Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-221/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət nömrə nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi istiqamətində hərəkətdə olarkən, 28 May küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsini keçdikdən sonra yol kənarında **-YP-*** nömrəli avtomobillə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini vermiş, əmrə uyğun olaraq avtomobilini yolun kənarında saxlamışdır. Yol patrul xidmətinin əməkdaşı ona İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğunu bildirdi. Yolda tıxac olduğu səbəbindən yol nişanlarını görə bilmədiyini, Waze proqramında olduğu zolaqda yolu düz keçməli olduğunu, məcburi sağa dönmə nişanının olmadığını bildirdi. Bundan sonra YPX əməkdaşı avtomobilə qanunsuz işıqlar quraşdırdığını bəhanə edərək, maşının duracağa yerləşdirilməli olduğunu bildirdi. İstənilən halda polisin əmrlərinə tabe olmalı olduğunu düşünüb avtomobilin dayanacağa yerləşdirilməsinə etiraz etmədiyini bildirdi. Lakin YPX əməkdaşı heç bir protokol tərtib etmədən avtomobilini duracağa yerləşdirdi (avtomobil hal-hazırda dayanacaqdadır). Bu barədə DİN-in 102 xidmətinə dəfələrlə avtomobilinin qanunsuz olaraq duracağa yerləşdirilməsi barədə zəng edərək bildirdi. Bütün bunlara və avtomobilinin xx.xx.2024-cü il tarixdə, saat 08:26-da duracağa yerləşdirilməsinə baxmayaraq, nə protokol tərtib olundu, nə inzibati tənbehvermə haqqında qərar qəbul olundu, nə də avtomobilin duracağa yerləşdirilməsi barədə akt tərtib olunub ona təqdim olundu. xx.xx.2025-ci il tarixdə Bakı ŞPİ DYPİ-nə gedib qanunsuz olaraq avtomobilinin duracağa yerləşdirilməsini, etdiyi şikayətin nəticəsi öyrənmək istədikdə məlum oldu ki, hələ də protokol və qərar qəbul etməyiblər. Qərarı əldə etdikdən barəsində İXM-nin 342.5, 342.1.3, 327.1 və i-1 2.2-ci maddələri ilə 150 manat cərimə tətbiq olunması barədə xx.xx.2025-ci il tarixli, İPX ******* saylı protokol və TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Tərtib olunmuş protokol və qərar tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o xx.xx.2024-cü il tarixində 28 may küçəsi ilə, Rəşid Behbudovun kəsişməsində saxlanılmışdır, lakin protokolda başqa küçə qeyd olunmuşdur. Saxlanılan zaman duracağa aparılmış. O küçədə olan işarələr düzünə və sağa göstərilmişdir, lakin yerdə olan nişanlanma ancaq sağadır, tıxac olduğundan yerdə olan nişanlamalar görsənməmişdir. Saxlanılan zaman Polis əməkdaşlarına bu səbnəbin üzürlü sayılmasını və tıxac olduğundan yerdəki çəkilən nişanlanmaların görsənmədiyini demiş və bununla bağlı protokol tərtib olunmamışdır. Otağa dəvət etmişdilər və 2 gün sonra dostu ilə getmiş. Orda avtomobildə olan led ışıqları demişdirlər və 150 manat cəriməsi olduğunu bildirən əməkdaşlara Hüseynov Ceyhun cavab olaraq onu yerində həll etmək mümkün olduğuğunu o ışıqların yerində çıxarılması mümkün olması və səhər saat 9:00 olduğu üçün heç bir narahatcılıq olmadığını demişdir. Bu deyilən problemləri düzəltikdən sonra avtomobildə olan sport purjunları demişdirlər və avtomobil Almanyadan gələn zaman sport prujunları olmuşdur. Bu prujanlarla bağlı Məhkəmə qərarıda var qərarı da göstərilmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, X4 tərəfindən xx.xx.2024cü il tarixində saat 08:26 radələrində Səbail rayonu, Neftçilər prospekti ərazisində “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.5, 342.1.3, 327.1, 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan protokoldan görünür ki, “Toyota Corolla” minik markalı, **-FY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 150 (bir yüz əlli) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.1.3-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, qərarın qəbul edilməsinə əsas olmuş protokolda “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi və nəticədə 150 (bir yüz əlli) manat cərimə edildiyi qeyd edilsə də Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarında X4 tərəfindən xx.xx.2024-cü il tarixində saat 08:26 radələrində Səbail rayonu, Neftçilər prospekti ərazisində “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 342.5, 342.1.3, 327.1, 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edildiyi qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən inzibati protokol tərtib edilərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi hallarının mövcud olub olmaması araşdırılmadan X4 barəsində inzibati protokol tərtib edilmişdir və qərarın əsaslılığını sübut edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ilə protokol arasında ziddiyyətlər mövcud olduğundan və digər sübütlar ilə öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134, 135.1.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər X7 İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-221/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-221/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver