Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2240/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Şorbaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı, ******* saylı, 20 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev küçəsində yerləşən Tibb Kollecinin yaxınlığında saxlanılaraq, BNMİ-nin inzibati binasına gətirilmiş, üzərindən bir büküm “marixuana” adlı narkotik maddə aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.1998-ci ildə Cəlilabad rayonu, Şorbaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Şəxs və xx.xx.1998-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “BTZ” bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə yaşayan X2 narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması və üzərilərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat marağı kəsb edən məlumatın yoxlanması məqsədi ilə BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı, X5, əməliyyat müvəkkili, polis mayoru X10 və BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru X7 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncular 19 oktyabr 2023-cü il tarixdə, saat 11:00dəqiqədə, Sumqayıt şəhəri, 26-cı məhəllə, H.Əliyev küçəsində yerləşən Tibb Kollecinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, müdafiəçinin yardımı ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Şəxs barəsində təhqiqat araşdırılması aparılmış və toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilərək, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin əlamətləri olduğuna görə onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Anar Aslanovun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş Şəxs üzərinə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı tərtib olunmuş raport əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi tərkib əlamətlərinin olması ilə əlaqədar olaraq onun inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 19 oktyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziya Mərkəzinin 7/1462 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş Şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd üzəri skoçla bağlanmış sellofan bükümdə təmiz çəkisi – 0.95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Bakı şəhər Səbail RPİ-də saxlanılan bir ədəd üzəri skoçla bağlanmış sellofan bükümdə təmiz çəkisi – 0.95 və 0,83 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2240/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2240/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver