Məhkəmə qərarları › İş №3(009)-2236/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2236/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2236/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, X2 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X1 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Nümayəndə1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 21 avqust 2025-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küç 62F ünvanında fəaliyyət göstərən "xxxx" restoranına gələrək restoranın həyətinin bayırdan giriş hissəsində hər birinin diametri 8 m olan 2 ədəd - qarağac və leylandr ağaclarının kəsilməsinə görə inzibati cərimə yazılacağını bildirmişlər. Restoranın rəhbərliyi tərəfindən ağacların kəsilməsi ilə bağlı heç bir məlumatlarının və əlaqələrinin olmadığını, cari ilin mart ayına qədər restoranının aylarla bağlı olduğunu və mart ayından etibarən yenidən fəaliyyət göstərdiyini bildirsələr də heç bir nəticəsi olmamışdır. 21 vqust 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib olunmuş, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ilə E.X8 Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 10.000 (on min) manat məbləğində cərimə tətbiq edilmiş, ağacların kəsilməsinə görə isə ümumilikdə 1200 (min iki yüz) manat məbləğində ziyan hesablanmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda "Bülbül” restoranının ərazisində köküstə yaş bioloji inkişafda olan 1 (bir) ədəd qarağ l (bir) ədəd leylandr ağaclarının X10 tərəfindən kəsilərək götürülməsi” qeyd olunur. Şikayətə əlavə edəcəyi fotoşəkillərdən də aydın şəkildə görünür ki, ağacların yerləşdiyi yer restoranın ərazisi deyildir. Namiq Quliyev küçəsinin kənarı ki, həmin hissənin restoranla əlaqəsi yoxdur. Əlavə edilmiş video çəkilişdən də görünür ağacların yerləşdiyi yer "xxxx" restoranın qarşısıdır. Həmin hissə heç restoranın həyəti belə deyildir. Digər bir məqam E.Cəbrayılovun həmin restoranı icarəyə götürüb işlətməsi ilə bağlı Bu məqam 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları cərimə yazmaq üçün gəldikləri zaman da bildirilmişdir. Restoranın mülkiyyətçisi "xxxx" Qapalı Səhm Cəmiyyəti ilə yaranan problemlərə görə 7 mart 2025-ci il tarixinə qədər aylarla restoran fəaliyyət göstərməmişdir. Restoran ərazisində və ya ondan kənarda heç bir ağac kəsilməsinə yol verilməmiş, ekologiya qanunvericiliyinin və İnzibati Xətalar Məcəlləsinin tələb pozulmamışdır. Yol kənarında yerləşən ağacların heç bir sübut olmadan sırf "xxxx" restora qarşısı olduğu üçün 10.000 manat (+1200-m ziyan) kimi ciddi miqdarda cərimə olunması hesab edirik ki, qanunsuzdur və ağacların E.Cəbrayılov tərəfindən kəsilməsi heç bir sübutla təsdiq edilməmişdir. Burada xüsusi diqqət yetirilməli məqam cərimənin E.Cəbrayılovun vəzifəli şəxs qismində nəzərə alınaraq yazılmasıdır. Çünki o restoranı fərdi sahibkar kimi VÖEN əsasında işlətməkdədir. Ağacların yerləşdiyi hissə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə küçə və yol kənarı torpaqlar aidiyyatı olaraq bələdiyyə və ya dövlət mülkiyyətində ola bilər. E.Cəbrayılov isə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən “Bül bül” restoranını icarəyə götürmüşdür. Restoranın ərazisi isə xüsusi mülkiyyət qaydası "xxxx" QSC-yə məxsusdur. Ona görə də E.Cəbrayılovun hər hansı istifadə və ya sahiblik hüququnun olmadığı sahədə ağac kəsilməsinə görə cərimə yazılmasının heç bir qanuni əsası yoxdur. Səbail rayonu, Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi hamının bildiyi kimi çoxlu sayda restoranın yerləşdiyi ünvandır və hər gün minlərlə insan dənizqırağı olduğu üçün həmin restoranlara gəlir. Sutkanın həm gecə, həm gündüz vaxtı bu qədər insan axınının olduğu həmin ünvanda necə ola bilər ki, ağac kəsilsin və fakt heç bir sübutla təsdiq edilməsin. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi isə heç bir sübut olmadan formal əsaslarla “özləri tərəfindən” yazılmış protokol əsasında cərimə qərarı qəbul edilmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları nəzərə alınmamış, hərtərəfli araşdırma aparılmamış, inzibati xəta törədən şəxsi müəyyən etmək üçün heç bir tədbir görülməmişdir. Ağac kəsilməsi faktı aşkar edilsə də, onun kim tərəfindən, nə zaman kəsildiyi məqamları araşdırılmamış, sırf restoranın qarşısı olduğuna görə formallığa yol verilərək restoran icarəçisinə cərimə yazılmışdır. Halbuki inzibati xəta üzrə icraatın əsas vəzifəsi təkcə hüquq pozuntusunu aşkar etmək deyil, kim tərəfindən, hansı zamanda törədildiyini müəyyən etmək və bunu qanunu çərçivəyə salmaqla protokollaşdırmaqdır. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəsmi sənədləri ilə tanışlıq onu deməyə əsas verir ki, idarə pozuntunu törədən şəxsin kimliyi barədə özü də heç bir məlumata sahib deyil. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yaşıllıqların məhv edilməsi barədə tərtib olunmuş cədvəlində tikintivə abadlaşdırma məqsədi ilə ağacların kəsildiyi qeyd olunaraq 1200 manat ziyan hesablanmışdır. E.Cəbrayılov tərəfindən restoranın icarəyə götürüldüyü xx.xx.2025-ci il tarixdən indiyədək restoranın çölünün - yəni küçədən olan hissəsində tikinti və ya abadlaşdırılma işləri həyata keçirilməmişdir. Ağacların yerləşdiyi yerin vəziyyətini əks etdirən foto və video çəkilişlər şikayətə əlavə olunur. Maraqlısı odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kütləvi şəkildə, kimlər tərəfindən və harada kəsilməsi ilə bağlı ətraflı məlumat olan hadisələrə, sosial şəbəkələrdə paylaşılan videolara, xəbərlərə qarşı heç bir tədbir görmür. Elə mən özüm ağacların kəsilərək, meşələrin, yaşıllıqların məhv olunması ilə bağlı dəfələrlə sosial şəbəkələrdə aidıyyatı qurumlara müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Külli miqdarda ağac kəsilməsinə reaksiya verməyən nazirlik kol şəklində olan ağacın kimliyi məlum olmayan şəxs tərəfindən kəsilməsinə görə bu işin timsalında təqsirsiz şəxsə 10.000 manat cərimə tətbiq edir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, inzibati xətanı sübut etmək üçün onun obyektini, obyektiv tərəfini, subyektini və subyektiv tərəfini sübut etmək lazımdır və subyekt göstərməlisiniz ki, bu adamdır, daha subyektiv tərəf ağacın kəsilməsidir. Daha sonra subyektiv tərəf nə üçün kəsilibdir, obyekt tikilməsi və ya başqa məqsədlə müəyyən olunmalıdır. Əməl və niyyət müəyyən olunandan sonra protokol tərtib olunmalıdır. Protokol yazan adam düzgündürsə və protokol yazıb tərtib olunubsa təqdim olunmalıdır. İlk öncə həmin əraziyə gedib baxıb müəyyən eləmişlər ki, budaq və yol hara baxır. İkincisi isə 5 sm-lik budaq 6 metrdə nə maneəçilik törədə bilər. Məhkəmə iclasında zalda əyləşənlər üçün də bir dərs olduğunu dərk edərək bildirmək istəyir ki, artıq 20 ildir ki, yüzlərlə video var ki, Azərbaycanda nə qədər meşələr qırılıbsa hamısını çəkərək Ekologiya Nazirliyinə təqdim etmişdir. Amma bunun bir dəfə də nəticəsi olmadığını qeyd edir. Bu halda isə 5 sm-lik ağacın budağı var və yazılmışdır ki, ağac kəsilmişdir, əslində ağac yox “budaq kəsilmişdir” yazılmalı idi. Qeyd edir ki, Ekologiya Nazirliyi əgər ağacların kəsilməsindən narazıdırsa, yüzlərlə, hətta minlərlə videolar var ki, meşələr qırılır. Bundan əlava məhkəməyə bildirir ki, Bayıl yolu tərəfdə bir ərazi var idi ki, hansı ki, zibilliyə dönmüşdür, həmin 5 hektar ərazini təmizləyib 1000- dən çox Çinar ağacı, 3000-dən artıq qızılgül əkmişdir və bununla bağlı Nazirliyə videolar göndərmişdir. Eyni zamanda məhkəməyə bildirir ki, təxmininən 5 il bundan öncə Şamaxinka deyilən ərazidə yolun sağında şam ağacları var idi və 5 il öncə çəkiliş aparmışdı ki, o ərazi bilərəkdən qurudulub və kəsilib, orada 3 mərtəbili restoran tikilib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xtam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirir ki, Səbail Rayon Polisinə göndərdikləri məktub işin araşdırılması ilə bağlı deyil, ərazidə nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlıdır, yəni onların məqsədi cinayət işinin açılması olmamışdır.Bundan əlavə Yaşıllaşdırma və İcra Hakimiyyətinə məktub yazılır ki, məhv olan yaşıllıqlar bərpa olunması üçün yeni yaşıllıqlar əkilsin. Sadəcə olaraq aktı və protokolu tərtib etdiyini və 48 saat müddətini ötürmədiyini bildirir. Qeyd edir ki, əlində olduğu sənədə əsasən MMC-ə dəvət yazmışdır. Real istifadəçi olub-olmadığını müəyyən etmək üçün Vergi orqanına da yazmışdır. Cavab verilmişdir ki, şəxs X6r və barəsində protokol tərtib edilib. Mart ayından da müqaviləsi vardır və aprel ayından da görüntülər var ki, həmin ərazidə yaşıllıqlar mövcud olub. İndi burda təkzib olunsa da, öz dilindən dediyi odur ki, ağacın biri yola tərəf əyildiyi üçün kəsilib, digəri isə gətirib əkib, lakin sonradan bəyənmədiyi üçün kəsib. Mart ayına qədər həmin ərazidə ona görə çıxarıblar ki, orada faktiki olaraq rəsmi sənəd olaraq fəaliyyət göstərməyiblər. Yəni faktiki onların icarə müqaviləsi olmadan fəaliyyat göstəriblər. Bununla bağlı Baş Prokurorluqda icazəsi mühafizə zonasına girməkləri ilə bağlı cinayət işi açılıb və tanış ola biləcəklərini qeyd edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xətanın törədildiyi yerə baxış keçirib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar ilə X10 tərəfindən İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 10.000 (on min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-i il tarixli, 10 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi- Heybət qəsəbəsi, N.Quliyev 62F (çıxarış:RX0085591) ünvanında yerləşən 234.3 kv.metr olan qeyri-yaşayış sahəsini və 24 avqust 2023-cü il tarixli **********56-12301 nömrəli texniki pasporta əsasən obyektin yerləşdiyi torpaq sahəsi ilə birlikdə illik 80000 manata X7 icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə VÖEN ********** Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsinin 12 avqust 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən “Bülbül Restoranı” adlı təsərrüfat obyektində fərdi sahibkar X5 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kollarınməhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə -fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilməsi nəzərdə tutulmağına baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ilə X10 10000 manat məbləğində cərimə təyin edib. Həmçinin məhkəmə qeyd edir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan X5 əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Belə ki, inzibati xətanın törədildiyi yerə baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" restoranının hasarının qarşısı, yolun kənarıdır. Restoranın ərazisi deyildir.Bir ağacın gövdəsindən gələn bir budağın kəsildiyi və hündür otluğun arasında bir ağacın kəsilmiş gövdəsi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın X10 tərəfindən törədilməsini müəyyən etmək mümkün olmamışdır. Belə halda xətanın baş verməsini sübut etmək qərarı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin xətanın kim tərəfindən, nə zaman törədilməsini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, yaranmış şübhələr barəsində icraat aparılmış şəxsin xeyrinə həll edilməli və iş üzrə icraata İXM-in 53.2-ci maddəsinin tələbinə əsasən, yəni şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən xitam verilməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə X5 həmin xətanın törədilməsinə aidiyyəti tam sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tələbləriməhz onun tərəfindənpozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4ümayəndəsi və vəkili Nümayəndə1 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata X7 münasibətdə xitam verilməli və inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata X7 münasibətdə xitam verilsin. X14 Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar