Məhkəmə qərarları › İş №3(009)-2246/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2246/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2246/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızı, X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı inzibati tənbeh vermə haqqında qərarlarından (29 qərar) verdiyi şikayətə işə baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı xx.xx.2019 tarixli, 074992 nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2020 tarixli, ******* nömrəli; xx.xx.2020 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli xx.xx.2021 tarixli, ******* nömrəli xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslar müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, X3 29 ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərardan şikayəti birlikdə vermişdir. Məhkəmə qeyd edir ki, qəbul edilmiş hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrıayrılıqda aparıldığı üçün onlardan məhkəməyə veriləcək şikayət də ayrı-ayrılıqda verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Şərh olunanları və Azərbaycan Respublikası İXM-in 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı xx.xx.2019 tarixli, 074992 nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2019 tarixli, ******* nömrəli; xx.xx.2020 tarixli, ******* nömrəli; xx.xx.2020 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli xx.xx.2021 tarixli, ******* nömrəli xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2021 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022 tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar