Məhkəmə qərarları › İş №3(009)-2249/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2249/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2249/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, barəsində protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən sürücü Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP seriyalı, ******* saylı, 12.10.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, 26.09.2021-ci il tarixdə, saat 19:28-də xx.xx.1994-cü il tarixdə Ucar rayonu, Qaracallı kəndində anadan olan, Ucar rayonu, Pirkənd Ərazi Dairəsi, Qaracallı kəndi qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında 04 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 26.09.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 17 ünvanında baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş. “VAZ 21043” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində isə həmin Məcəllənin 338.7-ci maddəsi ilə inziabti məsuliyyətə cəlb edilməsi üçün toplanılmış materialın Səbail rayon Məhkəməsinə göndərilməsi və “X10 Rover Autobigraph” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin srücüsü X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Səbail RPİnin DYPŞ-nə təqdim edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində bildirir ki, 26.09.2021-ci il tarixdə saat 19:28 radələrində əmisi oğlu X4 məxsus olan və idarə etdiyi “Kuba X-Boss” markalı 49 kub/sm mühərrik həcmli mopedlə Səbail rayonu, Neftçilər prospekti ilə “Qız Qalası” istiqamətindən “Azneft” dairəsi istiqamətinə doğru yolun sağ zolağı ilə hərəkətdə olan zaman sağ güzgüyə baxarkən diqqəti yayınmış və yolun sağ zolağında dayanmış qara rəngli, dövlət qeydiyyat nişanına fikir vermədiyi “Range Rover” markalı avtomobilin arxasına çırpılıb sola yönələrkən arxadan gələn dövlət qeydiyyat nişanına fikir vermədiyi “Vaz 21043” markalı avtomobil onun idarə etdiyi mopedin arxasına toqquşmuş, moped sol tərəfi üstə yerə aşmış və o, xəsarət almışdır. Həmin vaxt “Range Rover” markalı avtomobilin sürücüsü avtomobildən enib ona yardım edib, su vermiş və DİN-in “102” xidmətinə zəng edib hadisə barədə məlumat verərək təcili tibbi yardım çağrılmasını istəmişdir. O, əməlindən səmimi peşman olduğunu bildirərək, ona qarşı şikayət olmadığını nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq xahiş olunmasını xahiş etdi. İş materiallarında olan X1 izahatından görünür ki, 26.09.2021-ci il tarixdə saat 19:28 radələrində "xxxx" MMC-yə məxsus olan və vəkalətnamə ilə idarə etdiyi “X10 Rover Autobiograph” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Səbail rayonu, Neftçilər prospekti 17 ünvanında, yolun birinci zolağında saxlayıb yaxın dostunu gözləyərkən arxadan toqquşma səsi gəlmişdir. Avtomobildən enəndə məlum olmuşdur ki, kuryer fəaliyyəti ilə məşğul olan “Kuba” markalı moped onun idarə etdiyi avtomobilin arxa sol hissəsinə çırpılıb və sürücüsü ilə birlikdə yerə aşıb, sürücü xəsarət alıb. O, hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermiş, orada olan vətəndaşlar isə təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım maşını mopedin sürücüsü, adı sonradan məlum olan Şəxs xəstəxanaya aparmış, o isə hadisə yerində qalmışdır. Sonra onun iştirakı ilə hadisə sənədləşdirilmişdir. İşin mahiyyəti üzrə sualları cavablandıran Rafət Ələkbərov qeyd etmişdir ki, avtomobil idarə etmək üçün sürücülük hüququ vardır. Hadisə Səbail rayonu, Neftçilər, prospekti 17 ünvanında, “Qız Qalası” istiqamətindən Azneft dairəsi istiqamətinə doğru yolun hərəkət hissəsinin birinci zolağında baş vermişdir. O, avtomobili həmin zolaqda saxladığına görə, hadisə baş verən anda avtomobili dayanmış, yəni hərəkətsiz vəziyyətdə olmuş və özü avtomobildə əyləşmişdir. Moped onun idarə etdiyi avtomobilin arxa sol künc hissəsinə çırpılmışdır. İdarə etdiyi avtomobil icbari sığorta olunmuş və texniki cəhətdən saz vəziyyətdədir. Hadisə zamanı avtomobilin arxa bamperinin sol künc hissəsi zədələnmiş, arxa sol stop-fara sınmış, yük yerinin qapısının sol aşağı hissəsi cüzi əzilmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobilə təxminən 4000 (dörd min) manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Kuba X-Boss” markalı mopedin sürücüsü Şəxs barəsində şikayət və tələbinin olmadığını ifadə etmişdir. İş materiallarında olan X2 izahatından görünür ki, 26.09.2021-ci il tarixdə saat 19:28 radələrində X3 məxsus olan və sadə etibarnamə ilə idarə etdiyi “Vaz 21043” markalı 10- LK-536 dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, Neftçilər prospekti ilə “Qız Qalası” istiqamətindən “Azneft” dairəsi istiqamətinə doğru yolun sağ zolağı ilə hərəkətdə olarkən qarşısında hərəkət edən moped yolun sağ zolağında dayanmış qara rəngli, dövlət qeydiyyat nişanına fikir vermədiyi “Range Rover” markalı avtomobilin arxasına çırpılmış, həmin an sükanı sola burub, tormoz əyləcindən istifadə etməklə avtomobili dayandırsa da, idarə etdiyi avtomobilin sağ qabaq qanadının aşağı hissəsi mopedin arxasına dəymiş və moped avtomobilinin qarşısında yerə aşmışdır. Hadisə yerinə YPX-ti əməkdaşı yaxınlaşmışdır. O, yolun hərəkət hissəsini bağlamaq üçün avtomobili bir qədər irəlidə yolun sağında saxlayıb, mopedin sürücüsünə yaxınlaşmış və onun ayaq üstə olduğunu və ciddi bir xəsarət almadığını gördükdən sonra avtomobilinə əyləşib yoluna davam etmişdir. Hadisə Səbail rayonu, Neftçilər prospektində, “Qız Qalası” istiqamətindən “Azneft” dairəsi istiqamətinə doğru yolun hərəkət hissəsinin sağ zolağında baş vermiş, həmin vaxt avtomobilinin sürəti 40 km/saat olmuşdur. İdarə etdiyi avtomobilin qabaq sağ qanadı mopedin arxa hissəsi ilə toqquşmuşdur. Onun hərəkəti üçün təhlükə qarşısında hərəkətdə olan mopedin dayanmış avtomobilə çırpıldığını görduyü və ona 5-6 metr məsafə qalmış yaranmış, həmin an tormoz əyləcindən istifadə edib sükanı sola burmaqla avtomobili sola çəkmiş, lakin məsafə çox yaxın olduğuna görə, qəzadan yayına bilməmişdir. Hadisə zamanı nə özü, nə də ki, ailə üzvləri heç bir xəsarət almamışlar. Avtomobili icbari sığorta olunmuş və texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qəza zamanı idarə etdiyi avtomobilin qabaq bamperinin sağ künc hissəsi zədələnmiş və qabaq sağ qanadın aşağı hissəsi əzilmişdir. X9 baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Kuba X-Boss” markalı mopedin sürücüsü Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hazırki işdən isə müəyyən edilir ki, Şəxs törətdiyi hadisə nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.503-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkibi var və 80 (səksən) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar