Məhkəmə qərarları › İş №3(009)-2219/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2219/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2219/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Türkiyə Respublikasının vətəndaşı İbrahim Kosenin, X1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Türkiyə Respublikası, Kahramanmaraş şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan İbrahim Kosenin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbrahim Kose Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək İbrahim Kose barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, bir azyaşlı övladı var və İbrahim Kose alimenti ödəmədiyi üçün ailəsi və özü əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq, İbrahim Kosenin barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahim Kose izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə boşansalar da, bir ilə yaxın birgə yaşadıqları üçün aliment ödəməli olduğunu bilməmişdir. Hal-hazırda işsiz olduğunu nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə X10 Rayon Məhkəməsinin 2(034)- 44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə X12 xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tələbkar X8 xeyrinə tutulmalıdır. X12 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. X14 icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən xx.xx.2024-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır. xx.xx.2024-cü il tarixdə borclu icra şöbəsinə gəlmiş və ondan izahatı alınmışdır. Verdiyi izahatında hal-hazırda işşsiz olduğunu və 45 gün içərisndə borcnu ödəyəcəyini bildirmişdir. Aliment üzrə yaranmış borc 2600 manat təşkil edir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Köse İbrahimdən xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı X8 xeyrinə tutulmuşdur. Köse İbrahimdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. 20 iyun 2022-ci il tarixli qərarla Zəngilan Rayon Məhkəməsinin 2(034)-44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatı başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişə əsasən, X13 Rayon Məhkəməsinin 2(034)-44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İbrahim Kose xx.xx.2024-cü il tarixdə 311 (üç yüz on bir) manat, xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs bank hesabına köçürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, X13 Rayon Məhkəməsinin 2(034)-44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi icra etmədiyi üçün xəbərdar edilmişdir. İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin X3 və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı İbrahim Koseyə verilmiş müvəqqəti yaşamaq üçün icazə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, X13 Rayon Məhkəməsinin 2(034)-44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1790 (bir min yeddi yüz doxsan) manat borc məbləğindən hər ay aylıq aliment məbləğinin üzərində 125 (bir yüz iyirmi beş) manat ödəniş edəcəyinə söz verir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, X13 Rayon Məhkəməsinin 2(034)-44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə aliment borcundan xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) manat, xx.xx.2024-cü il tarixdə isə 300 (üç yüz) manat ödəyəcəyinə söz verir. Qalıq borcu isə hər ay alimentlə birgə 300 (üç yüz) manat olmaqla ödəyəcəyinə söz verir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla borclu İbrahim Kose barəsində axtarış elan edilmişdir. İş materiallarında olan İbrahim Kosenin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, işsiz olduğu üçün aliment borcunu ödəmir və borcu 45 günə tam ödəyəcək. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-44/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu İbrahim Kosedən hər ay xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. Borclunun hal-hazırda 2600 (iki min altı yüz) manat aliment borcu təşkil edir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahim Kosenin izahatında işsiz olması, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə İbrahim Kosenin qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə İbrahim Kosenin barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi İbrahim Kosenin barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İbrahim Kosenin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən saat 18:10dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar