Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2253/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (“Azərsu" ASC-nin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (“Azərsu" ASC-nin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur.İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Səbail rayonu ərazisində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (“Azərsu" ASC-nin) balansında olan 32-ci kanal vasitəsilə kanalın trassasıboyu yerləşən ərazilərində (Badamdar, Bibiheybət qəsəbəsi) mövcud olan fərdi yaşayış və qeyri-yaşayış sahələrində formalaşan tullantı suları təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır. Nəticədə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (“Azərsu" ASC-nin) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 Bulvar ərazisində "xxxx" ASC-nin balansında olan xətlərə müəssisələr tərəfindən qoşulub və çirkab suları axıdıldığını, "xxxx" ASC tərəfindən isə heç bir tədbir görülmədiyini, bununla bağlı biz qarşı tərəfi inzibati araşdırma üçün dəvət etdiklərini, lakin dəvətə heç bir cavab verilmədiyini, həmin ərazidə çəkiliş apardıqlarını və həmin çəkilişdə orada olan problemlərin həll edilmədiyini bildirmiş, çəkiliş materiallarını məhkəməyə təqdim edərək məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 nümayəndəsi X5 protokolun düzgün şəxsə yazılmadığını, COP 29 tədbiri olacağı xəbəri çıxandan orada çirkab suları axıdılmadığını, hazırda Bakı buxtası ilə bağlı problem olmadığını, o axıntının protokoldan əvvəl olduğunu bildirərək inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 ("xxxx" ASC-nin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Buxtasında fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai iaşə və digər obyektlərdə ekoloji tələblərin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlər haqqında arayışdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Şəhəri icra Hakimiyyətinin əməkdaşları ilə birgə 17-31,01.2024-cü il tarixlərində Dənizkənarı Milli Park ərazisində yeriəşən ictimai iaşə, mədəniyyət, iri və səyyar ticarət obyektlərində, həmçinin sanitar qovşaqlarda (ümumi 102 obyekt) ekoloji təiəbiərin təmin edilməsi, formalaşan tullantı sularının dənizə axıdılması vd-sahil xətti boyu ərazilərin çikləndirilməsi hallarının müəyyən edilməsi istiqamətində monitorinqlər həyata keçirilmişdir. Keçirilmiş birgə monitorinqlər zamanı Dənizkənarı Milli Park ərazisində 9-u sanitar qovşaq, 47-si isə müxtəlif təyinatlı olmaqla ümumilikdə 58 obyektdə formalaşan tullantı sularının qanunamüvafiq qaydada idarə olunması təmin olunaraq 'Äzərsu” ASC ilə bağlanılmış müqavilə əsasında mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulması müəyyən edilmişdir. Köhnə bulvar ərazisində yeriəşən Reyhan, Ballı, Crazzy Mosquito, Xəzri və Fermaart iaşə obyektlərində formalaşan tullantı sularının Puşkin küçəsinin yağış sulan kollektoru vasitəsi ilə dənizə axıdıldığı müəyyən edilmişdir. Monitorinq müddətində Dənizkənarı Bulvar İdarəsi tərəfindən təxirəsaiınröaz tədbirlər görülərək, 400 metr uzunluğunda yerii boru xətti çəkilmiş, sözügedən iaşə obyeklərində formalaşan tullantı suları mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə yönləndirilmişdir. Bundan başqa X7 ərazisində yerləşən 3 sanitar qovşaqda, formalaşan tullantı sulan da birbaşa dənizə axıdılır. Qeyd etmək lazımdır ki, Dənizkənarı Bulvar idarəsi tərəfindən sözügedən sanitar qovşaqlarda formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulması üçün müəyyən işlərin aparıldığı müşahidə olunmuşdur. Keçirilən monitorinq zamanı Ağ şəhər bulvar ərazisindəki Cafe-7, Zəfər kafesi, Hərbi Qənimətlər parkı, Ağ şəhər restoranı və Bulvar idarəsinə məxsus iki sanitar qovşaqda formalaşan tullantı sularının Yusif Səfərov və Nəcəfqulu Rəfiyev küçələrinin yağış suları kollektorları vasitəsi iiə, Köhnə bulvar ərazisindəki Bakı Dəniz vağzalında, Günəş və Bakı bulvarı kafelərində formalaşan tullantı sularının birbaşa, Tennis kortunda formalaşan tullantı sularının Asəf Zeynallı küçəsinin yağış suları kollektoru vasitəsi iiə. Bayıl Bulvarı ərazisində fəaliyyət göstərən Ateiier-61, YARAT Müasir İncəsənət Mərkəzi və FORT Wine & Grill obyektlərində formalaşan tullantı sularının İsə birbaşa dənizə axıdıidığı müəyyən edilmişdir. Bundan başqa Bakı Yaxt klub, “Rubl 360” restoranı və X11 idman-konsert kompleksində formalaşan tullantı sularının idarə edilməsi məqsəd! iiə hər bir obyekt üçün modul tipli bioloji təmizləyici qurğu quraşdırılmışdır. Sözügedən obyektlərin modul tipli bioiojı təmizləyici qurğularından götürülmüş su nümünələri üzərində “AzeLab" MMC tərəfindən müvafiq təhlillər aparılmışdır. X12 idman-konsert kompleksinin modul tipli bioloji təmizləyici qurğusundan götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionu 4,0 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilmişdir. Mikrobioioji təhlillərin nəticəsinə görə nümunə çirklidir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı 3 000 0Ö0 ədəd/litr, e.coli-şərti xəstəlik törədən bakteriyalar 3 110 000 ədəd/litr, enterokoklar 549 000 ədəd/litr təyin edilmişdir. Dənizkənarı Bulvar idarəsi ilə ‘Təmiz Şəhər” ASC arasında bağlanılmış müqaviləyə əsasən Dənizkənarı Milli Parkın ərazisində yerləşən müxtəlif təyinatlı obyektlərdə formalaşan bərk məişət tullantıların daşınması təmin edilir. Bakı Buxtasında fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai iaşə və digər obyektlərdə ekoloji tələblərin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlər zamanı formalaşan bərk məişət tullantıların pərakəndə halda Dənizkənarı Milli Parkın ərazisində səpələnməsi və qalaqlanması halları müşahidə edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29-13 fevral-mart 2024cü il tarixli 107 saylı aktından görünür ki, Baki Buxtasında fəaliyyət göstərən istirahət mərkəzləri, ictimai iaşə və digər obyektlərdə ekoloji tələblərin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqlər haqqında arayışda qeyd olunan restoranlarda və sərgi kompleksində keçirilən monitorinq zamanı həmin obyektlərin "xxxx" ASC ilə bağlanmış müqavilələrin olduğu və çirkab suların idarə olunması ilə bağlı "xxxx" ASC-yə ödəniş etdikləri müəyyən olunmuşdur. Həmçinin çirkab sualrın təmizlənmədən brbaşa Xəzər dənizinə axıdılması ilə əlaqədar Səbail rayonu ərazisində keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsi, Bayıl yamacında fərdi yaşayış evlərində formalaşan çirkab suların açıq axarla relyefə uyğun olaraq dənizə doğru istiqamətləndiyi və "xxxx" ASC-nin balansında olan 32-ci kanal vasitəsilə çirkab suların dənizə axıdılması eləcədə həmin çirkab suların Lökbatan qəsəbəsi ərazisinə istiqamətləndiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və 2024-cü ilin noyabr ayında çəkilmiş görüntüləri özündə əks etdirən diskdən görünür ki, həqiqətən də Səbail rayonu ərazisində (Badamdar, Bibiheybət, Bayıl) qəsəbəsində mövcud olan fərdi yaşayış evlərində formalaşan həmçinin Qaradağ rayonunun qəsəbələrində formalaşan tullantı suları təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 264.0-cı maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarına əsasən Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına; sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə və digər tələblərə riayət olunmasını təmin etməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (“Azərsu" ASC-nin) əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (“Azərsu" ASC-nin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 (“Azərsu" ASC-nin) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2253/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2253/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver