Məhkəmə qərarları › İş №3(009)-2225/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2225/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2225/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X13 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin X23 X14 Hadisələri inspektoru X5 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olan, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, 3 döngə, ev 6 anvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlab olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə inzibati məsuliyyətə cəlab olunmasına dair inzibati xətalara dair material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 21 avqust 2024-cü il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olan, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, 3 döngə, ev 6 anvanında qeydiyyatda olan Şəxs, 21 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cinayət işinin başlanılmasının rədd edilməi haqqında 16 avqust 2024-cü il tatixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü X4 inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın icra edilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-nin DYPŞ-nin vasitəsilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, 05 avqust 2024-cü il tarixində saat 04:55 radalarinda 2 saylı TTYS-dan Osadova zəng edərək Bakı şəhəri, Sabail rayonu M.Hüseyn küçasində Milli Maclisin qarşısında baş vermiş YNH-si naticasində 2002-ci il tavallüdlü X11 qapalı kəlla beyin travması xasarati alması barədə malumat vermişdir. Daxil olmuş malumat asasında yol-naqliyyat hadisasi baş verən yerə, Bakı şahari, Sabail rayonu M.Hüseyn küçasinda Milli Meclisin qarşısında avtomobil harakət yoluna baxış keçiriləraək protokol tərtib olunmuş, hadisa yerinin sxemİi va fotoşakillari çəkilərək materiala əlavə edilmişdir. Araşdırma aparılarkan sürücü X11 izahat verərək bildirmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailasi ila birlikdə yaşayır, 05 avqust 2024-cü il tarixdə təxminən saat 00:10 radolarinda "BC” daracali sürücülük vasiqasi va etibarnamə asasında idarə etdiyi "Land Rover” minik markalı **-CE-*** dövlətt qeydiyyat nişanlı avtomobillə Bakı şahəri, Sabail rayonu M.Hüseyn küçasi ila üzü X19 istiqamotində, yolun sağ tərəfində, yəni Sabail rayonu M.Hüseyn küçosi 65 ünvanının qarşısında avtomobili saxlayıb, avtomobildə oturub atasının galməsini gözlədiyi zaman həmin küçə ila onunla eyni istiqamatdə arxa tərəfdan galan "Ford Fuşion” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ qanad hissasi ila onun avtomobilinin sol arxa bamperinə va arxa takərina dəyib toqquşmuş, avtomobil əzilib yararsız hala düşmüşdür .Toqquşmanın tasirindan o, xəsarət almışdır. Hadisadən sonra DİN-nin 102 xidmatina malumat vermişdir, onun iştirakı ilə sənədləşmə aparılmışdır. Həmçinin o, izahatında göstərmişdir ki, hamin baxt içkili olmamış, tahlükəni toqquşma anında görmüşdür, həmin avtomobilin arxadan galdiyini görməmişdir, əsas tələbi sürücü ıaıniindan onun avtomobilinin düzəldilməsidir, başqa tələbi yoxdur. Araşdırma gedişatında sürücü X10 izahatında göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda yaşayır, 05 avqust 2024-cü il tarixdə təxminən saat 00:10 radələrində içkili vaziyyatdə "BC” sürücülük vasiqasi və yol vərəqəsi əsasında idarə etdiyi "Ford Fuşion” minik markalı **-AB-*** dövlat qeydiyyat nişanlı avtomobi ilə Sabail rayonu T.Elçin küçəsi ila gəlib M.Hüseyn küçəsinə dönan zaman M.Hüseyn 65 ünvanının qarşısında sağ tarafda dayanmış vaziyyatdə olan "Land Rover" minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tarafdan arxa hıssasına idara eldiyi avtomobilin sağ qabaq qanadı dayib toqquşmuşdur. Hamçinin o, göstormişdir ki,toqquşmanın tasirindan hamin "Land Rover” minik markalı avtomobili va onun avtomobili əzilərək yararsız vaziyyatə düşmüşdür. Sonra da polis amakdaşları ila sənədləşdirmədə iştirak etmişdir. Hadisa zamanı içkili olmuşdır, avtomobilin sürati taxminan 30-40 km/saat olmuş, qarşıda dayanmış avtomobili toqquşma anında görmüş, hadisa ila bağlı heç bir tələbi va şikayati yoxdur. İş materiallarında olan 05 avqust 2024-cüb il tarixli 2/42154 saylı sarxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə prolokolundan göründüyüi kimi, hadisə zamanı sürücü X1 vəziyyati ayıq olmuşdur. xx.xx.2024-cü il tarixli 2/1463 saylı sarxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə prolokolundan göründüyüi kimi, hadisə zamanı sürücü X2 olmuşdur. Azarbaycan Respublikası Tibbi X3 rayon şöbasinin 09 avqust 2024-cü il tarixli 389 saylı ekspert rayinə əsasən X7 bədəni üzərində har hansı bir xəsarət aşkar edilməmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində müyyən edilmişdir ki, sürücü X10 içkili halda 05 avqust 2024-cü il tarixdə təxminən saat 00:10 radələrində "BC” dərəcəli sürücülük vəsiqəsi va etibarnama asasında idara etdiyi "Ford Fuşion” minik markalı **-AB- *** dövlat qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhari, Sabail rayonu, T.Elçin küçəsi ilə gəlib M.Hüseyn küçəsinə dönən zaman avtomobilin sağ qabaq qanadı ilə M.Hüseyn küçasi 65 ünvanının qarşısında yolun sağ kanarında dayanmış vaziyyatda olan sürücü X9 məxsis "Land Rover” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa tərəfına dəyib toqquşmuş va sürücü 2002-cü il təvəllüdlü X8 qapalı kalla-beyin travması xəsarati alması ila əlaqədar malimat verilmiş, lakin MTE-da müayinəsindən keçarkən onun bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin X23 X14 Hadisələri inspektoru X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasına uyğun inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, əməlindən səmimi peşmançılıq çəkdiyini bildirirək, barəsində yüngül inzibati tənbeh növünün tətbiq olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə görə Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını və yol nəqliyyat hadisəsi barədə toplanmış materialları araşdıraraq belə qənaətə gəlir ki, Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınması məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi var, Şəxs şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq ona nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar