Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2231/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 07 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4400/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Həmçinin 07 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4400/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2019-cu il təvəllüdlü X5, 09 noyabr 2016-cı il təvəllüdlü X6 və 12 aprel 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tələbkar X2 ödənilməlidir. Alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2021- ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir.Borclunun mülkiyyətində "Vaz" markalı "**-MZ-***" dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, xx.xx.2021-ci il tarixdə avtomobilin axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin BDYPİ- nə göndərilmişdir. Daha sonra xx.xx.2021 -ci il tarixdə sözügedən avtomobilin üzərinə həbs qoyulması məqsədi ilə təqdimatla məhkəməyə müraciət olunmuş, Səbail rayon məhkəməsinin 8(009)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Borclunun yaşadığı ünvanda tapmaq mümkün olmadığından onun barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis idarəsinə göndərilmişdir. Səbail rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda borclu barəsində xx.xx.2022-ci il tarixli 20560/22 nömrəli axtarış işinin açıldığı qeyd olunmuşdur. Daha sonra dəfələrlə ünvana baxış keçirilməsinə və müvafiq polis orqanlarına müraciət olunsa da, axtarış tədbirləri nəticə verməmişdir. Göründüyü kimi borclu məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmış və heç bir üzrlü səbəb olmadan aliment borcunu ödəməmişdir. Həmçinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun çağırışlarına gəlməmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə borclu şöbəyə gəlmiş ondan izahatı alınmışdır. İzahatında İşləmədiyinə görə aliment borcundan heç bir ödəniş etmədiyini, hazırda yaranmış borcu tam ödəyə bilməyəcəyini yalnız hissə hissə ödəyə biləcəyini qeyd etmişdir. Tələbkar isə öz növbəsində borcun birdəfəlik ödənilməsini tələb edir. Hazırda aliment borcu 21525 (iyirmi bir min beş yüz iyirmi beş) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon icra şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X7 izahatında bildirmişdir ki, Şəxs alimenti ödəmir, habelə uşaqlarını ona göstərmir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, işləmədiyi üçün aliment borcunu ödəyə bilmir. Məhkəmə iclası zamanı 2000 (iki min) manat məbləğin tələbkar X2 ödənilməsinin nəzərə alınmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4400/2021 saylı nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2019-cu il təvəllüdlü X5, 09 noyabr 2016-cı il təvəllüdlü X6 və 12 aprel 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tələbkar X2 ödənilməlidir. Cavabdeh Şəxs 30 manat dövlət rüsumu tutulmalıdır. Alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4400/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Xətai Rayon Məhkəməsinin 2(011)-4400/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarla borclu Şəxs məxsus olan “VAZ21074 minik” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(009)-382/2021 saylı qərardadı ilə Şəxs adına qeydiyyata alınmış “VAZ21074 minik” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs məxsus hesablar xx.xx.2021-ci il tarixdən etibarən bağlanmışdır. Bu səbəbdən tələbkarın tələbləri təmin edilmədən inkasso sərəncamı geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, işləmir və borcu birdəfəlik ödəməyə gücü çatmır. Bir avtomobili var və etibarnamə ilə satmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4400/2021 saylı nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı borclu Şəxs 2000 (iki min) manat aliment pulu almış və borclunun bu günə olan aliment borcu 19525 (on doqquz min beş yüz iyirmi beş) manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4400/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2019-cu il təvəllüdlü X5, 09 noyabr 2016-cı il təvəllüdlü X6 və 12 aprel 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tələbkar X2 ödənilməlidir. Alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2021- ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir.Borclunun mülkiyyətində "Vaz" markalı "**-MZ-***" dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmiş, xx.xx.2021-ci il tarixdə avtomobilin axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin BDYPİ- nə göndərilmişdir. Daha sonra xx.xx.2021 -ci il tarixdə sözügedən avtomobilin üzərinə həbs qoyulması məqsədi ilə təqdimatla məhkəməyə müraciət olunmuş, Səbail rayon məhkəməsinin 8(009)-382/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdirBorclunun yaşadığı ünvanda tapmaq mümkün olmadığından onun barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis idarəsinə göndərilmişdir. Səbail rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda borclu barəsində xx.xx.2022-ci il tarixli 20560/22 nömrəli axtarış işinin açıldığı qeyd olunmuşdur.Daha sonra dəfələrlə ünvana baxış keçirilməsinə və müvafiq polis orqanlarına müraciət olunsa da, axtarış tədbirləri nəticə verməmişdir. Göründüyü kimi borclu məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmış və heç bir üzrlü səbəb olmadan aliment borcunu ödəməmişdir. Həmçinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun çağırışlarına gəlməmişdir.Nəhayət xx.xx.2024-cü il tarixdə borclu şöbəyə gəlmiş ondan izahatı alınmışdır. İzahatında İşləmədiyinə görə aliment borcundan heç bir ödəniş etmədiyini, hazırda yaranmış borcu tam ödəyə bilməyəcəyini yalnız hissə hissə ödəyə biləcəyini qeyd etmişdir. Tələbkar isə öz növbəsində borcun birdəfəlik ödənilməsini tələb edir.Hazırda aliment borcu 21525 (iyirmi bir min beş yüz iyirmi beş) manat təşkil etmişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4400/2021 saylı nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı borclu Şəxs 2000 (iki min) manat aliment pulu almış və borclunun bu günə olan aliment borcu 19525 (on doqquz min beş yüz iyirmi beş) manat təşkil edir. Məhkəmə ilk olaraq qeyd edir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Borclu öz borcunu etiraf edir və borcun müəyyən hissəsi onun tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan borclu Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət şəxsin əməlində yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2231/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2231/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver