Məhkəmə qərarları › İş №3(009)-2215/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2215/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2215/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Seyidov Cavanşir Nəriman oğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə1, Protokol tərtib edən şəxs Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 direktoru olduğu "xxxx" MMC geyimlərin ticarəti ilə məşğul olur və mağazalar şəbəkəsinin sahibidir. X2 ilə "xxxx" MMC arasında xx.xx.2023-cü ildə yeni əmək müqaviləsi bağlanmış və mağazada satış təmsilçisi kimi əmək fəaliyyətini davam etdirmişdir. İşçi öz istəyi ilə işdən çıxmaq üçün ərizə ilə müraciət etmiş və əmək Məcəlləsinə əsasən X2 ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab işçiyə ödənilmişdir. Bundan narazı qalan X1 Əmək Müfəttişliyi Xidmətinə şikayət etmişdir. DƏMX onun şikayətini əsas götürüb protokol tərtib etmiş və inzibati təhbeh vermə haqqında qərarda işçini qeyri iş günüdə işlədildiyinə və əmək haqlarının hesablanmasında yol verilən yalnışlıqlara görə qeyd etmiş və həmin qərarla direktor X7 1500 (min beş yüz) manat cərimə etmişdir. Halbuki "xxxx" MMC işçiyə aid olan əmək haqqqların tam şəkildə ödəmişdir. X12 Xidməti tərəfindən tərtib olunan 21 sentyabr 2023-cü il tarixli MN ******* saylı protokol və onun əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Nümayəndə2 bildirmişdir ki, X3 qeyri iş günlərində işlədiyi saatların haqq hesabi ilə bağlı "xxxx" MMC-yə sorğu göndərilmiş, tabelə və hesablama cədvəlinə baxış keçirilərkən qeyri iş günləri üzrə iki qat ödənişin hesablanması və ödənilməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, 2018-ci ildən "xxxx" MMCdə işləmiş, qeyri iş günləri işə cəlb olduğundan, qeyri iş günləri üzrə ödənişlər ilə bağlı dəfələrlə "xxxx" MMC-yə müraciət etmişdir. Buna baxmayaraq nəticə əldə etmədiyi üçün X12 Xidmətinə şikayət vermişdir. "xxxx" MMC tərəfindən satıcılara aylıq satış planı qoyulurdu və onun qarşılığında onlara mükafat verildi. Qeyri-iş günlərində işə cəlb edilməsi bağlı satıcılara heç bir ödəniş edilməmişdir. Bu qanun pozuntusuna görə "xxxx" MMC məsuliyyət daşımalıdır. Məhkəmə iclasında iştirak edən şahid X13 şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibari xəta törədilmiş və nəticədə X6 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 795/23 № li əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, X4 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəllə ünin 68-ci maddənin 2-ci hissənin "c" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdir İməsi) xx.xx.2023 -cü il tarixində xitam verilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən R.Abdullayarıya orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənilmiş və işçiyə sonuncu iş günü bu əmrin surəti, əmək kitabçası və istifadə edilməmiş 12 əsas məzuniyyət günlərinə görə pul əvəzi və 2 iş günü və 1715.42 AZN birdəfəlik müavinat hesabı ilə son haqq-hesab ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü il tarixədək olan "xxxx" MMC-nin tabelindən görünür ki, X4 qeyri-iş günü (29 may) işə cəlb olunmuşdur. İş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü il tarixədək olan "xxxx" MMC-nin tabelindən görünür ki, X4 qeyri-iş günləri (26,28,29 iyun) işə cəlb olunmuşdur. İş materiallarında olan əmək haqqı ödəniş cədvəlindən görünür ki, X4 qeyri-iş günləri üzrə işə cəlb olunmuş lakin "xxxx" MMC tərəfindən həmin günlərin iki qat ödənişi icra edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.4.-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar