Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2264/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsəm qızının katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 106145.25 İngilis funt sterlinqi məbləğində vəsaiti 08 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 106145.25 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 sentyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək, Şəxs MMC-in inzibati məsuliyyətinə cəlb edilməsini və qanun çərçivəsində tənbeh tədbirin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil protokola etiraz təqdim edərək, həmin etirazı müdafiə edərək və inzibati xəta hadisəsi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2024-cü il tarixli "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalan"nın (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənjlməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıİdığ gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməs üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş 13 sentyabr 2024-cü il tarixli məktubunun qoşmasından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 106145.25 Funt Sterlinq məbləğində vəsait ölkə xaricinə köçürülmüş, lakin ödənişin aparıİdığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2024-cü il tarixli Şəxs MMC tərəfindən təqdim olunmuş etiraz ərizəsindən görünür ki, icraatınızda Şəxs (bundan sonra "Şirkət") barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında 3(009)-2264/2024 nömrəli iş vardır. Qeyd edir ki, Mərkəzi Bank tərəfindən şirkət barəsində İXM-in 430.4-cü maddəsi ilə müəyyən edilən inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli protokol (bundan sonra "Protokol") tərtib edilmişdir. Protokola əsasən müəyyən olunur ki, Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində 106.145,25 Funt Sterlinq məbləğində vəsait ölkə xaricinə köçürülmüş, lakin müvafiq mallar ölkəyə idxal olunmamışdır. Belə ki, sözügedən Protokola əsasən Şirkət tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş valyuta tənzimi qaydalarının pozulduğu iddia edilir. Aşağıda qeyd edilən xüsusatlara əsasən hesab edirik ki, Protokol əsasız olmaqla, Şirkət tərəfindən valyuta tənzimi qaydaları pozulmamış və İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq hallar mövcud olmamışdır. Hüquqi əsaslandırma - İlk öncə qeyd edilməlidir ki, xx.xx.2022 tarixində Şirkət ilə X1 qeydiyyata alınmış və fəaliyyət göstərin X2 Supples Caspian LTD Şirkəti (bundan sonra "Satıcı") arasında materialların təchizatına dair C-110(2)-SMO-2022 nömrəli müqavilə (bundan sonra "Müqavilə") bağlanılmışdır. Tərəflər arasında Müqavilə üzrə ödəniş və çatdırılma şərtlərini müəyyən edən xx.xx.2022-ci il tarixli C-110 SMO-2022 nömrəli Müqaviləyə əlavə (bundan sonra "Əlavə") bağlanılmışdır. Əlavə ilə müəyyən edilmiş ödəniş şərtlərinə əsasən Müqavilə üzrə Şirkətə göndəriləcək malların dəyəri avans qaydada ödənilməlidir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra "Komitə") xx.xx.2014-cü il tarixli 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası"na (bundan sonra "Metodika") əsasən idxal olunan malların Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə ödənişi nəzərdə tutulmadıqda, gömrük bəyannaməsinin 20-ci qrafasmda qeyd olunan çatdırılma şərtinin kodu "140" olaraq müəyyən edilir. Malın dəyəri Azərbaycan Respublikasında açılmış bank hesabı vasitəsilə əvvəlcədən ödənilməklə həyata keçirildiyi halda isə Metodikaya əsasən müəyyən edilmiş kod (bundan sonra "Kod") "100"olur. Bildirək ki, ilkin olaraq Şirkət Müqavilə üzrə ödənişi Şirkətə məxsus xarici bank hesabı (Societe Generale, Fransa) vasitəsilə həyata keçirmək niyyətində olmuşdur. Lakin daha sonra yaranmış geosiyasi vəziyyətlə əlaqədar Şirkət bu mövqeyini dəyişərək ödənişləri yerli bank hesabı vasitəsilə həyata keçirməyi qərara almışdır. Şirkətin bəyannaməçi qismində cəlb etdiyi "X3" MMC səhvən Müqavilə altında gəlmiş bütün malların gömrük bəyannamələrində çatdırılırsa şərtini "140" olaraq (ödəniş nəzərdə tutulmadıqda) kimi qeyd etmişdir. Müqavilənin çərçivə müqaviləsi olduğunu, mal sifarişlərin kompleks şəkildə edildiyini, ödnişlərin hissəvi qaydada həyata keçirildiyini nəzərə alaraq bildirmək istərdik ki, Müqavilə ilə Şirkətə təchizatı nəzərdə tutulan mallar hissə-hissə ölkə ərazisinə idxal edilmiş və bununla bağlı gömrük orqanlarına müvafiq olaraq 23 gömrük bəyannaməsi təqdim edilmişdir. Buna müvafiq olaraq, Şirkət xx.xx.2022ci il tarixində 106.145,25 Funt Sterlinq məbləğində vəsaiti avans olaraq yerli bank (ABB, Azərbaycan) hesabından Satıcının xarici ölkədə olan hesabına köçürmüşdür. Şirkət tərəfindən müvafiq bank tapşırıqları üzrə xaricə köçürülmüş pul məbləğlərinin cəminə nəzər yetirildiyində aydın olur ki, Şirkət tərəfindən bank tapşırığına əsasən Satıcıya ödənilmiş 2,194,452.81 Avro və 414,383.00 Funt Sterlinq (bank tapşırıqlarında göstərilən məbləğlərin cəminə müvafiq olaraq) müqabilində mal faktiki olaraq ölkə ərazisinə idxal olunmuşdur. Bunu təsdiq edən 23 gömrük bəyannaməsi mövcuddur. Belə ki, Mərkəzi Bank tərəfindən müqabilində ölkəyə malın idxal edilmədiyi iddia edilən 106.145,25 Funt Sterlinq məbləğində mal faktiki olaraq ölkə ərazisinə idxal edilmişdir. Bəyannamə Şirkətin bəyannaməçi qismində cəlb etdiyi "X3" MMC tərəfindən doldurularkən texniki səhv nəticəsində Kod "100" əvəzinə "140" kimi qeyd edilmişdir. Sözügedən səhvin aradan qaldırılması ilə bağlı Şirkət Komitəyə və Mərkəzə Banka rəsmi müraciət ünvanlamışdır. Qeyd edilənlərdən aydın olur ki, Bəyannaməyə daxil edilmiş yanlış kod (140) qanunazidd niyyət olmadan bəyannaməçinin texniki səhvi nəticəsində daxil edilmişdir və həmin səhvin aradan qaldırılması ilə bağlı Şirkət lazımi səyləri göstərmişdir. Qeyd edək ki, Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edilə bilər. Eyni Məcəllənin 153.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir. İXM-in 3-cü maddəsinə əsasən inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Mərkəzi Bank tərəfindən pozulduğu iddia edilən maddənin preambulasma əsasən inzibati xəta avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi halında baş verir. Təqdim edilmiş sənədlər (bəyannamə, müqavilə, sifariş əmri, hesab faktura, ödəniş tapşırığı) onu göstərir ki, Şirkət tərəfindən edilmiş 106.145,25 Funt Sterlinq ödəniş müqabilində mallar ölkəyə idxal edilmiş və Şirkət tərəfindən "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları" hər hansı formada pozulmamışdır İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, Mərkəzi Bank hazırkı halla bağlı yoxlama apararkən faktiki sübutları nəzərə almamış, Bəyannamədə edilmiş texniki səhvi əsas götürərək əsassız olaraq Şirkətin inzibati xəta törətməsi faktına dair Protokol tərtib etmişdir. SOCAR MİDSTREAM OPERATİONS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində başlanılmış İXMin 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında 3(009)-2264/2024 nömrəli iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən təqdim olunmuş etiraz ərizəsinə əlavədən görünür ki, icraatınızda Şəxs (bundan sonra "Şirkət") barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında 3((Ю9)- 2264/2024 nömrəli iş vardır. Qeyd edir ki, Mərkəzi Bank tərəfindən Şirkət barəsində İXM-in 430.4-cü maddəsi ilə müəyyən edilən inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli protokol (bundan sonra "Protokol") tərtib edilmişdir. Protokola əsasən müəyyən olunur ki, Şirkət tərəfindən xx.xx.2022-ci il tarixində 106.145,25 Funt Sterlinq məbləğində vəsait ölkə xaricinə köçürülmüş, lakin müvafiq mallar ölkəyə idxal olunmamışdır. Belə ki, sözügedən Protokola əsasən Şirkət tərəfindən İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş valyuta tənzimi qaydalarının pozulduğu iddia edilir. Aşağıda qeyd edilən xüsusatlara əsasən hesab edir ki, Protokol əsassız olmaqla, Şirkət tərəfindən valyuta tənzimi qaydaları pozulmamış və İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq hallar mövcud olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək müəyyət etmişdir ki, 106145.25 Funt Sterlinq məbləğində ödəniş xx.xx.2022-ci il tarixli ********** nömrəli sifariş tapşırığının və 25000047 nömrəli hesab-fakturanm müqabilində həyata keçirilmişdir. Belə ki, həmin sifariş tapşırığına əsasən Şəxs MMC tərəfindən 353817.50 Funt Sterlinq məbləğində mal sifariş verilmişdir. Müqavilənin şərtlərinə əsasən malın ödənişi və çatdırılması hissəvi qaydada müəyyənləşdirildiyindən sifariş tapşırığında qeyd edilən malların dəyərinin ödənişi və idxalı hissəvi qaydada həyata keçirilmişdir. Buna müvafiq olaraq, sifariş tapşırığı üzrə 106145.25 Funt Sterlinq məbləğində 25000047 nömrəli, 198.980,10 Funt Sterlinq məbləğində 25000050 nömrəli, 13.310,40 Funt Sterlinq məbləğində 25000053 nömrəli və 35.381,75 Funt Sterlinq məbləğində 25000054 nömrəli, ümumilikdə 353.817,50 Funt Sterlinq məbləğində hesabfakturalar Satıcı tərəfindən Şirkətə təqdim edilmişdir. Həmin hesab-fakturaların hər biri üzrə məbləğ Şirkətin yerli bank hesabından (ABB) müvafiq bank tapşırıqları əsasında Satıcıya ödənilmişdir və həmin ödənişlərin (ümumilikdə 353817.50 Funt Sterlinq) müqabilində eyni dəyərdə mal **********067 (22184,00 Funt Sterlinq dəyərində), **********765 (998.64 Funt Sterlinq dəyərində), **********755 (2512.86 Funt Sterlinq dəyərində) və **********744 (328122 Funt Sterlinq dəyərində) nömrəli gömrük bəyannamələri üzrə ölkəyə idxal edilmişdir. Odur ki, istinad edilən sənədlər - Sifariş Tapşırığı, hesab-fakturalar, ödəmə tapşırıqları və gömrük bəyannamələri qarşılaşdırıldıqda aydın olur ki, Şirkətin yerli hesabından ödənilmiş 353817.50 Funt Sterlinq məbləğində valyuta vəsaiti müqabilində həmin dəyərdə mal (gömrük bəyannamələri üzrə malın dəyərinin cəmi) ölkə ərazisinə idxal edilmişdir. Həmçinin yuxarıda qeyd olunan gömrük bəyannamələrinin 31-ci qrafasında idxal edilən malların təsviri əks olunmuşdur. Odur ki, yuxarıda qeyd edilən gömrük bəyannamələri, sifariş tapşırığı və hesabfakturaları ilə malların ölkəyə idxal edilməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,53,114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2264/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2264/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver