Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-226/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1981-ci ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş, AR-nın vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru X14 tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-977/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-977/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından yayındığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən və icra vərəqəsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-977/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddiaçılar X8, X3, X2 və Şəxs tərəfindən cavabdehlər X4 12.000 manat və X6 12.000 manat, cəmi 24.000 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Həmin məbləğ ödənildikdən sonra cavabdehlər X9 və X10 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamənin cavabdehlərə kompensasiya ödənilməsi və onların evdən çıxarılmaları hissələri eyni vaxtda icra edilsin. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Eyni zamanda Şəxs xx.xx.2023-ci il tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahatı alınmış, o, verdiyi izahatında heç bir yerdə uşləmədiyini, icra sənədində göstərilən kompensasiya məbləğinin toplamaq üçün müəyyən vaxt tələb etdiyini qeyd etmişdir. Tələbkar icra sənədinin icrasını tələb edir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X14 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, tələbkar kompensasiya məbləğini tələb edir, borclu isə ödəmir, bu səbəbdən bununla da borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş məhkəmə araşdırmasında olarkən onların kompensasiya ödəməyə maddi imkanı olmuş, lakin bacısı onkoloji xəstəliyə tutulduğundan pul onun müalicəsinə xərclənilmişdir. Kompensasiya veriləcək lakin hazırda imkanı olmadığı üçün həmin məbləğin verilsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən tələbkar X7 göstərmişdir ki, artıq 8 aydır kompensasiya ödənilmədiyi üçün mənzildən çıxmırlar. O, kompensasiya ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X1 ödənilməsini tələb etdiyini bildirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mülki iş üzrə hazırda barəsində inzibati protokol tərtib edilmiş şəxs birgə iddiaçı olmuş, birgə iddiaçı kimi iddiaları təmin olunaraq həmin mülki iş üzrə cavabdeh qismində keçən hazırki iş üzrə zərərçəkən şəxs olan X9 və X5 yaşayış sahəsi üzrə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi və yaşayış sahəsindən çıxarılması qət edilmiş, lakin qətnamədə cavabdehlərə kompensasiya ödənilməsi və onların evdən çıxarılmaları hissələri eyni vaxtda icra edilməsi qət edilmişdir. İcra sənədindən göründüyü kimi iddiaçılardan pul kompensasiyasının alınma məcburiliyi müəyyən edilməmiş, yalnız kompensasiya yolu ilə cavabdehləri yaşayış sahəsindən çıxarılmalı olması qeyd edilmişdir. Kompensassiya verilmədən cavabdehlər mənzildən çıxarıla bilməzlər. Belə olan halda mülki iş üzrə iddiaçıların heç biri borclu kimi çıxış edə bilməz. Şəxs məhkəmə iclasında maddi imkanı olmadığına görə hazırda kompensasiya məbləğini verə bilməməsini göstərmişdir. Digər tərəfdən məhkəmə tərəfindən müəyyən olunur ki, barəsində inzibati protokol tərtib olunmuş şəxs həmçinin üzürsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Odur ki, Şəxs əməlində məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi təzahür edən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, Şəxs icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-226/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-226/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver