Məhkəmə qərarları › İş №3(009)-2254/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2254/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2254/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "SOCAR-DALĞİC” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, "SOCAR-DALĞİC” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "SOCAR-DALĞİC” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 23 noyabr 2021-ci il tarixli 00100-2385/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına göndərilmiş və Bakı Bas Gömrük idarəsi “Sahil” g/p-da “müvəqqəti idxal” gömrük prosedurunda rəsmiləşdirilmiş **********5657, **********5664, **********5649. **********5668. **********5542, **********5567, **********5600, **********5620, **********5635 sorğu nömrəli gömrük bəyannamələri ilə müəyyən olunmuş müddət bitmiş, lakin ” Socar-Dalqıc” MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. "SOCAR- DALĞİC” MMC tərəfindən **********5542, **********5567, **********5600, **********5620, **********5635, **********5649, **********5657, **********5664 və **********5668 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkədə qalma müddəti 24/24/028328 nömrəli 07.10.2020-ci il tarixli ərizəyə əsasən 25.09.2021-ci il tarixdə bitsə də, şirkət tərəfindən müddət bitdikdən 1 ay sonra yəni 25.10.2021-ci il tarixdə uzadılma ilə bağlı 24/24/027875 nömrəli ərizə ilə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili X4 etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş 00100-2385/21 nömrəli 23.11.2021 -ci il tarixli inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına göndərilmiş və Bakı Baş Gömrük İdarəsi “Sahil” g/p-da müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş **********5657. **********5664, **********5649, **********5668, **********5542, **********5567, **********5600, **********5620, **********5635 sorğu nömrəli gömrük bəyannamələri ilə müəyyən olunmuş müddət bitmiş, lakin Şəxs MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciətin daxil olmadığı göstərilmişdir. Bundan başqa qeyd edilən gömrük bəyannamələri ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkədə qalma müddəti 24/24/028328 nömrəli 07.10.2020-ci il tarixli ərizəyə əsasən 25.09.2021 -ci il tarixdə bitsə də, şirkət tərəfindən müddət bitdikdən 1 ay sonra yəni 25.10.2021 -ci il tarixdə uzadılma ilə bağlı 24/24/027875 nömrəli ərizə ilə müraciət edilmişdir. Protokola əsasən yuxarıda göstərilənlərə əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir. **********5657. **********5664. **********5649, **********5668, **********5542, **********5567, **********5600, **********5620, **********5635 sorğu nömrəli gömrük bəyannamələri ilə 23.06.2017-ci il tarixdə Şəxs MMC-nin adına “BP Eksploreyşn” (Caspian Sea) LTD ilə bağlanmış müqavilə əsasında müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan edilmiş avadanlıqlar dövlət əhəmiyyətli layihələrində - “BP Eksploreyşn” (Caspian Sea) LTD nəzarəti altında olan Şah Dəniz yatağında olan işlərə cəlb edilməsinə dair həmin şirkətdən cavab alındıqdan sonra Bakı Baş Gömrük İdarəsinə müraciət edilməli idi. Qeyd edilən cavab geeikdirildiyi üçün tərəfimizdən Bakı Baş Gömrük İdarəsinə müraciətdə gecikmə olmuşdur. Şəxs MMC 31.03.2022-ci il tarixə qədər İdxal və X3 Olma haqqında sertifikatı mövcuddur. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "SOCAR-DALĞİC” MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sahil gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "SOCAR-DALĞİC” MMC - nin (VÖEN: **********) ünvanına göndərilmiş və Bakı Baş Gömrük İdarəsi “Sahil” g/p-da “müvəqqəti idxal” gömrük prosedurunda 'əsmiiəşdirilmiş **********5657, **********5664, **********5649, 01171000,<15668, **********5542, **********5587, **********5600, **********5620, **********5635 sorğu nömrəli gömrük bəyannamələri ilə müəyyən olunmuş müddətin bitməsinə Daxmayaraq Gömrük Məcəlləsinin 194-cü maddəsinə və Nazirlər Kabinetinin 245 saylı qərarına uyğun olaraq “müvəqqəti idxal” gömrük prosedurunda bəyan olunmuş malları şirkət digər gömrük proseduruna keçirilməsini təmin etməyib. İnzibati xəta haqqında protokoldan müəyyən olunur ki, "SOCAR-DALĞİC” MMC tərəfindən **********5542, **********5567, **********5600, **********5620, **********5635, **********5649, **********5657, **********5664 və **********5668 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkədə qalma müddəti 24/24/028328 nömrəli 07.10.2020-ci il tarixli ərizəyə əsasən 25.09.2021-ci il tarixdə bitsə də, şirkət tərəfindən müddət bitdikdən 1 ay sonra yəni 25.10.2021-ci il tarixdə uzadılma ilə bağlı 24/24/027875 nömrəli ərizə ilə müraciət edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "SOCAR-DALĞİC” MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə əsasən müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir. 02 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 245 nömrəli qərarin 6.2 və 6.3-cü bəndinə əsasən Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: ir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "SOCAR-DALĞİC” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 128-130 və 499.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "SOCAR-DALĞİC” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar