Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2250/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 oktyabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 26.09.2021-ci il tarixdə saat 19:28 radələrində X2 məxsus olan və sadə etibarnamə ilə idarə etdiyi “Vaz 21043” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, Neftçilər prospekti ilə “Qız Qalası” istiqamətindən “Azneft” dairəsi istiqamətinə doğru yolun sağ zolağı ilə hərəkətdə olarkən qarşısında hərəkət edən moped yolun sağ zolağında dayanmış qara rəngli, dövlət qeydiyyat nişanına fikir vermədiyi “Range Rover” markalı avtomobilin arxasına çırpılmış, həmin an sükanı sola burub, tormoz əyləcindən istifadə etməklə avtomobili dayandırsa da, idarə etdiyi avtomobilin sağ qabaq qanadının aşağı hissəsi mopedin arxasına dəymiş və moped avtomobilinin qarşısında yerə aşmışdır. Hadisə yerinə YPX-ti əməkdaşı yaxınlaşmışdır. O, yolun hərəkət hissəsini bağlamaq üçün avtomobili bir qədər irəlidə yolun sağında saxlayıb, mopedin sürücüsünə yaxınlaşmış və onun ayaq üstə olduğunu və ciddi bir xəsarət almadığını gördükdən sonra avtomobilinə əyləşib yoluna davam etmişdir. Hadisədən bir neçə saat sonra Səbail RPİ-dən ona zəng gəldikdə o, hadisəni təsdiq etmiş və sərxoşluq müayinəsindən keçib polis idarəsinə yaxınlaşmışdır. Avtomobil idarə etmək üçün sürücülük hüququ vardır. Hadisə Səbail rayonu, Neftçilər prospektində, “Qız Qalası” istiqamətindən “Azneft” dairəsi istiqamətinə doğru yolun hərəkət nissəsinin sağ zolağında baş vermiş, həmin vaxt avtomobilinin sürəti 40 km/saat olmuşdur. İdarə etdiyi avtomobilin qabaq sağ qanadı mopedin arxa hissəsi ilə toqquşmuşdur. Onun hərəkəti üçün təhlükə qarşısında hərəkətdə olan mopedin dayanmış avtomobilə çırpıldığını gördüyü və ona 5-6 metr məsafə qalmış yaranmış, həmin an tormoz əyləcindən istifadə edib sükanı sola burmaqla avtomobili sola çəkmiş, lakin məsafə çox yaxın olduğuna görə, qəzadan yayına bilməmişdir. Toqquşduğu mopedin sürücüsünün anket məlumatlarını, əlaqə nömrəsini götürməmiş və özü barədə məlumatları ona, “Range Rover” markalı avtomobilin sürücüsünə və hadisə yerində olan digər şəxslərə bildirməmişdir. Hadisə yerinə yaxınlaşan yol-patrul xidməti əməkdaşına özünü təqdim etməmiş və avtomobilinin mopedə toqquşması barədə heç nə bildirməmişdir. Həmin vaxt mopedin sürücüsünün görünən xəsarəti olmadığına görə, ona xəstəxanaya aparmaqla bağlı heç bir təklif etməmiş və hadisə barədə polisə məlumat vermədən hadisə yerini tərk etmişdir. Avtomobili idarə edən zaman spirtli içki qəbul etməmiş, bununla bağlı müayinədən keçmişdir. Həmin vaxt avtomobildə həyat yoldaşı və 3 yaşlı oğlu olmuş, artıq yük olmamışdır. Hadisə zamanı nə özü, nə də ki, ailə üzvləri heç bir xəsarət almamışlar. Qəza zamanı idarə etdiyi avtomobilin qabaq bamperinin sağ künc hissəsi zədələnmiş və qabaq sağ qanadın aşağı hissəsi əzilmişdir. Özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Bundan əlavə həmin qərarla müəyyən edilmişdir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda əsasən Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası SN-nin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 Səbail rayon şöbəsinin 27.09.2021-ci il tarixli 633 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1994-cü il təvəllüdlü X3 almış olduğu xəsarətlər- sol ayağın V barmağının əsas-orta falanqalararası oynağının çıxığı və sol ayağın V barmağının yumşaq toxumalarının şişkinliyi və qançırı (əziyi) bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 26.09.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedi avtomaşın vurduqdan sonra mopedin onun ayağının üstünə aşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 26.09.2021-ci il tarixdə saat 19:28 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 17 ünvanında sürücü X5 idarə etdiyi “Kuba X-Boss” markalı mopedlə hərəkət təhlükəsizliyinə riayət etməyərək qabaq hissəsi ilə sürücü X1 “Dayanmaq qadağandır” (3.27) qadağan nişanının təsir zonasında saxladığı və hərəkətsiz vəziyyətdə dayanmış “X10 Rover Autobiograph” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sol hissəsinə çırpıldıqdan sonra mopedin arxa hissəsi sola fırlanarkən arxadan eyni zolaqla hərəkətdə olan sürücü Şəxs idarə etdiyi “Vaz 21043” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi ilə mopedin arxasına toqquşması nəticəsində moped yerə aşmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı D.S.Əhmədli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almış və nəqliyyat vasitələrinə maddi ziyan dəymiş, sürücü Şəxs hadisədən sonra zərərçəkmişə tibbi yardımın göstərilməsi ilə bağlı heç bir tədbir görmədən, özü barədə məlumatları bildirmədən və hadisə barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermədən hadisə yerini tərk etmişdir.Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2250/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2250/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver