Məhkəmə qərarları › İş №3(009)-2266/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2266/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2266/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi X2 iştirakı ilə, X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli inzibati xəta haqqında qərarından şikayəti daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Asan Pay ödəniş sistemindən bir müddət əvvəl mobil nömrəsinə gələn SMS məlumatında 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunması göstərilmişdir. Cərimənin hansı inzibati xəta səbəbindən tətbiq edilməsi məlum olmamışdır. Yaxın müddətdə X7 tərəfindən hər hansı bir inzibati hüquq pozuntusu törədilməmişdir. İnzibati xəta haqqında protokol və qəbul edilmiş qərar heç bir orqan tərəfindən təqdim edilməmişdir. Cərimənin əsası ilə bağlı məlumat əldə etmək istədildikdə, telefon vasitəsilə verilən şifahi məlumata görə cərimənin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tətbiq edildiyi bildirilmişdir. Bu səbəbdən 20 sentyabr 2021-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət etmiş, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilibedilməməsi haqqında mlumat verilməsini, edildiyi təqdirdə onun əsasını təşkil edən sənədin rəsmi şəkildə ona təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətinə cavab verilməmiş, hər hansı sənəd təqdim edilməmişdir. X7 barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibatib xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması üçün 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, inzibati xəta haqqında qərarı inzibati orqandan əldə edə bilmədiyi üçün, həmin qərarın məhkəmə tərəfindən əldə olunmasının təmin edilməsi barədə vəsatəti şikayətinə əlavə etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 3(009)-2089/2021 saylı qərardadı ilə şikayətin X5 geri qaytarılması qərarı alınmışdır. Məhkəmə qərardadında göstərmişdir ki, Azərbaycan Respublikası İXM-də inzibati xəta haqqında protokoldan şikayətin verilməsi nəzərdə tutulmamışdır. Verilmiş şikayət və ona əlavə edilmiş materiallardan inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmadığından, verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmışdır. X7 şikayətin inzibati protokoldan deyil, inzibati qərardan verildiyini, qərarın isə istər inzibati məsuliyyətə cəlb edilərkən, istərsə də müraciət edildikdən sonra da inzibati orqan tərəfindən ona verilməsinin təmin edilmədiyini qeyd etmişdir. Qərarın əldə edilməsi üçün vəsatətlə müraciət edilmiş və qərarın müəyyən edilməsini asanlaşdırmaq üçün Asan Pay ödəniş sistemindən gələn SMS-də olan protokol nömrəsini də bu məqsədlə göndərmişdir. Məhkəmənin isə yanlış olaraq, protokol nömrəsinə istinad etməyini qərardan deyil, protokoldan verilmiş şikayət kimi qəbul etmişdir. Həmçinin, qərardadda göstərilmişdir ki, şikayətdə və ona əlavə edilmiş materiallarda qərar mövcüd olmadığı üçün geri qaytarılmışdır. X1 tərəfindən əldə edilmə cəhdlərinə baxmayaraq, bu mümkün olmamışdır və məhkəmə tərəfindən əldə edilməsi üçün də vəsatətlə müraciət edilmişdir. Məhkəməyə müraciət edildikdən sonra, Bakı şəhəri Səbail Rayonu 39-cu Polis Bölməsinə verilmiş ərizəyə cavab olaraq, X1 barəsində tərtib olunmuş protokol və qərar ona göndərilmişdir. Həmin ******* saylı protokolda 05 sentyabt 2021-ci il tarixdə, işlədiyi ünvan 1 ünvanında, İXM-nin 211.1-ci maddəsinin tələbinin pozulduğu üçün tərtib olunduğu göstərilmişdir və protokol əsasında da dərhal qəbul edilmişdir. Həmin protokolun və qərarın əsassız, qanunsuz olduğunu, həmçinin göstərilənləri nəzərə alaraq barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nə Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi X6 yazılı şikayətin təmin olunmasını, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EPQ ******* saylı, 05 sentyabr 2021-ci il tarixli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EXP ******* saylı, 05.09.2021-ci il tarixli protokolun və surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Eyni zamanda X3 Mərkəzindən verilmiş məlumatdan görünür ki, X2 30 dekabr 2020ci il tarixdə 18 yanvar 2021ci il tarixədək icazəsi olmuşdur. Qeyd olunmalıdır ki, X7 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39cu PB tərəfindən inzibati xəta haqqında protokol və qərar 05.09.2021-ci il tarixdə qəbul olunmuşdur. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göründüyü kimi, X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X4, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar