Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2233/2025 10.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi Nümayəndə2, və Şəxs MMC-nin direktoru Nümayəndə3 iştirakları ilə ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair X7 işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 10 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının 05 sentyabr 2025-ci il tarixli, 6-1-21/2-12963/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 05 sentyabr 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli X7 protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş X7 protokoldan görünür ki, Şəxs 217500.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 16 avqust 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, 217500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 17 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində X7 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə3 tərəfindən məhkəməyə ünvanlanan etirazdan görünür ki, müəssisə barəsində protokol tərtib edilməmişdən əvvəl bəlli olmayan bir sıra məsələlər olmuşdur. Belə ki, hal-hazırda fotoşəkillərini əlavə edilmiş Fugrol09 barjı 200,000 USD qiymətinə alınmışdır. Yəni, 200000 (iki yüz min) USD vəsait “Fuqro-109” barjasının alınması üçün istifadə olunmuşdur. Həmin Barja qazma əməliyyatları üçün modifikasiya olunmuşdur. Bununla bağlı təhvil-təslim aktları da Kapital Banka təqdim olunmuşdur. Müəsissə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunması əsası da həmin gəminin alınması üçün köçürülən 200000 (iki yüz min) ABŞ dollarıdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Kapital Bankın ödəniş tapşırığından görünür ki, 200000 (iki yüz min) ABŞ dolları Marine Construction Limited X4 Region 15thnin hesabına köçürülmüş, “Fuqro-109” barjının alınması üçün istifadə olunmuşdur. Həmçinin təqdim edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən də görünür ki, 200000 (iki yüz min) ABŞ dolları məhz “Fugro-109” barjasının alınması üçün istifadə olunmuşdur. Bu hissəyə münasibətdə qeyd edirəm ki, Caspian Marine Services B.V şirkətinin (CMS) Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə tərəfimizdən məhkəməyə müraciət edilmişdir. Belə ki, 13 Noyabr 2023 cü tarixində CMS şirkətinə məxsus “İgid” gəmisi, AMEC şirkətinə məxsus “Coastal Assistanf” gəmisini yedəyə alaraq Bautino limanından Bakı Limanına gətirməsini və CMS şirkətinə məxsus olan “Pahlavan” gəmisi isə AMEC şirkətinə məxsus “AMEC-24” köhnə adı ilə (Fuqro-109) barjını Bautino limanından Bakı limanına gətirilməsini öhdəliyinə götürmüşdür. Bununla bağlı AMEC şirkəti ilə CMS şirkəti arasında 26 oktyabr 2023-cü il tarixdə müqavilə bağlanmışdır. Yedəkləmə əməliyyatı Noyabr ayının 14-ü başlasa da, gecə saatlarında AMEC-24 barjını yedək trosunu “Pəhləvan” gəmisinin kapitanı səhlənkarlığı ucbatından qırmış və barjı itirmişdir, daha sonra ağır vəziyyətdə saatlarla aparılan xilas etmə əməliyyatı nəticəsində barjanı tuta bilmişlər və sonrada barjı geriyə Bautino limanına gətirilmişdilər. Əslində isə Caspian Marine Services B.V şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə aramızda bağlanmış müqavilədə icarə müddəti 3 gün nəzərdə tutulmuşdur. Yəni, “Fuqro-109” barjının ölkəmizə gətirilməməsi bizdən asılı olmayan səbəblərə görə baş vermişdir. Qarşı tərəf öz öhdəliklərini düzgün şəkildə icra etsəydi qısa müddətdə “Fuqro-109” barjası və üzərində olan avadanlıqlar ölkəmizə daxil olacaqdı. Göründüyü kimi hal-hazıradək “Fuqro- 109” barjının və üzərində olan avadanlıqların ölkəmizə gətirilməsi mümkün olmamışdır. Hal-hazırda isə həmin şirkətlə aramızda məhkəmə mübahisəsi getməkdədir. Bununla bağlı icraata götürülmə qərardadını, iddia ərizəsini və bir sıra sənədləri hazırkı məktubuma əlavə edirəm. Hal-hazırda həmin iş e-2-2(113)-5115/2025 saylı nömrə ilə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Həmçinin “Fuqro- 109” barjasının müəssisəmizə məxsus olması ilə bağlı sertifikatı, barjanın batmasına aid fotoşəkillər də etirazıma əlavə edirəm. Azərbaycan Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 sentyabr 2025- ci il tarixli, EP ******* nömrəli protokol da əslində digər protokolla oxşar səbəbə görə tərtib edilmişdir. Qeyd edirəm ki, həmin protokolun tərtib olunması əsası kimi 217500 ABŞ dollarının xarici ölkəyə köçürülməsi olmuşdur. Belə ki, “Fuqro-109” barjasının üzərinə 85 tonluq ekskavator qoyulub, qiyməti 217,500 dollardır. Bu ekskavator uzun qollu və 2 kubluq kovşladı, yanında qısa qolu və 4 kubluq kovşu ilə alınıb ki ağır və qısa məsafəli işlərdə işlədilsin. Bu avadanlıqlar hamısı barjın üzərindədi. Məhz həmin barjın üzərində olan ekskavator üçün 217,500 dollar avas kimi göndərilmişdir. Kapital Bankın ödəniş tapşırığından görünür ki, ümumilikdə 217500 ABŞ dolları ATYRAU BRANCH OF ENKA İNSAAT VE SANAYİ A.S / SH.VALİKHANOVA STR 21-ə köçürülmüş, köçürmənin məqsədi evakuatorun alınması ilə bağlı olmuşdur. Bir sözlə “Fuqro-109” barjasının ölkəyə gətirilməməsi səbəbindən üzərində olan avadanlıqların da ölkəyə gətirilməsi bizdən asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Yəni, tərtib olunmuş protokolun heç bir hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Konstitusiya Məhkəməsinin qərarına əsasən Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu ‘‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Xüsusilə bildirirəm ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında ‘‘ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X2 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd etmək lazımdır ki, son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativhüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Həmçinin qeyd edirəm ki, X1qca ciddi yanlışlıqlara yol verilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən X7 protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində X7 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə X7 iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində X7 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində X7 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində X7 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində X7 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. X7 iş üzrə zərərçəkmiş şəxsin də X7 protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 100.5.7-ci maddəsinə əsasən barəsində X7 iş üzrə icraat apardan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları-X7 protokolda mütləq göstərilməlidir. Xüsusilə qeyd edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra X7 protokol tərtib edilir. İş materiallarından göründüyü kimi avans olaraq pul 16 avqust 2023cü il tarixdə köçürülmüş, protokol isə 16 avqust 2025-ci il tarixdə tərtib edilməli olduğu halda 20 gün sonra tərtib edilərək məhkəməyə göndərilmişdir. Ümumilikdə X7 protkolda göstərilmiş tələblər Mərkəzi Bank tərəfindən kobud şəkildə pozulmuşdur. X7 protokolun tərtib edilməsi barədə bizimlə əlaqə saxlanılmamış, izahatımız alınmamış, hüquq və vəzifələrimiz bizə izah edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş X7 protokola xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində X7 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil izahatında protokol tərtib etmiş orqan tərəfindən araşdırma aparılmadan protokol tərtib edildiyini, barjanın ölkəmizə gətirilməməsi onlardan asılı olmayan səbəblərə görə baş verdiyini, qarşı tərəf öz öhdəliklərini düzgün şəkildə icra etsəydi qısa müddətdə barjası və üzərində olan avadanlıqlar ölkəmizə daxil olacaqdı. Mərkəzi Bank tərəfindən X7 protokolun tərtib edilməsi barədə bizimlə əlaqə saxlanılmamış, izahatımız alınmamış, hüquq və vəzifələrimiz bizə izah edilməmişdir. Göründüyü kimi hal-hazıradək “Fuqro-109” barjının və üzərində olan avadanlıqların ölkəmizə gətirilməsi mümkün olmamışdır. Hal-hazırda isə həmin şirkətlə aramızda məhkəmə mübahisəsi getməkdədir. Göstərilənləri nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X7 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 izahatında iş materiallarından göründüyü kimi avans olaraq pul 16 avqust 2023-cü il tarixdə köçürülmüş, protokol isə 16 avqust 2025-ci il tarixdə tərtib edilməli olduğu halda 20 gün sonra tərtib edilərək məhkəməyə göndərilmişdir. Ümumilikdə X7 protokolda göstərilmiş tələblər Mərkəzi Bank tərəfindən kobud şəkildə pozulmuşdur. X7 protokolun tərtib edilməsi barədə bizimlə əlaqə saxlanılmamış, izahatımız alınmamış, hüquq və vəzifələrimiz bizə izah edilməmişdir. Barjının ölkəmizə gətirilməməsi bizdən asılı olmayan səbəblərə görə baş verdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X7 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə3 izahatında təhvil-təslim aktları da Kapital Banka təqdim olunmuşdur. Müəsissə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib olunması əsası da həmin gəminin alınması üçün köçürülən 200000 (iki yüz min) ABŞ dollarıdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Kapital Bankın ödəniş tapşırığından görünür ki, 200000 (iki yüz min) ABŞ dolları Marine Construction Limited X4 Region 15th-nin hesabına köçürülmüş, “Fuqro-109” barjının alınması üçün istifadə olunmuşdur. Həmçinin təqdim edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən də görünür ki, 200000 (iki yüz min) ABŞ dolları məhz “Fugro-109” barjasının alınması üçün istifadə olunmuşdur. Bu hissəyə münasibətdə qeyd edirəm ki, Caspian Marine Services B.V şirkətinin (CMS) Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə tərəfimizdən məhkəməyə müraciət edilmişdir. Belə ki, 13 Noyabr 2023 cü tarixində CMS şirkətinə məxsus “İgid” gəmisi, AMEC şirkətinə məxsus “Coastal Assistanf” gəmisini yedəyə alaraq Bautino limanından Bakı Limanına gətirməsini və CMS şirkətinə məxsus olan “Pahlavan” gəmisi isə AMEC şirkətinə məxsus “AMEC-24” köhnə adı ilə (Fuqro-109) barjını Bautino limanından Bakı limanına gətirilməsini öhdəliyinə götürmüşdür. Bununla bağlı AMEC şirkəti ilə CMS şirkəti arasında 26 oktyabr 2023-cü il tarixdə müqavilə bağlanmışdır. Yedəkləmə əməliyyatı Noyabr ayının 14-ü başlasa da, gecə saatlarında AMEC-24 barjını yedək trosunu “Pəhləvan” gəmisinin kapitanı səhlənkarlığı ucbatından qırmış və barjı itirmişdir, daha sonra ağır vəziyyətdə saatlarla aparılan xilas etmə əməliyyatı nəticəsində barjanı tuta bilmişlər və sonrada barjı geriyə Bautino limanına gətirilmişdilər. Əslində isə Caspian Marine Services B.V şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə aramızda bağlanmış müqavilədə icarə müddəti 3 gün nəzərdə tutulmuşdur. Yəni, “Fuqro-109” barjının ölkəmizə gətirilməməsi bizdən asılı olmayan səbəblərə görə baş vermişdir. Qarşı tərəf öz öhdəliklərini düzgün şəkildə icra etsəydi qısa müddətdə “Fuqro-109” barjası və üzərində olan avadanlıqlar ölkəmizə daxil olacaqdı. Göründüyü kimi hal-hazıradək “Fuqro-109” barjının və üzərində olan avadanlıqların ölkəmizə gətirilməsi mümkün olmamışdır. Hal-hazırda isə həmin şirkətlə aramızda məhkəmə mübahisəsi getməkdədir. Belə ki, “Fuqro-109” barjasının üzərinə 85 tonluq ekskavator qoyulub, qiyməti 217,500 dollardır. Bu ekskavator uzun qollu və 2 kubluq kovşladı, yanında qısa qolu və 4 kubluq kovşu ilə alınıb ki ağır və qısa məsafəli işlərdə işlədilsin. Bu avadanlıqlar hamısı barjın üzərindədi. Məhz həmin barjın üzərində olan ekskavator üçün 217,500 dollar avans kimi göndərilmişdir. Kapital Bankın ödəniş tapşırığından görünür ki, ümumilikdə 217500 ABŞ dolları ATYRAU BRANCH OF ENKA İNSAAT VE SANAYİ A.S / SH.VALİKHANOVA STR 21-ə köçürülmüş, köçürmənin məqsədi evakuatorun alınması ilə bağlı olmuşdur. Bir sözlə “Fuqro-109” barjasının ölkəyə gətirilməməsi səbəbindən üzərində olan avadanlıqların da ölkəyə gətirilməsi bizdən asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Alınan avadanlıqlar Qazaxıstandan keçib gəldiyini təsdiq edən gömrük bəyannamələri sizə təqdim olunur. xx.xx.2023-cü il tarixdə Bizim gəmimiz batdığına görə onun yenidən düzəldilməsi müəyyən qədər vaxt tələb edirdi. Barja tapılandan sonra onu Saqa limana gətirib çatdıranda 4 metr dərinlikdə gəmi batdı. Gəminin batması limanı iflic vəziyyətə saldı. Nəticədə barjanı həmin limandan çıxarda bilmədim. Liman bizə qarşı itirilmiş qazanclarnan bağlı 1 milyon dollara yaxın iddia qaldırdı. Göstərilənləri nəzərə alaraq və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə1 izahatında "xxxx" tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına daxil olmuş məlumat əsasında Şəxs tərəfindən 16 avqust 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə 217500.00 ABŞ dolları məbləğində vəsait köçürüldüyünü, köçürülmüş vəsaitin qarşılığında isə ölkəyə mallar idxal olunmamışdır. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə protokol tərtib olunmuşdur. Təqdim olunmuş etiraz və sənədlər tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, barjanın həqiqətən də baş vermiş qəza nəticəsində qəzaya uğraması nəticəsində avadanlıqlar ölkəyə gətirilməmiş, ekskavatorun həqiqətən də həmin barjanın üzərində olmasını sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim olunarsa iş üzrə icraata xitam verilməsinə etirazın olmayacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqavilə Şəxs MMC ilə Atyrau Branch of “ENKA İnsaat və Sanayi Anonim Sirketi” şirkəti arasında bağlanılmış və tərəflərin bank hesablaşmaları "xxxx" ASC-nin hesab üzərindəndir. İş materiallarına əlavə edilmiş **********88 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ATYRAU BRANCH OF ENKA İNSAAT VE SANAYİ Anonim Şirkəti tərəfindən müqavilə üzrə müəyyən edilən 175000.00 ABŞ dolları, 35.000 ABŞ dolları və 7.500 ABŞ dolları ümumilikdə 217.000 ABŞ dolları dəyərində olan mallar Şəxsnə göndərilməsi üçün qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaların” 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında Konstiusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Hazırki işdə tərəflərin izahatları, iş üzrə təqdim edilmiş materiallardan müəyyən edilir ki, Şəxs MMC tərəfindən protokolda göstərilən 217500.00 Avro məbləğində pulun qarşılığında mallar alınsa da, qeyd edilən mallar Xəzər dənizində baş vermiş qəza nəticəsində qeyd edilən mallar ölkəyə gətirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, yaranmış vəziyyət Şəxs MMC-nin təqsiri olmadan baş vermişdir və hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, inzibati xətanın predmeti olan mallar xarici ölkədən dəniz nəqliyyatı vasitəsilə ölkəyə gətirilməli olmuşdur. Lakin malların daşınması zamanı dənizdə qəza baş verməsi nəticəsində malların təyinat yerinə vaxtında çatdırılması mümkün olmamışdır. Həmin hal malların gətirilməsinin gecikməsinə səbəb olmuş, lakin bu gecikmə barəsində X7 iş üzrə icraat aparılan hüquqi şəxsin iradəsindən asılı olmamışdır. Hazırkı iş üzrə sübuta yetirilmişdir ki, inzibati xəta tərkibində təqsir elementi mövcud deyil, çünki malların vaxtında gətirilməməsi fors-major hadisəsi ilə bağlı olmuşdur və bu hal şəxsin nəzarəti və iradəsi xaricində baş vermişdir. Beləliklə, inzibati xətanın subyektiv tərəfi – təqsir forması sübuta yetirilmədiyindən, inzibati məsuliyyətin tətbiq edilməsi üçün zəruri hüquqi əsaslar mövcud deyil. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş X3 and Construction” MMC barəsində X7 protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X3 and Construction” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X7 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, X7 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X7 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X7 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X7 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair X7 iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair X7 iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət və ya protest verilmədiyi təqdirdə şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. Hakim Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2233/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2233/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver