Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2229/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru Vüsal Mehdiyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqabul, Muğan qəs. Ə.Eynullayev küç 7. ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (AZE********) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Səbail rayonu, Bibiheybət yolunda yerləşən “Karizma” oteldə işdə olduğu zaman narkotika təsiri altında olmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin xx.xx.2025-ci il tarixli 3238 saylı aktına əsasən, Şəxs müayinəsi zamanı ondan götürülmüş nümunələrdə metamfetamin, kokain, amfetamin, kannabinoldlər, benzodlazepin, ekstazi, barbiturat, tramadol, preqabalin, metadon, morfin aşkarlanmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş, yəni qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı olan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Səbail Rayonu 8-ci PB-nin polis sahə inspektoru Mehdiyev Vüsal tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, “Karizma” otelinin rəhbərliyi tərəfindən daxil olmuş məlumat əsasında Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun tibbi müayinəsi həyata keçirilmiş və tibbi müayinə aktına əsasən Şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr istehlak etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək məhkəmədən həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddəllərin istehlakı hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 3238 saylı aktdan görünür ki, ekspress-test üsulun nəticəsinə müvafiq olaraq müayinə zamanı Şəxs sidiyində metamfetamin, kokain, amfetamin, kannabinoldlər, benzodlazepin, ekstazi, barbiturat, tramadol, preqabalin, metadon, morfin aşkar edilmişdir. İş materiallarında olan 09 sentyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 sentyabr 2025-ci il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs elektron məhkəmə sistemində olan məlumatlarına əsasən müəyyən edilmişdir ki, o, əvvəllər 02 (iki) dəfə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinmiş və sonuncu barəsində inzibati tənbeh vermə haqında qərar qəbul olunmuşdur. Bundan başqa şəxsin 2020 və 2021-ci illərdə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məsuliyyətə cəlb edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onun barəsində əvvəllər tətbiq olunmuş cəzalardan və tənbeh tədbirlərindən nəticə çıxarmayaraq eyni inzibati xətanı və cinayətləri təkrarən törətmişdir. Odur ki, məhkəmə qeyd olunanları Şəxs şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir və sonuncu barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsdə saxlama müddətinin əvvəli 09 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəlləinin 206-cı maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 sentyabr 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Səbail Rayon Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2229/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2229/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver