Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2230/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X6, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx xxx 1982-ci ildə Ermənistan Respublikası, Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 07 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1562/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 07 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1562/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı (anası) X6 yanında saxlanılsın. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla aliment cavabdeh Şəxs tutularaq iddiaçı X8ma ödənilsin. İcra sənədi xx.xx.2021-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu icra sənədində göstərilən tələb yerinə yetirilmədiyindən borcluya xəbərdarlıq və məcburi gətirilmə qərarı qəbul edilərək borclunun ünvanına göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır. Borclu Şəxs icra sənədinin icrasindan yayındığı üçün "borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" təqdimatla Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Borclu Şəxs Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Borcludan izahatı alınmışdır. O verdiyi izahatında heç bir yerdə işləmədiyini və bu səbəbdən ödəniş edə bilmədiyini qeyd etmişdir. Aliment üzrə 3865 manat borc yaranmışdır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X10 izahatında bildirmişdir ki, Şəxs əvvəllər alimenti ödəmiş, lakin 2023-cü ilin fevral ayından heç bir ödəniş etmir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, əvvəllər alimenti ödəmiş, lakin hazırda işləmədiyi üçün ödənişi edə bilmir. Göstərilənlərə əsasən barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1562/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı (anası) X3 yanında saxlanılmışdır. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla aliment, cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1562 /2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1562/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Səbail Rayon Məhkəməsinin 2(009)-1562/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-284/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə Şəxs məcburi şəkildə Bakı şəhəri Səbail rayon İcra şöbəsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, işləmədiyi üçün aliment borcunu ödəyə bilmir. Bu aydan başlayaraq alimenti hər ay 100 (bir yüz) manat olmaqla ödəyəcək. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, borclu Şəxs xx.xx.2024-cü il tarixdə tələbkar X6 bank hesabına 400 (dörd yüz) manat ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1562 /2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı (anası) X6 yanında saxlanılsın. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla aliment cavabdeh Şəxs tutularaq iddiaçı X8ma ödənilsin. İcra sənədi xx.xx.2021-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu icra sənədində göstərilən tələb yerinə yetirilmədiyindən borcluya xəbərdarlıq və məcburi gətirilmə qərarı qəbul edilərək borclunun ünvanına göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu barəsində axtarış işi açılmışdır. Borclu Şəxs icra sənədinin icrasindan yayındığı üçün "borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" təqdimatla Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Borclu Şəxs Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Borcludan izahatı alınmışdır. O verdiyi izahatında heç bir yerdə işləmədiyini və bu səbəbdən ödəniş edə bilmədiyini qeyd etmişdir. Aliment üzrə 3865 manat borc yaranmışdır. Şəxs tələbkar X6 bank hesabına aliment borcundan 400 (dörd yüz) manat ödəmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və borcun müəyyən hissəsi onun tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2230/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2230/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver