Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2212/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 avqust 2021-ci il tarixdə dostunun ad gününü qeyd etmək üçün, yeddi nəfər olaraq, “Unbar" adlı kluba getmişlər. Pandemiya ilə əlaqədar, karantin qaydalarına müvafiq olaraq, klubun əməkdaşları onlara bildirmişlər ki, hamısı bir masa arxasında əyləşə bilməyəcək. Bu səbəbdən onlar üçün qonşu masada servis edərək, məsafəili şəkildə əyləşdirmişlər. Məclis zamanı arabir dostularını təbrik etmək üçün qonşu masaya yaxınlaşıb badə qaldırmışlar. Belə məqamların birində 39-cu Polis Bölməsinin əməkdaşları kluba daxil olaraq, onlara karantin qaydalarım pozduqlarını bildirmiş və cərimə olunacaqları ilə hədələmişlər. Onlar heç bir pozuntu törətmədiklərini, sadəcə olaraq, dostlarını təbrik etmək üçün, masaya yaxınlaşdıqlarını bildirmişlər. Polis əməkdaşları dediklərinə məhəl qoymamışlar. Bundan sonra polis əməkdaşı barəsində protokol tərtib etmiş və protokolun bir nüxsəsi ona təqdim etməmişlər. Həmin günü spirtli içki təsiri altında olduğundam barəsində əsassız yerə protokolun tərtib olunmasını unutmuşdum. Üstündən bir müddət keçdikdən sonra, asan.pay az səhifəsinə daxil olduqda, kommunal ödənişlər etmək istəyərkən orada cərimələnməsi barədə məlumat yerləşdirilmişdir. Bundan sonra o rəsmi qaydada Səbail RPİ-nə məktubla müraciət edərək barəmdə əsassız tərtib edilmiş protokolu və həmin protokol əsasında araşdırılmadan qəbul edilmiş qərarı ona göndərilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Həmin hadisənin üzərindən xeyli müddət keçdikdən sonra, yəni, 12 oktyabr 2021-ci il tarixdə ünvanına poçt vasitəsilə qərar göndərilmişdir. O 15 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla və 20 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənben vermə haqqında qərarla tanış olduqdan sonra, həmin protokolun və onun əsasında qəbul edilmiş qərarın əsassız və qanunsuz olmasını görmüşdür. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoru X5 göstərmişdir ki, xidməti ərazisində olan klublarda tədbir keçirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən şəxslər müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Klubda bir masada 6 nəfərdən artıq şəxs əyləşmişdir. Şikayətə etiraz edərək şikayətin təmin edilməməsini və 20 avqust 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X3 rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş şəxsin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 15 avqust 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 15 avqust 2021-ci il tarixdə karantin rejimi qaydalarını pozduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 20 avqust 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 15 avqust 2021-ci il tarixdə karantin rejimi qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 15 avqust 2021-ci il tarixdə karantin rejimi qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, onlar, yəni yeddi nəfər kluba getmiş, bir masa arxasında əyləşməmiş, arabir məclis zamanı badə qaldırmaq üçün qonşu masaya yaxınlaşmılar. Heç bir pozuntu törətməmişlər. Qeyd edilənlərə əsasən inzibati xətanı etiraf etməyərək inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki məhkəmə qeyd edir ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli, 336 nömrəli qərarının 1.2.2-ci yarımbəndinə əsasən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilmişdir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan barəsində qərar çıxarılmış X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 20 avqust 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2212/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2212/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver