Məhkəmə qərarları › İş №3(009)-2267/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2267/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2267/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, xx xxxxxxx 1974-cü il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin “X6 və Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraatın materiallarını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Səbail rayonu, Nizami küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisə zamanı X9 və X7 xəsarət almaları ilə bağlı toplanmış 1NK-354 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda X4 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X8 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı Yüngül bədən xasarəti ilə bağlı X3rşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, sərnişin X7 baş vermiş yol nəqliyyat hadisəsi zamanı dəymiş zərərin ödənildiyi üçün X3rşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 491 saylı ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X8 bədə üzərində müəyyən edilmiş xəsarətlər - boyunun sağ yarısının orta 1/3nin, sağ budun yuxarı 1/3-nin bayır, sağ baldırın aşağı 1/3-nin ön səthlərinin qançırları, eləcə də, sol diz oynaq nahiyəsinin ön səthinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020- il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən, hərəkətdə olan mopedin avtomaşınla toqquşma nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 483 saylı ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol dirsək oynağı nahiyəsinin arxa, hər iki diz oynağı nahiyələrinin ön səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxxxx 2020-ci il tarixli yol nəqliyyat hadisəsi, o cümlədən, hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli, 2/7277 nömrəli aktından görünür ki, X2 tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 21:05 radələrində özünə məxsus olan və idarə etdiyi “Hyundai Sonata” markalı **-RN-*** dövlət qeydiyyat nişan avtomobil ilə Azərbaycan prospektindən sola, Nizami küçəsinə dönmüş və həmin küçə ilə “Axundov Bağı" istiqamətində hərəkət edib Zərgərpalan küçəsinin kəsişməsini keçəndə sağından gələn Leyla Aşurovanın idarə etdiyi “Jonway” markalı moped onun idarə etdiyi avtomobillə toqquşub, yerə aşmış və zərərçəkmiş Leyla Aşurova yüngül bədən xəsarəti almışdır. Bununla da, X6 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin X1 şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X4 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X4 şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar