Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2256/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə Zaur oğlunun, İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi X13 vermə haqqında 30 sentyabr 2021-ci il tarixli, MN ******* saylı və 10 noyabr 2021-ci il tarixli, EP ******* saylı qərarlarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Bankın 30 sentyabr 2021-ci il tarixli, MN ******* saylı və 10 noyabr 2021-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət verərək, həmin qərarların ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru tərəfindən əsassız olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cərimələr tətbiq edilmişdir. Onun artıq xaricdən ölkəyə gətirilmiş malların müqabilində xarici şirkətə ödədiyi valyuta vəsaitləri avans kimi qiymətləndirilmişdir. Buna səbəb malların gətirilməsinə aid gömrük bəyannaməsini doldurarkən kodun bir rəqəmində texniki səhvə yol verilməsi olmuşdur. Aparılmış alqı-satqı əməliyyatlarının gerçək halları Bankın gəldiyi nəticəyə ziddir. Belə ki, onunla X10 Sanaye ve Ticaret Şirketi ilə 01 yanvar 2016-cı il tarixində 160128 nömrəli Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Satıcı malları “FOB Satıcının İstanbul binasında” şərti ilə Alıcıya təhvil verir (Müqavilə, b.1). Malları təhvil götürmüş Alıcı onların müvafiq Fakturada göstərilən dəyərini, bu fakturanın verildiyi tarixdən sonrakı 30 təqvim günü ərzində bank köçürməsi yolu ilə Satıcıya ödəməlidir (Müqavilə, b.2). Müqavilənin 6-cı bəndinə görə Alıcı bu müqavilə üzrə öhdəliklərini təmin etmək məqsədi ilə Satıcıya 1.000.000 ABŞ dolları məbləğində ən yuxarı reytinqi olan bankdan qarantiya məktubu təqdim etməlidir. Buna müvafiq olaraq o, ‘‘Paşa Bank” ASC-dən həmin məbləğdə müvafiq qarantiya məktubu təqdim etmişdir. 2015-ci ildə Azərbaycanda baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının məzənnəsinin kəskin artması ilə bağlı ölkədə sahibkarlıq şəraiti kəskin dəyişdiyinə görə X11 Sanayi ve Ticaret Şirketi təchiz etdiyi mallara görə ödənişlərdə onunla münasibətlərdə sərt müddətlər gözlənməsini tətbiq etməməyə başladı. Dəyişmiş sahibkarlıq vəziyyətinə görə yaranmış çətinlikləri tədricən aradan qaldırandan sonra müxtəlif sahibkarlara olan borclarımı ödəməyə başlamışdır. O cümlədən, həmin Şirkətə 2019-cu ilin iyul-avqust aylarında 50.000 və 79.860 ABŞ dolları ödəniş etmişdir. Ödənişi həyata keçirdiyi Bankda da ödəniş təyinatı kimi 22 aqvust 2016-cı il tarixli 187451 *52*53*54*55*56*57*58*59*60*61 *62*63 nömrəli və 187628*29*30*31*32*33*34*35*36*37*38*39 nömrəli invoyslar üzrə ödəniş qeyd bəyannamələrində 8001 kodu altında qeyd edilmişdir. Təəssüf ki, həmin Gömrük bəyannamələrində “Çatdırma şərtləri” bölməsində “120” (“ödənilməmişdir”) əvəzinə “100” (“əvvəlcədən ödənilmişdir”) rəqəmləri yazılmışdır. Həmin ildə gömrük orqanlarında elektron sistemə yenicə keçdiyindən bəyannamələrin doldurulması zamanı belə səhvlər kütləvi idi. Buna görə idi ki, Bakı Gömrük Baş İdarəsinin rəisi tərəfindən 2017-ci ilin əvvəllərində gömrük işçiləri və sahibkarların iştirakı ilə keçirilmiş müşavirədə bu məqama xüsusi diqqət yetirilməsi tapşırılmış və “100” rəqəmləri yazılanda ödənişi təsdiq edən sənədlərin tələb edilməsi, əks halda malları buraxmamaq göstərişi verilmişdir. Beləliklə, onun 2019-cu ildə ödədiyi məbləğlər avans yolu ilə ödənilmiş valyuta vəsaiti olmamışdır. Bu məbləğlər 2016-cı ildə 22 avqust 2016-cı il tarixli 187451 *52*53*54*55*56*57*58*59*60*61*62*63 nömrəli və 187628*29*30*31*32*33*34*35*36*37*38*39 nömrəli invoyslar üzrə artıq ölkəyə daxil olmuş malların dəyəri olmuşdur. Gömrük bəyannaməsində “120” əvəzinə "100” rəqəmləri texniki səhv olmuş, heç bir ödəniş faktına və ödəniş sənədinə əsaslanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. O nu da qeyd edir ki, qərarlardan biri (EP 0031424) ona 16.11.2021-ci il tarixdə imzalamaqla verilmiş, digəri isə (MN 0480272) ümumiyyətlə verilməmiş, bu barədə 25.11.2021-ci il tarixində Səbail rayon İcra Şöbəsindən icra məmuru zəng edəndə məlumat almışdır. Odur ki, Azərbaycan Respublikası Mərkəzi X13 vermə haqqında 30 sentyabr 2021-ci il tarixli MN ******* və 10 noyabr 2021-ci il tarixli EP ******* qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə Zaur oğlu şikayəti müdafiə edərək, həmçinin şikayətə dair qeydləri məhkəməyə təqdim edərək bildirir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən X5 barəsində İnzibati tənbeh vermə haqqında qəbul etdiyi qərarların əsassız olması iş materiallarına əlavə edilmiş sənədlərdən bir daha görünür. Belə ki, X11 Sanayi ve Ticaret Sirketi ilə bağlanmış 01 yanvar 2016-cı il tarixli 160128 nömrəli Alqı-satqı müqaviləsinə görə mallar iki invoice üzrə gətirilib: 22 avqust 2016-cı il tarixli 187451*52*53*54*55*56*57*58*59*60*61*62*63 nömrəli invoys, 27 sentyabr 2016-cı il tarixli 187628*29*30*31*32*33*34*35*36*37*38*39 nömrəli invoys. Hər iki invoice üzrə malların 2016-cı ildə Türkiyə gömrüyündən çıxması və Azərbaycan ərazisinə daxil olması müvafiq gömrük bəyannamələri ilə təsdiq edilir. L. Əliyeva həmin invoicelar üzrə yeganə ödənişləri 01 yanvar 2016 - 31 dekabr 2019-cu illər müddəti ərzində yalnız 2 dəfə edib: 22 avqust 2016-cı il tarixli ..*62*63 nömrəli invoys üzrə 79.860 ABŞ dolları 27 avqust 2019-cu il tarixində (yəni mallar gələndən 2 il sonra və 27 sentyabr 2016-cı il tarixli ...*38*39 nömrəli invoys üzrə 50.000 ABŞ dolları 31 iyul 2019-cu il tarixində yəni mallar gələndən 2 il sonra. Həmin invoice-lar üzrə ancaq bu ödənişlərin olmasını malları göndərən müqavilə tərəfi də təsdiq edir. Bunu təsdiq etmək üçün L. Əliyeva ərizə ilə YapıKrediBank-a yazılı qaydada müraciət etsə də, Bankdan bu məlumatı verəcəklərini vəd etsələr də, sonda bundan imtina etdilər. Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etsə bunu öz xətti ilə yoxlaya bilər. Qanuna görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Eyni zamanda şəxs inzibati məsuliyyətə inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş cəlb olunur (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsi). Həmin Məcəllənin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri kimi valyuta vəsaitinin “avans yolu ilə ödənilməsi” və ödəniş müqabilində “müvafiq malların idxal edilməməsi” halları nəzərdə tutulmuşdur. Onlarda isə bu hallar olmamışdır. Mallar 2016-cı ildə Azərbaycana gəlmiş, 2019-cu ildə dəyəri ödənilmişdir , həmçinin gətirilmiş həmin mallar üzrə L.Əliyevanın borcu da qalır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi X13 vermə haqqında 30.09.2021-ci il tarixli MN № ******* və 10.11,2021-ci il tarixli EP № ******* qərarlarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmçinin barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 nümayəndəsi Nümayəndə 24 dekabr 2021-ci il tarixli iclasda edilmiş çıxışın yazılı dəlillərii təqdim edərək, bildirir ki, Mərkəzi Bankın inzibati tənbeh vermə haqqında 30 sentyabr 2021-ci il tarixli MN № ******* və 10.11.2021-ci il tarixli EP № ******* qərarları əsassızdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat publik (inzibati) hüquq münasibətlərindən irəli gələn icraatdır. Bu icraat təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və onun təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Eyni zamanda işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq bu icraatın vəzifəsidir. Baxış zamanı müəyyən olunmuş işin gerçək halları göstərdi ki, 2019-cu ildə ödənilmiş xarici valyutada olan məbləğlər avans ödənişlər olmayıb. Bu vəsait 2016-cı ildə Azərbaycana gətirilmiş malların dəyəri kimi ödənilmişdir. Həmin mallara dair 2016-cı ildə tərtib edilmiş gömrük bəyannamələrində göstərilmiş “100” ödəniş kodu, habelə ödəniş sənədində qabaqcadan ödəniş qeydi həqiqi halı əks etdirməmişdir. Həmin mallarla bağlı əvvəllər heç bir ödəniş olmamış. Gömrük orqanında malların dəyərinin ödənilməsi haqqında heç bir məlumat aşkar olunmamışdır. Eyni zamanda "xxxx" ASC-də müqavilə bağlanan tarixdən 2019-cu ilə qədər heç bir ödənişin olmadığını yazılı qaydada təsdiq etdi. 2019-cu ildə ödənilmiş valyutanın ölkəyə 2016-cı ildə gətirilmiş malların müqabilində ödənildiyini göstərən sübutlar bunlardır: 1. Müqavilədə ödənişin hesab-fakturanı alandan sonra ödənilmə şərti olması, 2. Malların 2016-cı ildə Türkiyədən çıxarıldığını təsdiq edən GU ******* və GV ******* ixrac gömrük bəyannamələrinin həmin ... *62*63 və ...*38*39 nömrəli Comm.invoice-lara (hesab-fakturalara) və eyni müqaviləyə aid olması, malların 2016-cı ildə Azərbaycana gətirildiyini təsdiq edin GB **********5217 və GB **********5231 nömrəli gömrük bəyannamələrinin həmin ... *62*63 və ...*38*39 nömrəli Comm.invoice-lara (hesab-fakturalara) və eyni müqaviləyə aid olması GU ******* və GV ******* ixrac gömrük bəyannamələrində ödənişin “Mal mukabilinde” qeydinin olması, 3. Dünya miqyaslı brend olan X12 Sanayi ve Ticaret Şirketinin təsdiq Arayış məktubu, 4. "xxxx" ASC-nin 2019-cu ildəkilərdən başqa həmin invoyslar üzrə heç bir ödənişin olmaması haqqında Arayış məktubu, 5. 2016-cı ildə gətirilmiş mallar üzrə ödəniş olması haqqında Bakı Baş Gömrük İdarəsinin arayış məktubu. Bütün bunlar Mərkəzi Bank tərəfindən xəta üzrə araşdırma aparmadığını və işin gerçək hallarını müəyyən etmədiyini göstərir. Məhkəmə iclasında iştirak edən inzibati xəta hqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X9 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 şikayətinin təmin olunmasını, Mərkəzi Bankın 30 sentyabr 2021-ci il tarixli, MN ******* saylı və 10 noyabr 2021-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X7 30 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 50.000.00 ABŞ dolları məbləğində vəsaiti 31 iyul 2019-cu il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 50.000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru X7 10 noyabr 2021-ci il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 79860.00 ABŞ dolları məbləğində vəsaiti 27 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 79860,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Xəta 28.08.2021-ci il tarixdə vəzifəli şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 7986 (yeddi min doqquz yüz səksən altı) ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. 22.08.2016-cı il tarixli 187451 *52*53*54*55*56*57*58*59*60*61 *62*63 nömrəli və 187628*29*30*31*32*33*34*35*36*37*38*39 nömrəli invoyslar üzrə ödəniş qeyd gömrük bəyannamələrindən görünür ki, həmin Gömrük bəyannamələrində “Çatdırma şərtləri” bölməsində “100” (“əvvəlcədən ödənilmişdir”) rəqəmləri yazılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, X5 tərəfindən bəyan olunan **********9516, **********5217 və **********5231 sorğu nömrəli gömrük bəyannamələri üçün təqdim olunan invoys (hesab-faktura) sənədlərində ödəniş məbləği xarici valyuta ilə qeyd olunduğu üçün, həmin GB-lər üzrə ödəniş barədə məlumatlar BBGİ-nin elektron bazasında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömruk bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tovsiyyələrinin təsdiqi haqqında” 31 oktyabr 2014-cü il tarixli sərəncamdan görünür ki, qrafa 20. “Çatdırma Şərtləri” Birinci və ikinci yarımbölmə mallarm ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur: “100” - malın dəyəri əvvəlcədən odənilmişdir; “110” – malın dəyərinin bir hissəsi əvvəlcədən odənilmişdir; “120” - malın dəyəri ödənilməmişdir; “130” - mal lcıedit hesabına idxal olunur; “200” - malın dəyəri ki'edit hesabma əvvəlcədən odənilmişdir; “210” - malın dəyərinin bir hissəsi kredit hesabına əvvəlcədən odənilmişdir; “220” - malın dəyərinin odənilməsi üçün akkreditiv açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, fərdi sahibkar X6 tərəfindən 31 iyul 2019-cu il tarixdə “X18 Azərbacan” QSC-dən 50000 ABŞ dolları vəsaitini avans olaraq köçürmüşdür. Bu ödənişin icrası üçün banka təqdim edilən ödəniş tapşırığının təyinat hissəsində Dövlət Gömrük Komitəsinin avans ödənişlər üçün təqdim etdiyi kod öz əksini tapmışdır və fərdi sahibkar tərəfindən avans ödənişindən öncə ödənişlə bağlı idxal müqaviləsini X8 yerləşdirmiş və avans kodunu alaraq banka təqdim etdiyi iş materiallarında öz əksini tapır. Avans vəsaiti icra edildikdən sonra müvafiq malların ölkəyə 02 il müddətində idxal edilməsi və idxal sənədlərinin banka təqdim edilməsi tələb edildiyi halda fərdi sahibkar tərəfindən 2016-cı ildə idxal edilmiş və idxal edildiyi zaman dəyəri ödənilmiş malların bəyannaməsini banka təqdim etmişdir. Bank tərəfindən avans köçürməsinin bağlanması zamanı və yuxarıda qeyd olunan qərarların qəbulu zamanı təqdim edilən bəyannamənin avans köçürməsinin qarşılığında olan malların ölkəyə idxal edildiyini təsdiq edən sənəd olmadığı fərdi sahibkara məlumat verilmişdir. Bu səbəbdən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş fərdi sahibkar X2 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Mərkəzi Bankının 30 sentyabr 2021-ci il tarixli, MN ******* saylı və 10 noyabr 2021-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qanuni hesab olunmalı və dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş fərdi sahibkar X2 şikayəti təmin olunmasın. Azərbaycan Respublikası Mərkəzi Bankının 30 sentyabr 2021-ci il tarixli, MN ******* saylı və 10 noyabr 2021-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qanuni hesab olunsun və dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2256/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2256/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver