Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2262/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Mərkəzi Bankının 12 mart 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Mərkəzi Bankının 12 mart 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cı il tarixdə 4911174.66 Rusiya rublu X4 tərəfindən Natura Siberica şirkətinə avans olaraq köçürülmüşdür. Həmin ödəniş **********6825 saylı gömrük bəyannaməsi ilə göndərilmişdir. Bəyannamədə gömrük orqanlarının məsul şəxsləri tərəfindən texniki səhvə yol verilərək sonuncu müqavilə deyil, ondan əvvəlki müqavilənin nömrəsi göstərilmişdir. Ona görə də həmin ödəniş Mərkəzi Bank tərəfindən bağlanmamış və X4 barəsində xx.xx.2025-ci il tarixli EP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla bağlı şikayətçi tərəfindən Gömrük idarəsinə dəfələrlə (ərizələr şikayətə əlavə edilir) rəsmi ərizə ünvanlayaraq Rusiya Federasiyasından X3 (VÖEN **********) adına idxal olunmuş xx.xx.2022-ci il tarixli **********6825 saylı bəyannamədə müqavilə nömrəsi və tarixinin səhvən köhnə müqavilənin nömrəsinin və tarixinin (2018/11/19 saylı, xx.xx.2018 tarixli) qeyd olunduğunu həmin bəyannamədə dəyişiklik edilməsini, düzgün müqavilə nömrə və tarixinin (22-17 saylı, xx.xx.2022-ci il tarixli) qeyd edilməsini xahiş edilmişdir. Şikayətçi onu da qeyd etmişdir ki, SWİFT-də müqavilə kodu düzgün qeyd edilmişdir. Beləliklə, mübahisə texniki səhv nəticəsində yaranmışdır. Köçürülən məbləğlərlə gömrük bəyannaməlirini qarşılaşdırdıqda hamısı bir-birini bağlayır. Bunlardan əlavə hesab edirik ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş qərar əsassız olmaqla yanaşı Azərbaycan Respublikası İXM 38-ci maddəsində nəzərdə tutulmuş 3 aylıq müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, X4 tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Bunu gömrük bəyannamələri, köçürülən pul və həmin pulların miqdarında mal ölkəyə idxal edilmiş olması da təsdiq edir. X4 tərəfindən hər hansı inzibati xətanın törədilməsi görünmür, sübuta yetirilmir. Qərar qəbul etmiş orqan heç bir araşdırma aparmadan, heç bir inzibati xəta hadisəsinin olmamasına baxmayaraq əsassız və qanunsuz qərar qəbul etmişdir. Halbuki, X4 tərəfindən heç bir inzibati xəta törətməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” qərardan şikayət vermiş şəxs və qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının təxirə salınması ilə bağlı tərəflərin heç birindən vəsatət daxil olmamışdır. Məhkəmə, öz növbəsində, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X9 nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, məhkəməyə malların idxalı kimi təqdim edilmiş bəyannamələr Mərkəzi Bank tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, Qafarov Nizami tərfindən təqdim edilən cədvəldə qeyd olunan bəyannamələrdən **********6825 xaric digər bəyannamələr bağlı statusdadır və sahibkarın digər avans ödənişlərinə bağlanmışdır. **********6825 bəyannaməsi ilə iş materialları ilə eyniləşmədiyi üçün Mərkəzi Bank tərəfindən çıxarılmış EP ******* saylı qərar əsaslıdır və qüvvədə saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -"xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmiş 20 dekabr 2024-cü il tarixli məlumat məktubundan görünür ki, X4 4619532.88 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, müşətərinin bank hesabına geri qaytarılmamışdır. -Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X2 tərəfindən qəbul edilmiş 12 mart 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh., Səbail ray., Neftçilər pr. 129-da yaşayan, xx.xx.1970-ci il təvəllüdlü, X4 (AA1666480, FİN: İSBFHBW, VÖEN: **********) barəsində tərtib edilmiş 12 fevral 2025-ci il tarixli EP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, X4 4619532.88 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 4619532.88 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal elməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Odur ki, sonuncu barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4619532.88 Rusiya rublu valyuta vəsaiti məbləğinin 10 (on) faizi miqdarında, vəni 461,953.29 Rusiya rublu məbləğində cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə şikayəti iş materialları ilə birlikdə tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X4 tərəfindən məhkəməyə təqdim edilmiş bəyannamələrdən **********6825 xaric digər bəyannamələr bağlı statusdadır və sahibkarın digər avans ödənişlərinə bağlanmışdır. **********6825 bəyannaməsi iş materialları ilə eyniləşmir. X3 şikayətinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən inzibati tənbeh vermə haqqında qərarın müddət ötürülməklə verilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə bildirir ki, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə törədilmiş, “inzibati tənbeh vermə haqqında” qərar isə 12 mart 2025-ci il tarixdə, yəni xətanın törədildiyi tarixdən 04 ay keçmədən qəbul olunmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X3 4619532.88 Rusiya rublu məbləğində olan pul vəsaitini bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması məhkəmə iclasında tədqiq olunmuş müvafiq sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mərkəzi X8 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Təqdiq olunmuş sübutların məcmusuna əsasən məhkəmə belə qənaətə gəlir ki, X3 irəli sürdüyü dəlillər mübahisələndirilən qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas kimi hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 12 mart 2025-ci il tarixli, EP seriyalı, ******* qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankının 12 mart 2025-ci il tarixli, EP seriyalı, ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-2262/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2262/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver