Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2245/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 noyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 19.10.2021 -ci il tarixdə saat 19:50 radələrində X3 məxsus olan və sadə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu, Xaqani küçəsi ilə hərəkət edib işıqforun yaşıl işığında sola, R.Behbudov küçəsinə dönərkən nizamlanan piyada keçidinin üstündə bir nəfər cavan oğlanı vurmuş, həmin şəxs kapotun üstünə, sonra yerə yıxılmışdır. Dərhal avtomobili həmin yerdə saxlayıb ona yaxınlaşmış və xəsarət alıb-almaması ilə maraqlanmışdır. Həmin şəxs adının Taleh olduğunu və hələ ki, ağrı hiss etmədiyini demişdir. Hadisə yerinə yol-patrul xidməti əməkdaşı yaxınlaşmış və təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım maşını Talehi xəstəxanaya aparmış, o isə hadisə yerində qalmışdır. Sonra onun iştirakı ilə hadisə sənədləşdirilmişdir. Avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. Hadisə Səbail rayonu, R.Behbudov küçəsi ilə Xaqani küçəsinin kəsişməsindəki işıqforla nizamlanan piyada keçidinin üzərində baş vermiş, o, idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə piyadanın sağ tərəfindən vurmuş, piyada kapotun üstünə düşmüş, sonra avtomobilinin qarşısında yerə yıxılmışdır. Həmin vaxt yeni hərəkətə başladığı və dönməni yerinə yetirdiyi üçün avtomobilinin sürəti 10-15 km/saat olmuşdur. Piyada “Axundov kitabxanasının qarşısından onun avtomobilinin hərəkət istiqaməti üzrə nizamlanan piyada keçidini soldan sağa, düzünə keçmişdir. O, Xaqani küçəsindən sola, R.Behbudov küçəsinə dönərkən piyadanın keçidə daxil olduğunu əvvəlcədən görməmişdir. Onun hərəkəti üçün təhlükə piyadanın avtomobilinin qarşısında olduğunu gördüyü və ona 0,5 metr məsafə qalmış yaranmış, həmin an tormoz əyləcindən istifadə etməklə avtomobili tam dayandırsa da, artıq hadisə baş vermişdir. Həmin vaxt avtomobildə 4 nəfər müştəri sərnişin olmuş, artıq yük olmamışdır. Hadisə zamanı avtomobilində zərər olmamışdır. Özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərarla müəyyən edilir ki, zərərçəkmiş şəxs X5 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı yüngül bədən xasarəti ilə bağlı Şəxs heç bir şikayət və tələbi yoxdur. Bundan əlavə həmin qərarla müəyyən edilmişdir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda əsasən Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası SN-nin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Səbail rayon şöbəsinin 25.10.2021-ci il tarixli 692 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1980-cı il təvəllüdlü X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol tərəfli qalça-oma nahiyəsinin yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 19.10.2021-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 19.10.2021-ci il tarixdə saat 19:49 radələrində Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi ilə Xaqani küçəsinin kəsişməsində sürücü Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıqforun icazə verilən siqnalı verilən zaman sola dönməni yerinə yetirərkən avtomobili nizamlanan piyada keçidinin qarşısında dayandırmayaraq, işıqforun piyadalar üçün icazə verilən siqnalında nizamlanan piyada keçidini keçməkdə olan X2 vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamamsını, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2245/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2245/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver