Məhkəmə qərarları › İş №3(009)-2236/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2236/2021

23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2236/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon DYPŞ-nin Yol Patrul xidmətinin inspektoru polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Səbail rayonunu A.İsmayılov küçəsi, ev 27, mənzil 4 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsində tərtib olunmuş iş materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 25 avqust 2021-ci il tarixli İXP ******* nömrəli protokoldan və ona əlavə olunmuş səbədlərdən görünür ki, Şəxs alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə 19.07.2021-ci il tarixdə saat 23:00 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi “Volksvagen- Touareg” markalı, **-FS-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu, Səlyan-yolu küçəsi ilə, 20-ci sahə dairəsi istiqamətindən yaşadığı Arif İsmayılov küçəsinə doğru hərəkət edərkən Səlyan yolu küçəsi ilə hərəkət edən zaman Arif İsmayılov küçəsinə daxil olmaq üçün qoşa xətti tapdalayıb yolun əks istiqamətinə keçmişdir.Bu zaman YPX-nin patrul avtomobili saxla əmri verdikdə Şəxs Səlyan yolu şossesi ilə Arif İsmayılov küçəsinin kəsişməsində tıxac yaranmış və o avtomobili saxlamışdır.Bu zaman 2 nəfər YPX-nin əməkdaşı ona yaxınlaşmış və sənədləri təqdim etməyini bildirmişlər. Şəxs spirtli içki təsiri altında olduğu üçün və spirtli iki qəbul etməyini polis əməkdaşları hiss etməməsi üçün bir anda hadisə yerindən uzaqlaşmaq qərarına gələrək avtomobili arxaya verib oradan uzaqlaşmaq istədikdə həmin zaman avtomobilin arxasında dayanmış X2 idarə etdiyi, özünə məxsus Mersedes-Benz markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobili idarə etdiyi avtomobilin arxa hissəsi ilə vurmuşdur.Lakin buna baxmayaraq Şəxs içkili olduğu üçün yenidən avtomobili hərəkət etdirib oradan uzaqlaşmaq istəyən zaman təkrarən Mersedes-Benz markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq tərəfinə verib avtomobili saxlatdırmaq istədikdə ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön qabaq hissəsi ilə həmin Mercedes markalı avtomobilin sol hissəsi ilə toqquşmuş, nəticədə X3 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə və sonuncuya maddi zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddəsi ilə inzibati xətalarının törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon DYPŞ-nin Yol Patrul xidmətinin inspektoru polis kapitanı X4 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati protokol tərtib olunmuş Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib olunmuş Şəxs əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirərək, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, onun barəsində inzibati tənbeh tətbiq olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tututulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs oğlunun yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs oğlu inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məlum olduğu kimi, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xəta yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır, həmin xəta isə 19.07.2021-ci il tarixdə törədilmiş, 16 avqust 2021-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı xətaya görə inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinin tələbi və Şəxs münasibətdə bu müddətin keçməsi nəzərə alınaraq, o, inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 327.6– 327.7 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməlidir. Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş materialları baxılması üçün Səbail Rayon Polis İdaarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş materialları baxılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar