Məhkəmə qərarları › İş №3(009)-2219/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2219/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2219/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 15 noyabr 2021-ci il tarixli 00100-2075/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs Şəxs Azərbaycan Respublikasına ayrı-ayrı şəxslərə məxsus yüklərin daşınması və müxtəlif şəxslər adından gömrük orqanlarında rəsmiləşdirdikdən sonra faktiki olaraq gətirildiyi üçüncü şəxsə təhvil verməklə qazanc əldə edən, belə fəaliyyət ilə məşğul olan, hüquqazidd niyyətindən xəbərsiz X5 tərəfindən fəaliyyətinə faktiki rəhbərlik həyata keçirilən daşıma şirkətinə, aparılmış araşdırma ilə müəyyən edilə bilməyən şəxslər vasitəsilə ümumi dəyəri az miqdarda, yəni 476 manat, hər qutuda 1 ədəd olmaqla 88 qutu “XYLA-P 30 qr” ticarət nişanlı, hər qutuda 1 ədəd olmaqla 6 qutu "Clobetasol-Emad 0.05% 15 qr” ticarət nişanlı dərman tərkibli kremlərin saç üçün vasitələr-saç boyası yükünün 1 yer/qutudan ibarət hissəsində saç boyalarının arasında malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə qara sellofan torbada zahiri görkəmində gizlətməklə Azərbaycan Respublikasına İran İslam Respublikasından bu yükləri daşımaq və gömrük rəsmiləşdirilməsini apardıqdan sonra alıcıya çatdırmağı şərtləşdirib təhvil vermiş, Azərbaycan Respublikasına gətirilən və hüquqazidd niyyətindən xəbərsiz X4 adına 392 nömrəli 08.10.2021-ci il tarixli invoys sənədinin 5-ci mal mövqeyində qeydə alınaraq həmin sənədin müşayiəti ilə 42BK784/42ZA525 nömrə nişanlı yük avtomobilində 08 oktyabr 2020-ci il tarixdə saat 16:11-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə nail olmuş, qeyd olunan saç boyası yükü 08 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6911 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edildikdən sonra 11 oktyabr 2021-ci il tarixdə saat 10:00-da “İpək Yolu” gömrük postunun 1-ci anbarında yüklərin yoxlanılması nəticəsində saç boyası yüklərinin zahiri görkəmində gizlədilmiş 88 qutu “XYLA-P 30 qr” ticarət nişanlı və 6 qutu “Clobetasol-Emad 0.05% 15 qr” ticarət nişanlı dərman tərkibli kremlər aşkar edilərək götürülmüşdür. X1 qeydiyyatda olduğu ünvan 1 ünvanına Bakı Baş Gömrük idarəsinə dəvət olunma barədə 1400- 013/006-26/007200 nömrəli məktubla müraciət olunmuş, lakin, X7 çağırış üzrə gəlməmiş və gəlməməyinin səbəbi barədə Təhqiqat şöbəsinə heç bir məlumat verməmişdir.İnzibati araşdırma zamanı kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası təyin edilməklə tədqiqatların aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Tədqiqatların nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin 6/4674- 9/7571 nömrəli 27.10.2021-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş preparatların 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi icazə) tələb olunan prekursorlarn siyah ilan" na və 18 mart 2016-cı il Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil olmadığı, təqdiqata təqdim edilmiş 2 adda dərman preparatların 08 oktyabr 2021-ci il tarixə orta bazar qiymətinin təxminən 476,00 manat olduğu müəyyən edilmişdir.İnzibati araşdırma zamanı aşkarlanan əşyaların dərman vasitəsi olub-olmaması, normativ- texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, müsbət halda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmasının tələb olunub-olunmaması, müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb-alınmaması barədə arayış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” publik hüquqi şəxsinə 1400-013/006-22/007151 nömrəli 16.10.2021-ci il tarixli məktubla sorğu verilmişdir. Həmin sorğuya “X6" tərəfindən verilən 04/17367 nömrəli 04.14.2021-ci il tarixli cavab məktubuna əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 2 (iki) nümunənin hamısının dərman vasitəsi olduğu, heç birinin dövlət qeydiyyatının olmadığı və dövlət qeydiyyatına alınmasının mütləq olduğu müəyyən edilmişdir. Nəticədə, Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt 34/014/026857 nömrəli 14.10.2021-ci il tarixli, **********6911 sorğu nömrəli Gömrük bəyannaməsi, mal müşayiət sənədləri, “X2 Sistemi” informasiya resursundan çıxarışlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4674-9/7571 nömrəli 27.10.2021-ci il tarixli ekspert rəyi, X3, Şəxs izahatı və işdə olan digər sənədlərlə təsdiq olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4674-9/7571 nömrəli 27 oktyabr 2021-ci il tarixli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “201015 N-li” DGK-yazılan paketdə üzərində “Xyla P 30g 2024/05/22” və “Clobetasol-Emad 0,05% 15 g. 12.2022” yazılan preparatlar tarix göstəricilərinə əsasən istifadəyə yararlı olmuşdur, 2005-ci ill 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiqi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop mddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”-na və 18 mart 2016-cı tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən və zəhərli maddələrin” siyahısına daxil olmadığı göstərilmişdir. Həmçinin, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda dərman vasitələrinin ümumilikdə 08.10.2021-ci il tarixə orta bazar qiyməti təxminən 476,00 (dörd yetmiş altı) manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” Publik hüquqi şəxsin 221 saylı rəyindən görünür ki, təqdim edilən dərman vasitəsi nümünələri Azərbaycan Respublikası dərman vasitələrinin Reyestrində qeydiyyatdan keçməmiş və qablaşmaları təsdiqlənməmişdir. Həmçinin, nümunələrin təqdim olunan seriyaları Azərbaycan Respublikasına idxal olunarkən Səhiyyə Nazirliyi X6ndə analiz edilməmiş və idxalına icazə məktubu verilməmişdir. Aparılan tədqiqatların nəticəsində nümunələrin istehsalçıları tərəfindən qablaşmaların üzərində mövcudluğu haqqında məlumat verilmiş fəal təsiredici maddələrin eyniliyi təsbit edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.1-ci maddəsinə görə dövriyyədən çıxarılmamış sənədlər və əşyalar onun qanuni sahibinə qaytarılmalı, qanuni sahibi müəyyən edilmədikdə isə dövlət mülkiyyətinə verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə edilməli, inzibati xətanın bilavasitə obyekti olan 02 adda dərman preparatı gömrük qaydalarına əməl edildikdən sonra Şəxs geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs fiziki şəxs olduğu üçün məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci olan 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğdə, yəni 190,40 (yüz doxsan manat qırx qəpik) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci 88.70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, rəsmi qaydada veildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar