Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2220/2024 15.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddələri ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus olan Bakı şəhəri, Səbail rayonu, “Dəniz Mall” ticarət mərkəzində yerləşən “Bravo” marketdə xx.xx.2024-cü il tarixində 1.5%-lik 450 qr-lıq qablaşdırmada “Sizlik” adlı qatığın endirimli qiymət kağızında qiymətinin 0.80 manat göstərilməsinə baxmayaraq kassada 1.15 manat alınmışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X3 protokola etiraz təqdim edərək, bildirdi ki, ilk olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddə əsasında şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur və əsassızdır. Aldatma niyyətinin müəyyən edilməsi ilə bağlı həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 oktyabr 2022-ci il tarixli Qərarında qeyd olunur; “...aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyalann təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur.”Hazırki məsələ ilə bağlı nəzərinizə çatdırırıq ki, Şirkətin' İnzibati Xətalar Məcəlləsinin 447.0.1-çi, maddəsinin tətbiqi üçün imperativ şərt kimi müəyyən olunan aldatma niyyəti olmamışdır. İş materiallarında olan protokolda “Sizlik” adlı qatığın endirimli qiymət kağızında qiyməti 0,80 qəpik göstərilməsinə baxmayaraq, kassada 1,15 manata satıldığı qeyd olunmuşdur. Bununla bağlı bildirmişdir ki, sözügedən fərqin yaranması satici-kassirin məhsulu tanıdarkən endirim kodunu tətbiq etməməsi ilə əlaqədar olub. Belə ki, sözügedən məhsul Şirkətin daxili prosedurlarına uyğun olaraq “clearence” adlanan endirimin tətbiq edildiyi məhsul olub. Həmçinin vitrində məhsulun qarşısında clearence endiriminin.tətbiq olunduğu qiymət yerləşdirilib. Belə ki, clearence endirimi tətbiq edilən məhsullar üzərində müvafiq qaydada 30%, yaxud 50% endirim olması ilə bağlı emblem yapışdırılır va kassada satıcı-kassir tərəfindən “clearence endirim” bölməsi seçilərək endirim tətbiq edilir. Lakin həmin vaxt satıcı- kassir məhsulu kassada oxudarkən məhsulun endirimli olmasına baxış keçirtmədiyi üçün məhsula həmin endirimi tətbiq etməyib. Buna görə də, məhsul vitrində yerləşdirilən clearencc endirim qiyməti ilə keçməyib və nəticədə qiymət fərqi yaranıb. Bir sözlə, sözügedən məhsul həqiqətən da həmin vaxt mağazada endirimlə 0,80 qəpiyə satış üçün müştərilərə təklif edilərək vitrində endirimli qiymət kağızı yerləşdirilmiş və sistemdə də həmin endirim kassanın, fıskal yaddaşına əlavə edilmişdir. Beləliklə, sözügedən məsələdə niyyət müştərini aldatmaq, pulunu mənimsəmək olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Şirkətə məxsus mağazalarda müştəri müraciətləri ilə bağlı Müştəri Xidmətləri fəaliyyət göstərir və müştərilərin bütün narahatçılıqları ilə bağlı maraqlanılır və buna dair tədbirlər görülür. Mağazalarda müştərilərlə maraqlanan belə bir xidmətin olması bir daha təsdiq edir ki, Şirkətin məqsədi müştəriləri aldatmaq deyil, onların müraciətlərilə maraqlanaraq hazırki məsələyə oxşar halların qarşısının alınması və doğurdan da qiymət fərqi mövcud olduğu halda həmin fərqin müştəriyə ödənilərək narazılığın aradan qaldırılmasından ibarətdir. Belə olan halda, Şirkətin mötəbər olmayan sübutlar -müştəri tərəfindən müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər əsasında 447.0.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması əsassız və qanunsuz olmaqla Şirkətin maddi və prosessual hüquqlarının pozuntusuna səbəb olacaqdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkat və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.”Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən editmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizüyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.”Həmin Məcəllənin 31,3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almır.” Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər proses iştirakçısı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan X4 istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış elektron şikayətinin məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixində Dəniz Mall-dakı Bravonun rəfində yerləşən “Sizlik” markasına məxsus qatıq 1.59 manatdan 0.80 manat endirim olunduğu qeyd edilsə də, kassada 1.15 manat hesablanmışdır. Bu kimi halların dəfələrlə həmin ərazidəki Bravoda təkrarlandığını qeyd etmişdir. İş materiallarında olan fotoşəkildən və xx.xx.2024-cü il tarixli 204 nömrəli çekdən görünür ki, “Sizlik” adlı qatığın 450 qr çəki üçün endirimli qiyməti 0.80 manat məbləğində qiymətin elan edildiyi halda, kassa çekinin üzərində həmin qatığın qiyməti 1.15 manat olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, vətəndaş X2 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinin araşdırılması nəticəsində xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Dəniz Mall” ticarət mərkəzində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus “Bravo” marketdə 1.5% -lik 450 qr-lıq qablaşdırmada olan “Sizlik”adlı qatığın endirimli qiymət kağızında qiymətinin 0.80 manat göstərilməsinə baxmayaraq, kassada 1.15 manata hesablanaraq satılması faktı müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi .şulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşən İnzibati binasında xx.xx.2024-cü il tarixdə saat 11:00-dan 12:00-dək sözügedən protokolun tərtib edilməsində səlahiyyətli nümayəndənizin (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərlə birlikdə) iştirakını təmin etmələri (otaq nömrəsi: 627, əlaqələndirici şəxs: Anar Bayramov, tel.:***-***-**-**) xahiş edilmişdir və inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi X3 öz imzası ilə iştirakını təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasıdır. Fiziki şəslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdar” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 19.2.12-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 129-131-ci və 447-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2220/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2220/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver