Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2222/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 20 sentyabr 2024-cü il tarixli 00100-02551/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi “Xocasən” gömrük postundan daxil olmuş 3-33-1100/027/017313 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Rusiya Federasiyasından “Molto Group" MMC-nin adına 27BZ331/27ZA317 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə gətirilən və Bakı Baş Gömrük İdarəsində **********6140 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə xx.xx.2024-cu il tarixində “Xocasən” gömrük postunun soyuducu anbarında gömrük baxışı həyata keçirilmişdir. Baxış zamanı təqdim olunan gömrük bəyannaməsi ilə yüklər evnilik təşkil etmiş, lakin 95-ci mal mövqeyində enerji içkilərinin üzərində aksiz markası olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən aksiz markası ilə markalanmalı olduğu halda markalanmadığı aşkar edilmiş malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı **********6410 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 95-ci mal mövqeyində bəyan olunan 24 ədəd “Powercell Cherry” (450 ml) nişanlı, 24 ədəd “Powercell Mojıto” (450 ml) nişanlı, 24 ədəd “Powercell Classic” (450 ml) nişanlı və 24 ədəd “Powercell Tropic’’ (450 ml) nişanlı enerji içkiləri yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandıqından 3-33-1100/2-005500/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənave Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyin Bakı Baş Gömrük idarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 146 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş tütün yükünün xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 1.9 manat olmaqla, 96 ədəd energetik içki yükünün ümumilikdə orta bazar qivmətinin 182.4 (vüz səksən iki manat 40 qəpik) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən aksiz markası ilə markalanmalı olan malların malların ümumilikdə orta bazar qiyməti 182.4 (yüz səksən iki manat 40 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nın 1.2.2-ci bəndində aksiz markası dedikdə - aksizli malların idxalı, istehsaiı, satışı və dövriyyəsinə vergi nəzarətinin həvata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markası başa düşülür.Həmin qərarın 3.2.2 bəndinə əsasən “idxal” dedikdə Azərbaycan Respublikasının hüdudlarından kənarda istehsal olunan və satış üçün Azərbaycan Respublikasının ərazisinə gətirilən bu Qaydaların 2.1.1-2.1.4-cü varımbəndlərində qeyd edilən mallara (rüsumsuz ticarət mağazalarında satılan mallar istisna olmaqla) tətbiq edilən aksiz markası başa düsülür. 6.1-ci bəndinə əsasən Sifarişçi (malların dövlət nəfinə müsadirə olunması haqqında məhkəmə qərarına əsasən icra sənədini almış müvafiq dövlət orqanı istisna olmaqla) markaları markalanmalı malların istehsalına başlamazdan, yaxud Azərbaycan Respublikasının ərazisinə idxal etməzdən əvvəl almalıdır. 7.2. Azərbavcan Respublikasının ərazisinə idxal olunan bu Qavdaların 2.1.1-2.1.4-cü varımbəndlərində qevd edilən markalanmalı mallara tətbiq edilən aksiz markaları həmin malların istehsalçıları tərəfindən və va bu mümkün olmadıqda, sifarişçi ilə bağlanılmış müqavilə əsasında malları ölkəvə idxal edən subyekt tərəfindən mallar idxal edilməzdən əvvəl yapışdırılır. 7.3. Azərbavcan Respublikasının ərazisinə idxal olunan pivəvə (alkoqolsuz pivə istisna olmaqla), enerqetik içkilərə. tündləsdirilməmis alkoqollu içkilərə (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmavan), səraba, sampan sərabına və konvaka münasibətdə bu Qaydaların 7.2-ci bəndinin tələblərini yerinə yetirmək mümkün olmadığı təqdirdə qeyd olunan mallara tətbiq olunan aksiz markaları Azərbavcan Respublikasının qömrük buraxılıs məntəqələrində həmin malı idxal edən şəxs tərəfindən Komitənin və Xidmətin əməkdaşlarının nəzarəti altında yapışdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənfn qeyd hissəsinə Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsi “az miqdarda” dedikdə beş yüz manatadək olan məbləğ başa düşülür. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 18 sentyabr 2024-cü il tarixli Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük idarəsi “Xocasən” gömrük postundan daxil olmuş 3-33- 1100/027/017313 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Rusiya Federasiyasından “Molto Group“ MMC-nin adına 27BZ331/27ZA317 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsilə gətirilən və Bakı Baş Gömrük İdarəsində **********6140 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə xx.xx.2024-cu il tarixində “Xocasən” gömrük postunun soyuducu anbarında gömrük baxışı həyata keçirilmişdir. Baxış zamanı təqdim olunan gömrük bəyannaməsi ilə yüklər eynilik təşkil etmiş, lakin 95ci mal mövqeyində enerji içkilərinin üzərində aksiz markası olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən aksiz markası ilə markalanmalı olduğu halda markalanmadığı aşkar edilmiş malların dəyəri işin halları ilə uyğun olubolmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan məhkəmə ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı **********6410 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 95-ci mal mövqeyində bəyan olunan 24 ədəd “Powercell Cherry” (450 ml) nişanlı, 24 ədəd “Powercell Mojıto” (450 ml) nişanlı, 24 ədəd “Powercell Classic” (450 ml) nişanlı və 24 ədəd “Powercell Tropic” (450 ml) nişanlı enerji içkiləri yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-005500/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyin Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 146 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş tütün yükünün xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 1.9 manat olmaqla, 96 ədəd energetik içki yükünün ümumilikdə orta bazar qiymətinin 182.4 (yüz səksən iki manat 40 qəpik) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “Molto Group" MMC tərəfindən aksiz markası ilə markalanmalı olan malların malların ümumilikdə orta bazar qiyməti 182.4 (yüz səksən iki manat 40 qəpik) manat təşkil edir. İş materiallarında olan 09 avqust 2024 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/7066 saylı Ekspert rəyindən görünür ki, İş materiallarında olan “Azərekspertiza” Birliyinin 16 sentyabr 2024-cü il tarixli, 3- 16-16/2-6/3715-9/5862 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş energetik içkilərin tərkibində etil spirti olmadığından və spirt tərkibli maddələrin ekspertizasının tədqiqat obyektlərinə aid olmadığından bu obyektlər tədqiqat aparılmadı. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsinə əsasən Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin qeyd hissəsinə aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və va məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsi “az miqdarda” dedikdə bes vüz manatadək olan məbləğ basa düsülür . Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMCyə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə 1000 (min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 508-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 508-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2222/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2222/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver