Məhkəmə qərarları › İş №3(009)-2221/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2221/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2221/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 24 sentyabr 2024-cü, 00100-02584/** EP ***8049 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/028/024692 saylı xx.xx.2024-cü il tarixli raportun araşdırılması zaman; müəyyən edilmişdir ki, AZ 1080 Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) ünvanına Türkiyədən daxil olmuş yüklər **********8688, **********8680 və **********9874 saylı gömrük bəyannamələri ilə xx.xx.2024-cü il tarixədək müddətə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********8688, **********8680 və **********9874 saylı gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2024- cü il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq **********8688, **********8680 və **********9874 saylı gömrük bəyannamələri ilə bəyan edilmiş malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı xx.xx.2024-cü il tarixində gömrük orqanına müraciət edilmişdir.Araşdırma zamanı məlum olmuşdur ki, **********8688, **********8680 və **********9874 saylı gömrük bəyannamələri ilə bəyan edilən malların müvəqqəti idxal müddəti xx.xx.2024-cü il tarixində bitsə də, həmin malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı şirkət tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 2 (iki) gün sonra, yəni xx.xx.2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinə 3-33-1100/1-024459/2024 qeydiyyat nömrəli müraciət göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkətin nümayəndəsi X3 müddət nəzərlərindən yayındığı üçün 2 gün keçdikdən sonra müraciət etdiklərini bildirmişdir. Nəticədə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialının Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli Sahil Postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs tərəfindən **********8688; **********8680; **********9874 sorğu nömrəli GB ilə müvəqqəti idxal prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Yuxarıdakıları nəzərə alaraq müvafiq tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciətdən görünür ki, “X2 East (BVİ) LTD” (VÖEN **********)tərəfindən sorğu nömrəli gömrük bəyannamələr əsasında rəsmiləşdirilmiş: **********8688; **********8680; **********9874. Yuxarıda göstərilən mallar “X2 East (BVİ) LTD” və “BP X4” şirkəti ilə imzalanmış imzalanmış ********** müqavilə çərçivəsində Azərbaycan Respublikasının ərazisinə gətirilib. Həmin mallar “X6”, “Şah-Dəniz”, “Şəfəq- Asiman” yataqlarında ********** (xx.xx.2023-ci il tarixli) müqavilə çərçivəsində istifadə etmək üçün nəzərdə tutulub (əsaslandırılmış səbəbi). Bu malların ölkə daxilində qalmağı, həmin layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün vacib olduğunu nəzərə alınmaqla, müvəqqəti idxal müddətinin 04/06/xx.xx.2024-cu ildən 04/06/xx.xx.2025-ci ilədək uzadılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli **********8688; **********8680; **********9874 sorğulu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2024-cü il tarix müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialının Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Həmçinin, müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən n beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43,114-117 və 499.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2 East (BVİ) LTD Şirkətinin” Azərbaycan Respublikasındaki Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar