Məhkəmə qərarları › İş №3(009)-2244/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2244/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2244/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Baxşəliyeva Sevinc Samir qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10-İX-24 saylı material və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, texniki təhlükəsizlik və əmək mühafizəsi vəzifəsi həvalə edilmiş Şəxs ehtiyatsızlıqdan X1 iş yerində sağlamlığına az ağır zərər dəymişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə tərəflərə bildiriş göndərilmişdir. Lakin Səbail Rayon Prokurorluğunun nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Səbail Rayon Prokurorluğunun nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında görünür ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) -xx.xx.1993cü ildə Tovuz tayonunda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan 01 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 iş yerində yıxılaraq xəsarət alması faktı ilə bağlı toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işi başlanması rədd edilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xəta tərkibinin əlamətləri aşkar edildiyindən "xxxx" MMC-də iş icraçısı vəzifəsində çahşan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanılması məqsədilə toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə tibbi Ekspertiza və X2” X3 418 saylı rəyindən görünür ki, vət.K.E.Babayevin almış olduğu xəsarətlər - baş beyinin orta dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, başın ənsə və təpə nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində, hündürlükdən yıxılaraq baş nahiyəsinin bərk sərt srtüyə (beton döşəməyə) dəyməsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Çərkəzinin 10/5888 saylı rəyindən görünür ki, Qərarın birinci, ikinci, üçüncü, dördüncü və beşinci sualları üzrə. Baş vermiş hadisə ilə əlaqədar, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları’’nın 2.26-cı bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydalarının 11-ci bəndinin “b”, “d" abzaslarının tələbləri pozulmuşdur. “Bütün sahələr üzrə ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu Kitabçasında olan “İş icraçısının əmək funksiyası"nın tələblərinə əsaslanaraq, “Huner Construction" MMC-nin ünvan 2 ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 2 mərtəbəli 19 №li yarımtikilidə fasad işlərinin görülməsi zamanı quraşdırılmış ayaqaltının kənarları təsadüfən yıxılmanı istisna edən müvəqqəti çəpər ilə təmin etmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları"nın 2.26-cı bəndinin tələbləri “Huner Construction" MMC-də tikinti, quraşdırma işlərinin yerinə yetirilməsinə, tikinti norma və qaydalarına əməl olunmasına, həmçinin işçilərin istehsal və əmək intizamına riayət etmələrinə cavabdeh olan iş icraçısı tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən araşdırmalarla müəyyən edilə bilər). Göstərilən normativ aktın tələbinin pozulması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsi vəzifəsi həvalə edilmiş Şəxs ehtiyatsızlıqdan X1 iş yerində sağlamlığına az ağır zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 198.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar