Məhkəmə qərarları › İş №3(009)-2211/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2211/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2211/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 sentyabr 2024-cü il tarixli, 10000-00092/24 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 25 sentyabr 2024-cü il tarixli, 10000-00092/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsinin 1-ci şöbəsində ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs barəsində araşdırması aparılmış 3-33/1-036097/2024 nömrəli material üzrə 06 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətləri olduğundan materialdan zəruri sənədlər ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-036097/2024 nömrəli material üzrə 06 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan və materialdan ayrılmış sənədlərdən görünür ki, Çin Xalq Respublikasında qeydiyyatda olan "Feellife Health İNC" şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs - Şəxs ünvanına idxal olunaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində xx.xx.2024cü il tarixli **********5843 sorğu nömrəli gömrük bəyannaməsi ilə "sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə Bakı Baş Gömrük İdarəsinin Səbail rayonu ərazisində yerləşən "İpək Yolu" gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı, ümumilikdə 95 manat dəyərində 475 ədəd "siqaret üçün kapsul" yükünün hüquqi şəxs - Şəxs tərəfindən gömrük orqanına düzgün bəyan olurmadan Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildiyi müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “İpək Yolu” gömrük postunun rəisi Kamran Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin adına Çin Xalq Respublikasından 36AB705/90AH552 dövlət nömrə nəqliyyat vasitəsi ilə gələn Sİ********** nömrəli xx.xx.2024-cü il tarixli invoys əsasında Bakı Baş Gömrük İdarəsində **********5843 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yüklərə xx.xx.2024-cü il tarixində 4 saylı gömrük anbarında gömrük yoxlaması həyata keçirilmişdir. Baxış zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən elektron siqaretlər üçün mayelər E-liquid 120 ml- 655 ədəd, E-liquid 30 ml 12 ədəd və siqaretlər üçün kapsul 20 ədəd bəyan edilsədə, faktiki olaraq 495 ədəd olduğu tərəfimizdən müəyyən edilmişdir. Göstərilən elektron siqaret yağlarının heç birinin üzərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023 tarixli 48 nömrəli qərarına əsasən aksiz markası olmadığı aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin əmtəəşunaslıq ekpertizasının 05 avqust 2024-cü il tarixli 106 №-li ekspert rəyindən görünür ki, VPLUS nişanlı siqaretlər üçün kapsul 01 ədəd – 0.2 AZN, 1 ədəd E-liquid 120ml - 35 AZN, 01 ədəd E-liquid 30ml 14 AZN olmaqla elektron siqaret yağları yükünün xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 475 ədəd VPLUS nişanlı siqaretlər üçün kapsul- 0.2 AZN 95 manat, 655 ədəd E-liquid 120ml - 22925 manat, 12 ədəd E- liquid 30ml - 168 manat olmaqla cəmi 23188 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən, Təhqiqat şöbəsinin rəisi Samir Mustafayev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin adına Çin Xalq Respublikasından 36AB705/90AH552 dövlət nömrə nəqliyyat vasitəsi ilə gələn Sİ********** nömrəli xx.xx.2024-cü il tarixli invoys əsasında Bakı Baş Gömrük İdarəsində **********5843 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən yüklərə xx.xx.2024-cü il tarixində 4 saylı gömrük anbarında gömrük yoxlaması həyata keçirilmişdir. Baxış zamanı gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən elektron siqaretlər üçün mayelər E-liquid 120 ml-655 ədəd, E-liquid 30 ml 12 ədəd və siqaretlər üçün kapsul 20 ədəd bəyan edilsədə, faktiki olaraq 495 ədəd olduğu tərəfimizdən müəyyən edilmişdir. Göstərilən elektron siqaret yağlarının heç birinin üzərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023 tarixli 48 nömrəli qərarına əsasən aksiz markası olmadığı aşkar olunmuşdur. Aparılmış araşdırma zamanı 475 ədəd "VPLUS" nişanlı siqaretlər üçün kapsulun, 655 ədəd E-liquid 120 ml və 12 ədəd E-liquid 30 ml elektron siqaret yağları yüklərinin qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-004536/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyinə müraciət edərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 106 nömrəli ekspertiza rəyinə əsasən "VPLUS" nişanlı siqaretlər üçün kapsulun 1 ədədinin orta bazar qiyməti 0.20 manat olmaqla 475 ədədinin orta bazar qiyməti 95 manat, Eliquid 120 ml elektron siqaret yağlarının 1 ədədinin orta bazar qiyməti 35 manat olmaqla 655 ədədinin orta bazar qiyməti 22925 manat, E-liquid 30 ml elektron siqaret yağlarının 1 ədədinin orta bazar qiyməti 14 manat olmaqla 12 ədədinin orta bazar qiyməti 168 manat olmaqla ümumilikdə qeyd olunan yüklərin orta bazar qiyməti 23188 (iyirmi üç min bir yüz səksən səkkiz) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixli qərarla 00100-02247/24 nömrəli material üzrə ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olduğundan toplanılmış material istintaq aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, siqaretlər üçün kapsullar 20 ədəd sifariş verilmişdir. və onların artıq olmasından xəbərləri belə yoxdur. Kapsullardan artıq olması barədə fakt aşkar olunandan sonra Çin Xalq Respublikasının "Feellife Health İNC" şirkəti ilə əlaqə saxlanılmış, onlar da səhvən çox yüklədiyini bildirmişlər. Onlarla aparılan danışıqlar nəticəsində həmin malların "xxxx" MMC tərəfindən rəsmiləşdirilməsi barədə razılığa gəlinmişdir. Sifariş verilən 655 ədəd E-liquid 120 ml və 12 ədəd Eliquid 30 ml elektron siqaret yağların aksiz markası ilə markalanmaması barədə onu deyə bilərəm ki, həmin mallara görə aksiz markalarının alınması üçün Dövlət Vergi Xidmətinə 01 iyul 2024-cü il tarixdə MMC tərəfindən müraciət olunmuşdur və həmin mallara dair aksiz markaları üçün barkodlar həmin günü alınmışdır. Dövlət Vergi Xidmətindən bizə bildirildi ki, həmin barkodlar mətbəədə "QR” kodlara çevrilərək çap olunmalıdır və malların üzərində yapışdırılmalıdır. 03 iyul 2024-cü il tarixdən "xxxx" MMC ilə müqavilə bağlanılaraq mətbəədə həmin "QR" kodlar çap olunmağa başlamış və 15 iyul 2024-cü il tarixdə başa çatmışdır. 15 iyul 2024-cü il tarixdə çap olunmuş “QR" kodları onlardan təhvil almışam. Həmin mallara görə aksiz markalarının alınması barədə bizim gec məlumatımız olub, olan kimi dərhal da Dövlət Vergi Xidmətinə müraciət olunmuşdur. Mallar ölkə ərazisinə 01 iyul 2024-cü il tarixdə saat 01:00 radələrində daxil olmuşdur, lakin onların müraciəti 01 iyul 2024-cü il tarixdə saat 13:21-də olmuşdur. Həmin mallara görə aksiz markalarının vurulması barədə əvvəlcədən məlumatsız olmular. Bildirmək istəyirlər ki, həmin mallar qanun tətbiq edilməmişdən əvvəl yəni xx.xx.2024-cü il tarxidə malların ödənişi edilmişdir. Bu günədək "xxxx" MMC barəsində heç bir qanun pozuntusu olmamışdır. Yaranmış vəziyətlə bağlı təəssüff hissi keçirərək və qanun pozuntusunun aradan qaldırılması ilə bağlı tətbiq olunacaq cəriməni ödəməyə və əlavə yaranan 20,83 (iyirmi manat səksən üç qəpik) manat ödənişi etməyə hazırdırlar. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə rədd edilmiş və "xxxx" MMC tərəfindən **********5843 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkə ərazisinə idxal edilmiş 655 ədəd "E-liquid 120 ml", 20 ədəd "E-liquid 30 ml" markalı elektron siqaret üçün mayelər in üzərinə qanunvericiliyin tələblərinə riayət edilməklə aksiz markaları yapışdırıldıqdan sonra onların sərbəst dövriyyəyə buraxılışı Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təmin edilməlidir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 50 faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin 95 (doxsan beş) manat məbləğinin 50 (əlli) faizi məbləğində, yəni 47,50 (qırx yeddi manat əllii qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar