Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2241/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X2 xx.xx.2025-ci il tarixdə saat 15:40 radələrində idarə etdiyi ** UY *** dövlət qeydiyyat nişanlı “Toyota Korolla” avtomaşını ilə Nigar Rəfibəyli küçəsində parklanmaq niyyətində idi, lakin parklanmada yer olmadığı ücün arxaya sürüb həmin kücədən çıxmaq istəmişdir. Bu vaxt arxada başqa maşın durduğu ücün məcbur olub maşını saxlamış və maşından düşüb həmin maşının sürücüsünə bildirmişdir ki, onsuz da parklanmada yer yoxdur “xahiş edirəm, arxaya verib küçədən çıx ki, mən də sənin ardınca çıxa bilim”. Bu vaxt YPX əməkdaşı bizə yaxınlaşıb sənədləri istədi və X2 özünü təqdim etmişdir.- YPX əməkdaşı dərhal (XP ******* nömrəli protokol tərtib etdi. Şikayətçi ona israrla bildirmişdir ki, arxada maşın durduğu üçün o, küçədən çıxa bilməmişdir, bu hadisələr hec 1 dəqiqə çəkməyib. Əməkdaş isə çox kobud şəkildə bildirdi ki, “görürsən yer yoxdur, girmə küçəyə' YPX əməkdaşı başa düşmək istəmirdi ki, o, küçəyə dönməmiş orda parklanmada boş yeri olub-olmamağını bilə bilməzdi. Bununla bağlı X2 2 dəfə rəsmi şəkildə X5 İdarəsinə şikayət etmişdir, lakin ona ümumiyyətlə cavab verilməyib. 3 dəfə, yəni 04, 08 və 15 avqust 2025-cı ıl tarixlərdə Badamdar qəsəbəsində yerləşən Bakı Şəhər Yol Polis İdarəsinə getmişdir. Orada şikayətçiyə dedilər ki, şikayətlər çox olduğundan çatdıra bilmirik, məhkəməyə verməyin və gözləyin 15 gündən sonra, yəni protokol qərarlı olandan sonra 80 manat cərimə və 2 bal ilə bağlı şikayətçiyə inzibati tənbeh vermə haqqında TP7437384 nömrəli qərar təqdim edildi. Məhkəmə iclasında iştirak edən X2 şikayətə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:40 X2 idarə etdiyi ** UY *** dövlət qeydiyyat nişanlı “Toyota Korolla” avtomaşını ilə Nigar Rəfibəyli küçəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 80 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında tərəfin iştirakı ilə görüntüyə baxış keçirilən zaman X1 idarə etdiyi nəqliyyat vasitəsini ikinci cərgədə saxlamışdır və YPX əməkdaşına saxlamasının səbəbi kimi yerin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4.-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X1 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsi xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2241/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2241/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver