Məhkəmə qərarları › İş №3(009)-2256/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2256/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2256/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs Məmmədova (Dəvəli) Aynabad Geldiməhəmmədovnanın, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il təvəllüdlü, evli, himayəsində üç övladı olan Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, İqor Ağayev küçəsi, ev 4, mənzil 11 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-2157/2019-007 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinə əməl edilməyib və borc məbləği ödənilməyib. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-2157/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 69.800 (altmış doqquz min səkkiz yüz) manat məbləğində vəsait və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Dəvəli (Məmmədova) Aynabad Geldiməhəmmədovnanm xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və icra olunması üçün borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu barəsində bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət edilmiş, ondan izahatı alınmışdır. İzahatında icra sənədi üzrə göstərilən borc məbləğini ödəmək üçün imkanın olmadığını qeyd etmiş və heç bir yerdə işləmədiyini bildirmişdir. Lakin yanvar ayından başlayaraq hər ay 500 manat ödəniş edəcəyini izahatında qeyd etmişdir. İcra sənədi üzrə tələbkar X1 xx.xx.2019-cu il tarixdə şöbəyə gələrək borclu tərəfindən ona heç bir ödəniş edilmədiyini bildirmiş, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırdığını qeyd etmişdir. Bu səbəbdən borclu barəsində icra tədbirlərinin görülməsini xahiş etmişdir. Sonrakı dövrdə borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı müəyyən edildiyindən barəsində xx.xx.2019-cu il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə borclu Şəxs şöbəyə təhvil verilmişdir. Şəxs izahatı alınmış, barəsində MN ******* saylı protokol tərtib olunmuş, Səbail rayon Məhkəməsinin 3(009)-2220/2019 saylı xx.xx.2019 cu il tarixli qərarı ilə 10 gün müddətinə inzibati həbs edilmişdir. Səbail rayon Məhkəməsinin 8(009)-344/2019 saylı xx.xx.2019 cu il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Daha sonra tərəflər arasında razılaşma əldə olunmuş, tələbkar X1 xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək icraatın dayandırılmasını xahiş etmişdir, tələbkarın ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə icraatın dayandırılması barədə qərar qəbul olunmuşdur. Tələbkar xx.xx.2023 -cü il tarixli şöbəyə ünvanlanmış ərizəsində Şəxs 37000 manat borcu olduğunu, aralarında əldə olunmuş razılaşmaya əməl etmədiyini bildirmiş və onun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu barəsində xx.xx.2024-cü il tarixində axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu şöbəyə təhvil verilmiş barəsində inzibati protokol tərtib olunmuşdur. Borclu bugünədək ümumilikdə 33980 manat ödəniş etmişdir. İcra sənədi üzrə halhazırda 35850 manat məbləğində borcu vardır. İş üzrə tələbkar tərəf borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Məmmədova (Dəvəli) Aynabad Geldiməhəmmədovna vaxt verilmədən qətnamədə göstərilən məbləğin cavabdehdən tutulmasını və onun barəsində daha ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qətnamənin icrası üçün möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, himayəsində üç azyaşlı övladının olmasını, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 528.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 08 oktyabr 2024-cü il saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar