələrinin ədalətinə güvənir. Qanuni qərar nədirsə oda olsun. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib, Bakı şəhəri Səbail Rayon DYPŞ-nin polis X1 TP ******* saylı, 22 avqust 2025-ci il tarixli qərarı ləğv edilməsini və qeyd olunan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayətinin dəlillərinə uyğun izahat verərək düzgün manevr edərək yolu döndüyünü "Audi" markalı maşın baş yolu gözləmədən gəldiyi surətdə onun idarə etdiyi avtomobilə dəydiyini onun əməlində inzibati xəta tərkibinin olmadığını yolu ikinci xətt üzrə düzgün olaraq döndüyünü bildirərək Bakı şəhəri Səbail Rayon DYPŞ-nin polis X1 TP ******* saylı, 22 avqust 2025-ci il tarixli qərarı ləğv edilməsini və qeyd olunan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon Polis İdarəsi Dövlət X13 YNH üzrə baş inspektoru X9 izahatında göstərdi ki, X4 idarə etdiyi avtomobil ilə sola geriyə dönmə edərkən özünə yaxın olan 1-ci və ya 2-ci zolaqdan deyil, 3-cü zolaqdan dönmə hərəkətini etmiş bununlada "Audi" markalı maşınla toqquşmuşdur. “Audi” markalı avotmobilin sürücüsünün dönmə etdiyi zolaq hərəkət davamlılığı olmayan zolağa daxil olmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İX hissəsinə əsasən yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Qeyd olunan maddənin tələbi şikayətçi tərəfindən pozulmuşdur. Məhkəməyə təqdim olunmuş video-görüntüdən və yol-nəqliyyat hadisəsinin sxemindən qeyd olunan hallar öz əksini tapmışdır. Odur ki, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş edirəm. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, təqdim edilmiş video-görüntülərdən və yol-nəqliyyat hadisəsinin sxemindən aydın olur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 Prius (hibrid) minik markalı, 77FJ402 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozulmuşdur. Belə ki təqdim edilmiş video-görüntülərdən görünür ki, X4 tərəfindən idarə olunan "**-FJ-***” dövlət qeydiyyat nişanlı, "Toyota Prius" markalı avtomobil ilə sola və geriyə dönmə manevri edərkən, baş yolu gözləmədən özünə yaxın olan zolaqlardan deyil, 3-cü zolaqdan dönmə hərəkətini etmiş bununla da kənar yoldan gələn "Audi" markalı maşınla toqquşmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir. X4 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən ol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublİkasının Qanunun 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublİkasının Qanunun 42-ci maddəsinin Vİİ hissəsinə əsasən elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublİkasının Qanunun 42-ci maddəsinin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Yol hərəkəti haqqında Azərbaycan Respublİkasının Qanunun 42-ci maddəsinin İX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayəti təmin edilmədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon Dövlət X13 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon Dövlət X13 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2208/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2208/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver