Məhkəmə qərarları › İş №3(009)-2221/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2221/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2221/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X3 və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2353/21 saylı, 18 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasının “Hisense Ronshen (Guangdong) Refrigerator Co., LTD” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN**********) adına SD001LO/OO054K nömrəli yük nəqliyyat vasitəsində ******* nömrəli 30.07.2021-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********1763 sorğu nömrəli 28.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 106 ədəd “NF-165SX, 578*591*1728mm” modelli Hoffman markalı soyuducular yüklərinə dair müşayiət sənədlərinin araşdırılması zamanı mallara dair gömrük orqanına təqdim edilmiş invoys sənədində göstərilən dəyərlə ixrac gömrük bəyannaməsində göstərilən dəyər arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, ******* nömrəli 30.07.2021-ci il tarixli invoysda mal vahididnin 185.00 ABŞ dolları dəyərində olduğu, Çin Xalq Respublikasının **********01005212 nömrəli ixrac gömrük bəyannaməsində isə mal vahididnin 227.45 ABŞ dolları dəyərində olduğu göstərilmişdir. Bundan başqa Çin Xalq Respublikasının “Hisense Ronshen (Guangdong) Refrigerator Co., LTD” şirkətindən Şəxs MMC-nin adına SD303LO/OO101K nömrəli yük nəqliyyat vasitəsində 1360792-1 nömrəli 18.07.2021-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********1763 sorğu nömrəli 28.09.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 250 ədəd “FR-565W 566*575*888” modelli tutumu Hoffman markalı soyuducular yüklərinə dair müşayiət sənədlərinin araşdırılması zamanı mallara dair gömrük orqanına təqdim edilmiş invoys sənədində göstərilən dəyərlə ixrac gömrük bəyannaməsində göstərilən dəyər arasında ayğunsuzluq aşkar edilmişdir. Belə ki, 1360792-1 nömrəli 18.07.2021-ci il tarixli invoysda mal vahidinin 80.00 ABŞ dolları dəyərində olduğu, Çin Xalq Respublikasının **********00558988 nömrəli ixrac gömrük bəyannaməsində isə mal vahidinin 100.52 ABŞ dolları dəyərində olduğu göstərilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X4, protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X1 İnternational Co., LTD tərəfindən ünvanlanmış məktubu təqdim edərək bəyannamələri arasında mexaniki yalnışlıq olduğunu, faktiki olaraq Şəxs MMC-yə 18.07.2021-ci il tarixli ******* nömrəli invoyslarda göstərilən məbləğdə mal göndərildiyini və şirkət tərəfindən də həmin invoyslarda qeyd edilən məbləğdə ödəniş edildiyini bildirərək, Şəxs MMC-nin barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, “X6., LTD”-nin 17 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC adına göndərilən yüklərə aid invoyslar ilə ixrac bəyannamələri arasında mexaniki yalnışlıqla ziddiyyət yaranmışdır. Belə ki, 18.07.2021-ci il tarixli 1360792-1 nömrəli invoys və 30.07.2021-ci il tarixli ******* nömrəli invoyslar arasında Şəxs MMC-yə göndərilmiş yüklərin ixrac bəyannamələrində yükün ümumi dəyəri və mal qiymətində səhvlik edilmişdir. Faktiki olaraq Şəxs MMC-yə 18.07.2021-ci il tarixli ******* nömrəli invoyslarda göstərilən məbləğdə mal göndərilmiş və şirkət tərəfindən də həmin invoyslarda qeyd edilən məbləğdə ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar