Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2261/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsəm qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 02 oktyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin qanuni təmsiliçisi Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı nmışdır. Q, izahatında bildirmişdir ki, ünvan 1məd Hadi, ev 41, mənzil ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN.**********) ektoruyam, direktoru olduğum MMC-nin əsas fəaliyyəti avropadan qida məhsullarının idxalından, ha sonra həmin malların daxili bazarda topdan satışını həyata keçirməkdən ibarətdir, bu işlərin rülməsi məqsədilə əsasən İtaliyadan, Almaniyadan, Sloveniyadan, İspaniyadan müxtəlif adda ia məhsulları idxal edilir, işin mahiyyəti üzrə bildirirəm ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin ünvanına İtaliyada qeydiyyatda olan “Apıcoltura Brezzo S.R.L” şirkətindən CPK30/33AFM326 nömrə nişanlı yük avtomaşınında 959 nömrəli xx.xx.2024-cü il tarixli invoys rə ümumi dəyəri 8968.18 avro olan 148 adda qida məhsulları yükü daxil olmuşdur, həmin yüklər ;kı Ba$ Gömrük idarəsində **********4154 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük yannaməsi ilə bəyan edilmişdir, idxal edilmiş mallar Şəxs MMC və liyada geydiyyatda olan "Apıcoltura Brezzo S.R.L” şirkəti arasında bağlanmış 2019/xx.xx.2019 mrəli xx.xx.2019-cu il tarixli mügavilə əsasında sifariş edilmişdir, bildirim ki, idxal edilmiş mallara rə İtaliyada qeydiyyatda olan “Apıcoltura Brezzo S.R.L” şirkətinin bank hesabına gabaqcadan2708.35 avro köçürülmüşdür, lakin digər qalan hissə malların daxili bazarda satışını həyata keçirildikdən sonra əldə olunan gəlirə uyğun şəkildə köçürəcəyik, həmin malların sifarişi mənim findən həyata keçirilib, mallar Şəxs MMC-yə məxsusdur. 959 nömrəli )2.2024-cü il tarixli invoysun 122-127-ci mövgelərində geyd olunan duzlar **********4154 İu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci, 2-ci, 5-ci, 11-ci, 12-ci və 40-cı mövgeyində geyd olunmuşdur, bildirmək istərdim ki, 959 nömrəli xx.xx.2024-cü il tarixli )ysun 122-127-ci mövgelərində geyd olunan duzları nümunə olarag sifariş vermişik və onların jmi çəkisi 8 kilogram 880 gramdır, həmin çəki də duzların nümunə kimi idxalına dəlalət verir, /ə olarag geyd edim ki, əvvəllər duz idxalı ilə məşğul olmuşug və bugünədək heç bir problem namışdır və bu səbəbdən də “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məgsədi ilə un yodlaşdırılması haggında” Azərbaycan Respublikasının Qanunundan xəbərdar deyilik, ıdan əlavə. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə verməli olduğumuz və İtaliyada diyyatda olan "Apıcoltura Brezzo S.R.L” şirkətindən bizə göndərilən həmin malların tərkibi ilə |lı sənəddə geyd olunan malların tərkibində yodun olduğu göstərilir, Mərkəzi Gömrük .pertizası İdarəsinin GM**********86 nömrəli rəyi ilə razıyam, həmçinin həmin duzların da hv edilməsinə razıyam, çünki onları sırf nümunə olarag sifariş vermişik, satış məgsədilə irməmişik, həmin nTalların tərkibində yodun olmamasında bizim təgsirimiz yoxdur, ’**********4 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci, 2-ci, 5-ci, 11- 12-ci və 40-cı mal mövgeyində geyd olunan duzlara görə Azərbaycan Qida Təhlükəsizliyi sntliyindən yararlılığına görə sertifikat almamışıq, çünki həmin mallar gömrük nəzarətindən dıgdan sonra yaralılıgla bağlı sertifikatı almag üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə raciət edəcəyik. Bakı Baş Gömrük idarəsi Əməliyyat və Təhgigat İdarəsinin Təhgigat şöbəsində 33- 30/012/014369 nömrəli materialın araşdırılması ilə əlagədar “Sanattura İdxal-İxrac Ticarət" MMC əfindən 959 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 122-ci, 123-cü, 124-cü, 125-ci, 126-cı və Г-ci mövgeləri üzrə **********4154 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci, 2-ci, 5-ci, 11- 12-ci və 40-cı mal mövgeyində bəyan edilən “Brezzo” nişanlı xörək duzları Mərkəzi Gömrük spertizası İdarəsinin GM**********86 nömrəli ekspert rəyinə əsasən yodlaşdırılmamış, lakin aya yararlı olduğu müəyyən edilmişdir. Odur ki, təhgigatın tam, hərtərəfli və obyektiv aparılmasını nin etmək məgsədilə zəruri olduğundan 959 nömrəli xx.xx.2024-cü il tarixli invoys üzrə adları və çiləri geyd olunan duzların (959 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 122-ci mövgeyində qeyd man hər biri 150 qr olmaqla ümumilikdə 1.8 kq olan 12 ədəd “SMOKED SALT”, 959 nömrəli ,02.2024-cü il tarixli invoysun 123-cü mövqeyində qeyd olunan hər biri 60 qr olmaqla ümumilikdə 0 qr olan 12 ədəd “AUSTRALİAN SALT”, 959 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 124-cü ivqeyində qeyd olunan hər biri 110 qr olmaqla ümumilikdə 1.32 kq olan 12 ədəd “FEUR DE SEL )RTUGUESE SALT”, 959 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 125-ci mövqeyində qeyd inan hər biri 120 qr olmaqla ümumilikdə 1.44 kq olan 12 ədəd “GREY BRİTAİN SALT”, 959 mrəli xx.xx.2024-cü il tarixli invoysun 126-cı mövqeyində qeyd olunan hər biri 150 qr olmaqla lumilikdə 1.8 kq olan 12 ədəd “HAWAİN SALT”, 959 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 127- mövqeyində qeyd olunan hər biri 150 qr olmaqla ümumilikdə 1.8 kq olan 12 ədəd “PİNK HİMALAY \LT”) “AZS 280-2007” Texniki şərtlər dövlət standartının tələblərinə uyğun olub-olmaması barədə əlumat göndərilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma stitutuna yuxarıda adı qeyd olunan duzların hərəsindən 1 ədəd olmaqla ümumilikdə 6 ədəd rezzo” nişanlı duzlar nümunə olaraq təqdim olunmaqla 3-33-1100/2-005223/2024 nömrəli məktubla müraciət olunmuş, 24/3/1-24364/01739 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə əsasında (müqavilənin dəyəri qiymətlərin razılaşdırılması üzrə protokola əsasən 354 manat) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Kidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan daxil olmuş 4/000542/24 lömrəli xx.xx.2024-cü il tarixli sınaq protokolu üzrə yekun rəyə əsasən sınaqlar üçün təqdim ılunmuş məhsulların nümunələri AZS 280-2Q07 dövlət standartının yoxlanılmış göstəricilərinin ələblərinə uyğun deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən üquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin zərinə qoyulur. "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun odlaşdırılması haqqında” 27 dekabr 2001-ci il tarixli 242-İİQ nömrəli Azərbaycan espublikastnın Qanunun 8-ci maddəsinin 3-cü bəndinə əsasən yodlaşdırılmamış duzunda və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən Saxta və dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyqun rıayan malların idxal edilməsi inzibati məsuliyyətə səbəb olur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-in nümayəndəsi Nümayəndə protokola etiraz edərək, satıcı tərəf malı yodlaşdırılmış duz kimi MMC-ə satdığını və bunlar müqavilədə və s. sənədlərdə qeyd olduğunu bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçısını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-in əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışından görünür ki, “Sanattura idxal-ixrac Ticarət" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixində, saat 23:15-də “İpək Yolu” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli, GM**********86 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “SANATTURA İDXAL-İXRAC TİCARƏT" MMC-nin ünvanına 959 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 40-41, 56-61, 122-127-ci mövqeləri üzrə idxal olunan yükdən təqdim olunan nümunələr XİF MN üzrə sinifləşdirilirmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli 3-33-1100/012/014369 saylı raportdan görünür ki, “Sanattura idxal-ixrac Ticarət" MMC-nin ünvanına gələn xx.xx.2024cü il tarixində 33CPK30/33AFM326 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dikə ərazisinə daxil olmuş **********4154 nömrəli gömrük bəyannaməsi ilə bəyan clunan “Qidaya istifadə üçün yararlı yodlaşdırılmış” yükünün XİFMN kodunun və tərkibindəki yodun miqdarının müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində X2 idarəsinə sorğu göndərilmişdir. xx.xx.2024-cü il tarixində X2 idarəsindən daxil olmuş GM**********86 nömrəli cavab məktubunda yükün yodlaşdırılmamış duz olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “SANATTURA İDXAL-İXRAC TİCARƏT" MMC-nin direktoru X1 gömrük orqanına verilmiş izahatından görünür ki, alınan duzlar yodlaşdırılmış duz kimi satıldığını və həmin mallar üzrə verilmiş sertifikatda duzun yod tərkibli olduğunu qeyd olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müayinə sertifikatından görünür ki, “SANATTURA İDXAL-İXRAC TİCARƏT" MMC tərəfindən idxal olunan duzların tərkibində yod mövcuddur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyət etmişdir ki, “SANATTURA İDXAL-İXRAC TİCARƏT" MMC yod tərkibli duzların idxal etdiklərini əmin olmuşdur. Satıcı tərəfindən alınan duzların yodlaşdırılmış olduğu barədə “SANATTURA İDXAL-İXRAC TİCARƏT" MMC-ə yanlış məlumat və sənədlər təqdim edilmişdir. Odur ki, yodlaşdırılmamış duzların ölkəyə idxal edilməsi “SANATTURA İDXAL-İXRAC TİCARƏT" MMC-in təqsiri üzündən baş verməmişdir. "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd elmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, "xxxx" MMC-in əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53, 114-115, 117 və 448-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qəra rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2261/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2261/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver